Eger Sabah Acilsa Miniserial 1986 - Wikipedia
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) - 3 seriyadan ibarət mini-serialdır. 1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyniadlı romanı əsasında çəkilmişdir.[1] Baş rolları Medolin Smit Osborn, Tom Berencer, Liam Nison və Devid Keyt ifa edir. Filmin rejissoru və prodüserlərindən biri 1983-cü ildə çəkdiyi "Rəhbərlər" adlı mini-seriyalı bədii televiziya filminə görə "Emmi" mükafatıına layiq görülən ABŞ rejissoru Cerri Londondur. "Əgər sabah açılsa" mini-serialı Cerri Londonun rejissorluq və prodüserlik etdiyi "Rəhbərlər" mini-serialından sonra ən yaxşı filmidir. Treysi Uotni rolunu ifa edən Medolin Smit-Osborn bu filmdən əvvəl digər filmlərdə epizodik rollarda çıxış etmişdir. Bu film onun ilk baş rolda çəkildiyi filmdir. Filmin musiqisini İngilis bəstəkarı Nik Bikat bəstələmişdir. Andre Trenyan adlı psixopat detektiv olan "Deniel Kuper" rolunu Devid Keyt ifa edir. Filmdə Treysinin ilk sevgilisi Çarlz Stenhoup rolunu Con Loflin, ona oğurluqda kömək edən Ceff Stivens rolunu isə Tom Berencer ifa edir. "Əgər sabah açılsa" filmində mafiya bandası tərəfindən həbsxanaya atılan, lakin buna baxmayaraq başına gələcəyi bütün bu hadisələrin üstəsindən gələn Treysinin həyatından danışılır.[2]
Əgər sabah açılsa | |
---|---|
ing. If Tomorrow Comes | |
| |
Janr | Melodram |
İlk baxış tarixləri | 16 mart 1986 |
Rejissor | Cerri London |
Operator |
Denis Lüiston Pol Lomann |
Prodüser |
Karmen Kalver Nik Qillot Cerri London Bob Markell |
Yaradıcısı | Sidni Şeldon |
Ssenarist |
Roman: Sidni Şeldon Uyğunlaşdıran: Karmen Kalver |
Rollarda |
Medolin Smit Osborn Tom Berencer Liam Nison Devid Kit |
Bəstəkar | Nik Bikat |
Montajçı |
Dik Darlinq Bernard Qribbl Corc V. Bruks |
Rəssam |
Robert V. Leyn Robert Kartrayt Cek De Şilds Kit Surrey Qrehem Uilyam Çarlz Qreffeo |
İstehsalçı ölkə | ABŞ |
İl | 1986 |
Dil |
İngilis dili Fransız dili |
İlk çıxış tarixi |
16 mart 1986 13 may 1989 |
Növü |
Detektiv Triller |
Rəng | Rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 3 |
Davametmə müddəti | 304 dəqiqə |
Telekanal | Columbia Broadcasting System |
IMDb | ID0090455 |
Məzmun
redaktəƏsərin baş qəhrəmanı olan Treysi Vitni Filadelfiya Bankında Ey-Bi-Em Operatoru işləyən gənc, gözəl və ağıllı qadındır. Bu əhvalat Treysi Vitni ilə Yeni Orleanda yaşayan, vəfat edən həyat yoldaşının biznesinin qeydinə qalan anası Doris Vitninin telefon xətti danışığında baş verir. Treysi anasına biznesmen olan III Çarlz Stenhoupla ailə həyatı quracağı haqqında danışır. Doris Treysi ilə görüşdükdən sonra qəflətən özünə sui-qəsd edir. Bundan xəbər xəbər tutan Yeni Orleanın Polis Leytenantı dərhal dəlil tapmağa çalışır. Treysi anasının hansı səbəbdən ölməsi xəbərini alır. Treysi öyrənir ki, Co Romano Yeni Orleanda mafiya bandası başçısı Antoni Orsattinin baş köməkçisidir. Məhkəmə zamanı Doris ona dələduzluq edən Ortassini mühakimə etmək üçün pulu qalmamışdı. Bu səbəbdən Treysinin anası özünə sui-qəsd edir.
Treysi Romanoya qarşı artıq kini vardır. O, Romanonun bu işdə əli olduğunu, məhz onun dili ilə söyləməsinə səy göstərir. Treysi bu səbəbdən silahlar almağa başlayır ki, Romanonu bununla qorxuda bilsin. O, Romanonun evinə gəlir. Romano ona içməyi təklif edir. Treysi Romanoya tapança çəkərək, onun həqiqətən bu işdə əli olduğunu yazılı surətdə qeyd etməyə məcbur edir. Lakin Romano onun əlindən silahı alaraq, hücum edir. Uzun müddət mübarizədən sonra atəş açılır. Treysi qorxu içindədir. Ona görə ki, atəş açılan zaman güllə Romanoya dəymişdir. Artıq Romano ölmüşdür. Treysi isə dəhşət içindədir. Treysi dərhal xəstəxanaya zəng vurur. Zəng vurduqdan sonra Treysi Aeroporta qaçmağa başlayır. Lakin Treysi qaça bilmir. Onu iki polis işçisi həbs edir.
Treysi öyrənir ki, Romano hələ də sağdır. Atəş açılan zaman güllədən ağır yaralanmışdır. Məhkəmə zamanı Treysini mühakimə etməyə başlayırlar. Vəkillər Treysini qətlə əl atmasını və qətl törədilən zaman şəklin oğurlanmasını söyləyirlər. Treysinin vəkili Perri Poup (mafiya bandasına işləyir) adında vəkil olur. Perri Poup Treysiyə deyir ki, hakim Lourens (mafiya bandasına işləyir) qarşısında günahkar olduğunu qəbul etsin. Həmçinin, Poup ona inandırır ki, həbs cəzası cəmi üç ay olacaq. Treysi başa düşür ki, Perri Poup və Lourens mafiyanın banda başçısı Antoni Orsattiyə işləyirlər. Antoni Orsatti və Co Romano Treysini məhv etməyi planlaşdırıblar. Treysiyə məhkəmə zamanı 15 il həbs cəzası təyin edirlər. Treysi Cənubi Luiziana ştatında yerləşən qadınlar üçün həbsxanaya göndərilir. Niaşnlısı Çarlz ona heç bir şans vermir və onu hələ doğulmamış uşağı ilə birgə atır. Treysi çətin həbsxana həyatı keçirməyə başlayır. Treysi özünə söz verir ki, özünə və anasına zərər verən insanların hamısından qisas alacaq. Məhz bu sitatdan da kitabın adı götürülüb. Haradakı, Treysi onlardan qisas alacaq, əgər sabah açılsa:
O onları hesab verməyə məcbur edəcək ... O, səhər düşündü. Əgər sabah açılsa |
Nəhayət, Treysinin əlinə yaxşı bir fürsət düşdü. O, həbsxana nəzarətçisinin qızını xilas edir. Xilas etdikdən sonra Treysi balaca qıza dayəlik etməyə başlayır. Bu da onun həbsxanadan çıxmasına səbəb olur. Treysi həbsxanadan çıxan zaman Co Romano, Perri Poup və hakim Lourens bərk təəccüblənirlər.
Treysi Nyu-Yorkda iş tapa bilmir. Bu səbəbdən oğurluq edir. Buna Treysiyə Ceff Stivens kömək edir. Ceff Stivens məharətli dələduz və oğrudur. Stivens Treysidən qiymətli daşını oğurlayır. Bunun əksinə gedərək Treysi ondan qiymətli daşını geri götürür. Bundan sonra Treysi Böyük Britaniyaya yola düşür. Lakin onun izinə Hünter Hartoq düşmüşdür. Hünter isə psixi xəstədir. O, uşaqlıq vaxtında anasını başqası ilə birlikdə münasibətdə olduğunu görür. Bu səbəbdən anasını bıçaqla öldürür. Buna görə də, Hünter psixi pozğunluq yaşayır.
Treysi muzeylərdən qiymətli daşlar, şəkilləri və başqalarını oğurlamağı planlaşdırır. Burada Treysi Ceff ilə yenidən görüşür. Bir neçə müddət keçdikdən sonra onların əlinə çoxlu pullar keçir. Bu hadisədən sonra Treysi və Ceff birlikdə yaşamağa, həmçinin, ailə həyatı qurmağı Braziliyada planlaşdırırlar. Hünter Hartoqun onların izinə düşməsinə baxmayaraq, başqa polislərlə bərabər Treysi ilə Ceffi tuta bilmir. Lakin qısa müddətdən sonra Hünten Treysini tapır. Bu zaman onlar arasında mübarizə gedir. Mübarizənin sonunda Ceff özünü otağa çatdıraraq, Hünterə zərbələr vurur. Hünter yarı huş halda qalır. Treysi və Ceff bu hadisədən sonra qanundan kənar iş görməyərək Braziliyaya getməyə və evlənməyə hazırlaşırlar.
Rollarda
redaktə
|
|
|
Seçilmiş sitatlar
redaktəSaundtreklər
redaktəFilmin ilk saundtrek albomu 1986-cı ildə[3] istehsal edilmişdir. Albomdakı bütün treklərin bəstəkarı Nik Bikatdır. Albomda onun tərəfindən bəstələnən filmin giriş mahnısı olan "If Tomorrow Comes Theme" treki xüsusilə seçilir. Albom 11 treki ehtiva edir.[4]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Tracy Does Tai Chi" | 2:52 |
2. | "The Chase" | 2:50 |
3. | "Jeff" | 3:25 |
4. | "Prison" | 4:32 |
5. | "Cooper's Madness" | 2:01 |
6. | "Prison Breakout" | 3:33 |
7. | "USA-USSR Chess Match" | 4:24 |
8. | "Arrival in London" | 2:57 |
9. | "Laser Robbery" | 4:32 |
10. | "Train Robbery" | 2:21 |
11. | "If Tomorrow Comes Theme" | 2:57 |
Ölkələrdə adı və çıxış tarixi
redaktəÖlkə | Dil | Adı | Çıxış tarixi | Qeydlər |
ABŞ | İngilis dili | If Tomorrow Comes | 16 mart 1986 | |
Niderland | Holland dili | If Tomorrow Comes | 18 iyun 1987 | |
İsveç | İsveç dili | Tracys hämnd | 13 may 1989 | |
Yaponiya | Yapon dili | 明日があるなら | 1 may 1990 | video premyera |
Fransa | Fransız dili | Les diamants de la vengeance | Rəsmi çıxış tarixi yoxdur | digər adı: Si c'était demain |
Böyük Britaniya | İngilis dili | If Tomorrow Comes | Rəsmi çıxış tarixi yoxdur | |
Almaniya | Alman dili | Rache ist ein süßes Wort | Rəsmi çıxış tarixi yoxdur | |
Avstraliya | İngilis dili | Sidney Sheldon's If Tomorrow Comes | Rəsmi çıxış tarixi yoxdur | |
Braziliya | Portuqal dili | Se Houver Amanhã | Rəsmi çıxış tarixi yoxdur | |
İspaniya | İspan dili | Si hubiera un mañana | Rəsmi çıxış tarixi yoxdur | |
Portuqaliya | Portuqal dili | Se o Amanhã Chegar | Rəsmi çıxış tarixi yoxdur | |
Polşa | Polyak dili | Jesli nadejdzie jutro | Rəsmi çıxış tarixi yoxdur | |
Rusiya | Rus dili | Если наступит завтра | Rəsmi çıxış tarixi yoxdur | |
Finlandiya | Fin dili | Jos huominen tulee | Rəsmi çıxış tarixi yoxdur | |
Danimarka | Danimarka dili | Listetyv på høje hæle | Rəsmi çıxış tarixi yoxdur | |
Yunanıstan | Yunan dili | An to avrio erthei | Rəsmi çıxış tarixi yoxdur |
Maraqlı faktlar
redaktəİstinadlar
redaktə- ↑ Əgər sabah açılsa İsveç dilində Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine Yoxlanılıb: 21 sentyabr 2014
- ↑ Əgər sabah açılsa Imdb.com saytında qısa məzmunu Arxivləşdirilib 2021-04-26 at the Wayback Machine Yoxlanılıb: 21 sentyabr 2014
- ↑ Əgər sabah açılsa Saundtrek Arxivləşdirilib 2012-06-06 at the Wayback Machine Yoxlanılıb: 21 sentyabr 2014
- ↑ Əgər sabah açılsa filminin saundtrek siyahısı Arxivləşdirilib 2021-05-17 at the Wayback Machine Yoxlanılıb: 21 sentyabr 2014
Xarici keçidlər
redaktə- Əgər sabah açılsa — Internet Movie Database saytında