Ehli Beyt - Wikipedia
Əhli-Beyt (ərəb. أهل البيت; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi.
Quranda
redaktəƏhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir.[1][2]
Ərəb cəmiyyətində
redaktəCahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir.
Əhli-Beyt sünni nəzərində
redaktəSünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur:
"Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrəti Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"[3] ayəsini oxudu[4] Buradan aydın olur ki, Peyğəmbərin Əhli-Beyti Əli, Fatimə, Həsən və Hüseyndir.
Əhli-sünnənin digər rəvayətlərində Əhli beyt anlayışı Məhəmməd peyğəmbərin (s) zövcələri anlamında başa düşülür. Belə ki, Məhəmməd peyğəmbər (s) kimlərin onun Əhli-beytindən olduğunu öz hədislərində bildirib. Buxari Ənəs bin Malikə istinadən peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə peyğəmbərin (s) Aişənin otağına gəlib:
"Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur.[5]
Bir başqa hədisdə Peyğəmbərimiz (s) belə buyurur :
"Mən sizin aranızda iki ağır, dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə Əhli-beytimdir.[6][7][8][9][10] Bunlar "Kövsər" hovzunda mənim yanıma gəlib çatana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar." ([11][12]
İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir:
"Peyğəmbərin belə buyurduğunu eşitdim… Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir… Mən — ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? — deyə soruşdum. Həzrət buyurdu… "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır."[13][14]
Əhli-Beyt şiə nəzərində
redaktəƏhli-beyt istilahi mənada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini bunlardır:
- 1. Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki,
bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi… "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!."[15][16][17][18]
- 2. Amir ibni Səd ibni Əbi Vəqqas öz atasından nəql edir ki,
Vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu Həsən və Hüseyni əbasının altına çəkib dedi… "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir."[19][20][21][22][23]
- 3. İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir…
"Peyğəmbərin belə buyurduğunu eşitdim… Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir… Mən — ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? — deyə soruşdum. Həzrət buyurdu… "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır."[24][25]
- 4. İbni Abbas Buruc surəsinin birinci ayəsi barəsində deyir…
"Peyğəmbər (s) buyurdu… "Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir.""[26]
Bəziləri Quranın Azərbaycan dilində tərcüməsini oxuyub iddia edirlər ki, Əhzab surəsinin 33-cü ayəsinin Əhli-beyt barəsində olan hissəsində əvvəl və sonra Peyğəmbərin (s) zövcələrindən söhbət gedir, deməli, Əhli-beyt Peyğəmbərin zövcələridir. Lakin ayəyə ərəb dilində ("İnnəma yuridullahi li yuzhibə ənkum-ur-ricsə əhləl-beyti və yutahhirakum təthira") diqqət yetirdikdə görərik ki, əgər Əhli-beyt Peyğəmbərin zövcələri olsa idi onda ərəb dilinin qrammatikasına görə, ayədə "ənkum" (kişi cinsi) deyil, "ənkunnə" (qadın cinsi) olmalı idi. Deməli, həmin iddianın heç bir əsası yoxdur.
Peyğəmbərin (s) Əhli-Beyti
redaktəHəzrət Peyğəmbərin (s) pak Əhli-beytini ilahi rəhbərlik üçün qəbul edənlər şiə adlanırlar. Onlar peyğəmbərin (s) vəfatından sonra başqa şəxslərin deyil, yalnız Əhli-beytin rəhbər olmasının tərəfdarıdırlar.
Əhli-beyt əleyhimus-salam Allahın seçilmiş bəndələri olub, hər növ günah və çirkinlikdən pak olmuş dahi şəxslərdir. Necə ki, Qur'ani-Kərimin Əhzab surəsində oxuyuruq:
"Şübhəsiz Allah istəyir ki, Hər cür çirkinliyi siz Əhli-beytdən kənar etsin və sizi Hər bir eybdən pak və uzaq qərar versin."
Nəql olunmuş mö'təbər hədislərə əsasən, bu ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları deyil, yalnız Əhli-beyti barədə nazil olmuşdur. Belə hədisləri aşağıda adları sadalanan sünni və şiə hədis kitablarında mülahizə etmək olar:
1-"Musnədi İbni Əhməd", 1/708 və s..
2-"Xəsaisul-İmam Əmirul-mö'minin", 23/70
3-"Tarixu Dəməşq", 1/184, 249
4-"Şəvahidut-tənzil", 2/50, 670
5-"Təfsirut-Təbəri", 12/7
6-"Əd-Durrul-mənsur", 6/403
7-"Kənzul-ummal", 13/645
8-"Yənabiul-məvəddət" 1/329
9-"Əl-mənaqib, Xarəzmi", səh-60
10-"Kəşful-ğummə", 1/40
11-"Ehqaqul-həqq", 2–501/562
12-"Əmali" (Səduq), səh-124
13-"Əmali" (Tusi), səh-352,727
14-"Biharul-ənvar" (Məclisi), 35\260 və s…
Qurani Kərimdə buyurulur:
"Bu Quran çox böyük və uca kitabdır (ki) pak əllər [və pak düşüncələrdən] savayı heç bir kəs ona əl vurmaz (və dərk edə bilməz)." [27]
İbni Abbasın (r.ə) Həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən, ayədə buyurulmuş "paklar"-dan məqsəd, Allahın müqərrəb və yaxın bəndələridir.
Elə buna görə də, Qurani-kərim və digər dini maarifin izahını öz şəxsi düşüncəmiz, başqa və kənar şəxslərdən deyil, yalnız Allahın bütün çirkinliklərdən pak etdiyi müqərrəb bəndələri olan Əhli-beyt əleyhimus-salamdan almalı və dinləməliyik.
İstinadlar
redaktə- ↑ Hud surəsi, 73-cü ayə
- ↑ Əhzab surəsi, 33-cü ayə
- ↑ Əhzab surəsi, 33-cü ayə
- ↑ Səhihi Müslim, c.4, s.1883, hadis.2424 (Kitab-ı Fezâili’l-Sahabe, bab-ı fezâil-i Ehl-i Beyt, 44500).
- ↑ "Səhihi Buxari", cild-3, səhifə.177.
- ↑ "Sünəni Tirmizi", kitabul-mənaqib, mənaqibu Əhli-beytin-Nəbi babı, 5-ci cild, Beyrut çapı, səh.662, 3786-cı hədis
- ↑ Əhməd ibn Hənbəl. "Müsnəd", 5-ci cüz, səh. 182 və 189
- ↑ "Kənzul-ummal", 1-ci cüz, "əl-etisamu bil-kitabi vəs-sünnə" babı, səh.44
- ↑ "Sünəni Tirmizi", kitabul-mənaqib, mənaqibu Əhli-beytin-Nəbi babı, 5-ci cild, Beyrut çapı, səh.663, hədis:3788
- ↑ "Səhihi Müslim", 7-ci cild, (Misir çapı) səh.122, 123
- ↑ Hakim. "Müstədrək", 3-cü cüz, səh. 148
- ↑ "Əs-səvariqul-mühriqə", 11-ci bab, 1-ci fəsil, səh.149
- ↑ "Kifayətül Əsər", s. 91
- ↑ "Təfsiri-burhan", c. 1, s. 9
- ↑ "Səhihi Müslim", 4-cü cild, səh.1885, 2424-cü hədis
- ↑ "Təfsiri-Təbəri", 12-ci cild, səh.6, 22-ci hissə.
- ↑ "Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.159, 4707-ci hədis
- ↑ "Əs-sünənul-kubra", 2-ci cild, səh.212, 2858-ci hədis.
- ↑ "Səhihi Müslim", 4-cü cild, səh.1871, 32-ci hədis
- ↑ Əhməd ibn Hənbəl."Müsnəd", 1-ci cild, səh.391, 1608-ci hədis
- ↑ "Əs-sünənül-kubra", 7-ci cild, səh.101, 13392-ci hədis
- ↑ "Sünəni Tirmizi", 5-ci cild, səh.225, 2999-cu hədis
- ↑ Hakim. "Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.163, 4719-cu hədis.
- ↑ "Kifayətül-əsər", səh.91
- ↑ "Təfsiri-burhan", 1-ci cild, səh.9
- ↑ "Yənabiul-məvəddət", 3-cü cild, səh.253, 59-cu hədis.
- ↑ Vaqiə surəsi, 77–79: (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır). Ona yalnız pak olanlar toxuna bilər!
Ədəbiyyat
redaktə- Qurani Kərim Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine
- "Səhih əl-Buxari" (müxtəsər), tərc.: Ə. Musayev, Bakı, "Şərq-Qərb", 2009, 973 səh.
- Muhammed bin İsmail el Buhari, "Sahih-i Buhari" ve Tercemesi, çeviren : Mehmed Sofuoğlu, "Ötüken" Neşriyatı, 16 cilt Arxivləşdirilib 2012-06-17 at the Wayback Machine
- Müslim bin Heccac, "Sahih-i Müslim" Tercüme ve Şerhi, çeviren : Ahmed Davudoğlu, "Sönmez Neşriyatı" Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine
- Muhammed bin İsa et Tirmizi, "Süneni Tirmizi" Tercüme ve Şerhi, çeviren : Abdullah Parlıyan, "Konya Kitapçılık"
- Əhməd ibn Hənbəl. "Əl Müsnəd"
- Mövla Əli Möttəki Hindi. "Kənzul Ummal"
- Məhəmməd ibn Abdullah əl Hakim Nişapuri. "əl Müstədrəku Ələs Səhiheyn"
- Əhməd ibn Hacər Hətəmi. "Əs Səvariqul Mühriqə"
- Məhəmməd ibn Cərir ət Təbəri. "Təfsiri Təbəri"
- "Əs-sünənul-kubra"
- "Kifayətül-əsər"
- "Təfsiri-burhan"
- Süleyman Bəlxi əl Hənəfi. "Yənabiul Məvəddə"