Ehmed Ehmedov Geoloq - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Əhmədov Əhməd Mahmud oğlu (8 fevral 1910, Göyçay qəzası – 30 avqust 1988, Bakı) — azərbaycanlı neftçi-geoloq. Onun neft və qaz yataqlarının axtarışı və kəşfiyyatına, yataqların səmərəli işləməsinə dair tədqiqat işləri, fikirləri nəşr olunmuş 80-dən artıq məqalədə və monoqrafiyada öz əksini tapmış, bilavasitə iştirakı və rəhbərliyi ilə Neft daşları, Sanqaçal dəniz, Qaradağ, Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı və s. kimi neft, qaz kondensat yataqları kəşf olunmuş və sənaye miqyaslı işlənməyə daxil edilmişdir.
Əhməd Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 fevral 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 30 avqust 1988 (78 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | geoloq |
|
|
Təltifləri |
Həyatı
redaktəƏhməd Əhmədov 1910-cu il 8 fevralda Zərdab rayonunda anadan olmuşdur. 13 yaşında valideynlərini itirmiş, uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. 1933-cü ildə Azərbaycan Sənaye İnstitunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra istehsalatda mühəndis-geoloq vəzifəsindən başlayaraq Azərbaycan SSR-in Neft Hasilatı Sənayesi Nazirliyinin Baş geoloqu vəzifəsinə qədər yüksəlmişdir.
Ə.Əhmədov ölkənin siyası-iqtisadi həyatında fəal iştrak etmiş, dəfələrlə rayon, Bakı şəhəri və Respublika Ali Sovetlərinə deputat seçilmiş, yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür.
30 avqust 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir.