Ehmed Ehmedzade Siyasetci - Wikipedia
Əhməd Cuma oglu Əhmədzadə (7 yanvar 1945, Qaxmuğal, Qax rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri (2006–2021).[3]
Əhməd Əhmədzadə | |
---|---|
2006 – 2021 | |
Sonrakı | Zaur Mikayılov |
25 oktyabr 2004[1] – 23 fevral 2006[2] | |
Nazir | İsmət Abasov |
Əvvəlki | İsmət Abasov |
1993 – 2004 | |
1991 – 3 sentyabr 1992 | |
1991 – 1991 | |
Sonrakı | Vəzifə ləğv edildi. |
1991 – 1991 | |
Əvvəlki | Mürvət Əliyev |
Sonrakı | Vəzifə ləğv edildi. |
1988 – 1991 | |
Əvvəlki | Əjdər Əsədov |
Sonrakı | Vəzifə ləğv edildi. |
1980 – 27 avqust 1988 | |
Sonrakı | Cavanşir Məmmədov |
1978 – 1980 | |
1975 – 1976 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1945 (79 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | mühəndis |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1961-ci ildə 1 saylı orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1976–1978-ci illərdə keçmiş Sov. İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili almışdır.
Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967–1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir.
Ailəsi
redaktəAiləlidir, üç övladı var.
- Mübariz Əhmədzadənin qardaşıdır.
- Elman Rüstəmov ilə qudadır.[4]
Siyasi fəaliyyəti
redaktəƏhməd Əhmədzadə 1975–1976-cı illərdə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978–1980-ci illərdə Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Füzuli Rayon Komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibi, 1991-ci ildə Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki Rayon Xalq Deputatları Sovetinin sədri, 1991–1992-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. 1981–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.
1993–2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004–2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006–2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır. Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur.
2021-ci ilin aprel ayında Baş nazir Əli Əsədovun müşaviri təyin olunub. 2024-cü ilin oktyabr ayında baş nazirin köməkçisi vəzifəsinə keçirilib.[5]
Təltifləri
redaktəAzərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı"na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb.
İstinadlar
redaktə- ↑ "Ə.C.Əhmədzadənin Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini - Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru təyin edilməsi haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ "Ə. C. Əhmədzadənin Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini - Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin Baş direktoru vəzifəsindən azad edilməsi haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ "Əhməd Əhmədzadə vəzifəsindən azad edilib". report.az (az.). Report İnformasiya Agentliyi. 2 aprel 2021. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.
- ↑ "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
- ↑ "Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-05.