Ehmed Elbrus - Wikipedia
Əhməd Elbrus — Əhmədov Elbrus Misir oğlu (d. 7 avqust 1944,Ağcabədi, Azərbaycan-v. 12 dekabr 2006, Bakı, Azərbaycan) — şair, dramaturq, publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, naşir, ilahiyyatçı alim.
Əhmədov Elbrus Misir oğlu | |
---|---|
Əhməd Elbrus | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi rayonu |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | filologiya və ilahiyyat |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Həyatı və təhsili
redaktəƏhmədov Elbrus Misir oğlu 7 avqust 1944-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olmuşdur [1]. 1959-cu ildə Ağcabədi şəhər 5 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda əyani aspirantura təhsilini alan Ə. Elbrus Fədainin “Bəxtiyarnamə” adlı əsəri əsasında dissertasiya müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır [2].Əhməd Elbrus 2006-cı ilin dekabrın 12-də qəflətən vəfat etmişdir. Doğulduğu Salmanbəyli kəndində dəfn edilmişdir.
Əmək fəaliyyəti
redaktəƏhməd Elbrus 1976-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatında baş redaktor vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub[3]. 15 şeir kitabının, 4 monoqrafiyanın və 200-dən artıq elmi-publisistik məqalənin müəllifi idi. Müstəqil “Qorqud” eləcə də “Bəstəkar” nəşriyyatlarının təsisçisi və direktoru olub. O, Azərbaycanda ilk rəngli “Dədəm Qorqud” qəzetinin yaradıcısı və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki idi [4].
Yaradıcılığı
redaktəƏhməd Elbrus ədəbiyyata gənclik illərindən gəlib. Hələ tələbə ikən şeirləri qəzet və jurnal səhifələrində çap olunub [5]. İlk şeirlər kitabı isə 1970-ci ildə işıq üzü görüb. 1976–1986-cı illərdə AMEA "Elm" nəşriyyatının baş redaktoru olmuşdur. Keçmiş SSRİ və Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.. Ə.Elbrus yüzlərlə kitabın redaktoru və tərtibçisi idi. Bir neçə dillərə əsərləri tərcümə olunan şair riyazi poetikaya aid "Poetika i matematika" əsərinin müəllifi idi.Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilən şair həm də "Qorqud " və "Bəstəkar" nəşriyyatlarının qurucusu və baş redaktoru idi. Əhməd Elbrus həm də riyazi poetika sahəsində qələmə alınan ilk monumental əsərin müəllifidir. Şairin min səhifəlik "İnam və İdrak" əsəri dünya teoloqları tərəfindən yüksək qiymətləndirilib [6]. 2006-cı ildə işıq üzü görmüş "İnam və idrak poetikası" adlanan bu sanballı kitabda qədim və orta əsrlər Şərq elm və sənətində kök atan "Elm əl-Əsms", "Elm əl-Cəfr" və onların qaynağından mənşələnən "Elm əl Hürül" barədə, bu üç iqamətin nəticəsi olan hürufizm və qaynaqları ilə əlaqədar riyazi-poetikanın ən yeni nailiyyətləri səviyyəsində araşdırmalar aparılmış, nəticədə hürufizmin simvollar sisteminin strukturu, bərpa , simvol açarları və kodları təqdim edilmişdir. Heydər Əliyevə həsr olunan "Zəfər Marşı"-şeirinin müəllifidir. [7]
Əsərləri
redaktə1. “Etibarım”, Bakı, “Gənclik”, 1971, 38 səh.
2. “İnsan əfsanəsi”, Bakı, “Gənclik”, 1973, 56 səh.
3. “Üçüncü addım”, Bakı, “Azərnəşr”, 1974, 35 səh.
4. “Ölməzlik”, Bakı, “Azərnəşr”, 1992.
5. “Qətiyyətin təntənəsi”, Bakı, “Gənclik”, 1993.
6. "İnam və İdrak poetikası, Bakı,2006"
Ailəsi
redaktəİki övladı var.
İstinadlar
redaktə- ↑ Süleyman Kəbirli,"Kəbirli elatı — tarixi mahal", Bakı,2015
- ↑ Süleyman Kəbirli, "Kəbirlilərin geneologiyası tarixindən", Bakı, 2017
- ↑ "Ağcabədi yazarları".Bakı, "Şəms" nəşriyyatı ,2009. 318 səhifə.
- ↑ Şirxan Aranlı. “Ağcabədi” (Ensiklopedik toplu) I nəşr. “Zərdabi Nəşr” MMC. Bakı, 2021, 912 səh; səh- 651
- ↑ "BİR ƏHMƏD ELBRUS YAŞARDI...Əlihüseyn Şükürov. Ədalət.- 2011.- 6 yanvar.- S. 7". 2014-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.
- ↑ Flora XƏLİLZADƏ,Ömrü təlatümlü, həsrəti ümman//07 iyun 2017 ,"Kaspi" qəzeti
- ↑ "Elbrus Ə.Zəfər marşı//Tale ulduzu.-Bakı:Gənclik,1998.–S.88-90" (PDF). 2017-10-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-19.