Ehmed Kadirov Adina Stadion - Wikipedia
Əhməd Kadırov adına stadion — Çeçenistanın əsas idman arenası.
Əhməd Kadırov adına stadion | |
---|---|
Yeri | Qroznı, Rusiya |
Açılış tarixi | 11 may 2011 |
Sahibi | Axmat FK |
Tamaşaçı tutumu | 30 000 |
Ev sahibi komanda | Terek |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Açılışı
redaktəStadionun açılışında dünya yığması ilə Çeçenistan prezidenti Ramzan Kadırovun rəhbərlik etdiyi "Qafqaz" komandası arasında yoldaşlıq görüşü keçirilib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 5:2.
Futbolçular hər biri 30 dəqiqədən ibarət 2 hissə oynayıblar. Dieqo Maradonanın kapitanlıq sarğısı daşıdığı dünya yığmasının heyətində Luiş Fiqu, Roberto Ayala, İvan Samorano, Alen Boqossyan, Stiv Makmanaman, Franko Barezi və digər məşhur futbolçular yer alıb. Robbi Fauler və Fabyen Bartez kimi əfsanəvi oyunçular isə Qroznıya gəlsələr də, meydançaya çıxmayıblar. "Qafqaz" komandasında Rusiyanın müxtəlif regionlarından olan futbolçular, habelə məmurlar çıxış edib. Qapını Rinat Dasayev qoruyub.
Hesabı 13-cü dəqiqədə İvan Samorano açıb. 5 dəqiqə sonra Dieqo Maradona meydan sahiblərini ikinci dəfə məyus edib. Lakin qalan vaxt ərzində qonaqlar qol vura bilməyiblər. Əvəzində "Qafqaz"ın heyətində Anzor İsmayılov, Timur Cəbrayılov, Andrey Fedkov və "dubl" edən Zaur Sadayev fərqlənib.
Mənbə
redaktə- "Qafqaz" dünyaya qalib gəldi Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine