Ehmed Mustafayev - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Əhməd Mirzə oğlu Mustafayev (1943) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1989–1991), "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə Heyətinin sədri (1991–1993), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı.
Əhməd Mustafayev | |
---|---|
1991 – 15 oktyabr 1993 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Rafiq Xələfov |
7 avqust 1989 – 1991 | |
Əvvəlki | Söhrab İbrahimov |
Sonrakı | vəzifə ləğv edilib |
1986 – 1989 | |
Nazir | Söhrab İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1943 |
Partiya | |
Təhsili |
Həyatı
redaktəƏhməd Mirzə oğlu Mustafayev 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirmiş, ardınca yüngül sənaye sistemində əmək fəaliyyətinə başlamışdır. 1969-cu ildən 1975-ci ilədək Azərbaycan SSR Ticarət Nazirliyinin Xalq İstehlakı Mallarının Keyfiyyəti üzrə Dövlət İnspeksiyası İdarəsinin baş inspektoru, Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Texniki İdarəsi rəisinin müavini olmuşdur.[1]
1975-ci ildən etibarən Əhməd Mustafayev Bakı tikiş-trikotaj, trikotaj fabriklərinin, sonra isə Nəriman Nərimanov adına Trikotaj İstehsal Birliyinin direktoru vəzifələrində işləmişdir. 1986-cı ildən Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini vəzifəsində çalışmış, 1989-cu ilin avqust ayında isə Azərbaycan SSR yüngül sənaye naziri təyin edilmişdir.[1] Daha sonra "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə Heyətinin sədri təsdiq edilmiş, bu vəzifədə 1993-cü ilin oktyabr ayınadək işləmişdir.[2]
Əhməd Mustafayev 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (xalq deputatı) seçilmiş, Ali Sovetin Sənaye və energetika komissiyasının üzvü olmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 Әһмәд Мирзә оғлу Мустафајев: [Азәрбајҹан ССР јүнҝүл сәнаје назири] // Коммунист. № 184 (20952). 9 август 1989-ҹу ил. С. 1.
- ↑ Ə. M. Mustafayevin "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Ali Sovetinin məlumatı. № 20. 1993. S. 8.