Ehmed Oktay - Wikipedia
Əhməd Oktay, (d. 21 Yanvar 1933, Ankara - ö. 3 Mart 2016, İstanbul) Türk şair, yazar, qəzetçisi.
Ahmet Oktay Börtecene | |
---|---|
Doğum tarixi | 21 yanvar 1933 |
Doğum yeri | Türkiyə, Ankara |
Vəfat tarixi | 3 mart 2016 (83 yaşında) |
Vəfat yeri | Türkiyə, İstanbul |
Dəfn yeri | |
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktəƏsl adı Əhməd Oktay Börtəcənə olan, lakin soyadından istifadə etməyən Əhməd Oktay 1933-cü ildə Ankarada dünyaya göz açmışdır. Yazmağa orta məktəbdən etibarən başlamışdır. İlk şeiri 1949-1950-ci illər arasında "Gerçək" dərgisində dərc olunmuşdur. Təhsilini yarımçıq qoyaraq işləməyə başlamışdır.
Əhməd Oktay, 1950-ci illərdə Mavi Hərəkatı içində yer almış və eyniadlı dərgidə yazıları və şeirləriylə güclü təsir bağışlamışdır Dərgidəki bir yazısında Orxan Vəlini "Orxah Vəli əskik öncü bir şair" olaraq adlandırmışdır. 1961-ci ildə "Yeni İstanbul" qəzetinin Ankara bürosunda "parlament müxbiri" olaraq peşəkar qəzetçiliyə başladı. Müxtəlif qəzetlərdə və "TRT Xəbər Mərkəzi"ndə müxbirlik, xəbər rəhbərliyi etdikdən sonra 1982-ci ildə TRT`dən təqaüdə çıxdı. Bir müddət də Milliyət qəzetində işləməyə davam edən Əhməd Oktay 1993-cü ildə vəzifəsindən ayrılaraq özünü bütünlüklə yazılara verdi.
Başlanğıcda yazdığı şeirlərlə Əhməd Arif şeirindən təsirləndiyi hiss olunsa da, 1960-cə illərdən sonra ictimai gerçəkçiliyi ilə İkinci Yeniyə doğru yönəldi. Şeirlərində dastanı bir tərzdən istifadə etmiş, zəngin kəlmə bazasıyla ilə özünü bəlli edən bir üslubda şeirlər qələmə almışdır.
Şeir kitablarından olan və seçilən Yol Üstündəki Səməndər (1987) "Behcət Nəcatigil "Şeir Mükafatı almağından daha ziyadə daşıdığı isminə görə məşhurluq qazanmışdır. Hər bir şeirində intihar etmiş bir şairi şeirə çevirmiş və o şairi üslubu ilə öz üslubunun qarışığından mükəmməl bir üslub meydana gətirmişdir.Türkiyədə bir çox şeirpərəst bu şeir kitabı vasitəsiylə müəmmalı qalan Türk və əcnəbi şairlərini fərqli yönləriylı tanımağa müvəffəq olmuşlar.
Oktay 3 mart, 2016-cı ildə vəfat etmişdir.
Mükafatları
redaktə1965 Yedditəpə Şeir Ərmağanı, Hər Üz Bir Öykü Yazıçı ilə
1987 Nəcatigil Şeir Ərmağanı, Yol Üstündəki Səməndər ilə
1991 Türkiyə Yazarlar Birliyi İlin Şairi Mükafatı, Ağıtlar və Təriflər ilə
2002 Akdeniz Altun Portağal Şeir Mükafatı,
Xəyalətə Tərif ilə 2012-ci ildə Türkiyə Qəzetçilər Cəmiyyəti Burxan Fələk Xidmət Mükafatı
Əsərləri
redaktəŞeirləri
redaktə- Kölgələri Kullanmaq (1963)
- Her Üz Bir Öykü Yazar (1964)
- Dr. Qaliqarinin Qayıdışı (1966)
- Sürgün (1979), Sürdürülən Bir Mahının Tarixi (1981)
- Qara Bir Zamana Alınlıq (1983)
- Yol Üstündəki Səməndər (1987)
- Ağılar və Təriflər (1991)
- Bir Sanrı Üçün Gecə Musiqisi (1993)
- Toplu Şeirlər (1995)
- Gözüm Səyirdi Vaxtdan (1996)
- Söz Acıda Sınandı (1996)
- Az Qaldı Qışa (1996)
- Xəyalətə Tərif (2001)
İncələmə/Araşdırma
redaktə- Bir Yazının Axtarışları (2001)
- Yazı, Ünsiyyət, İdeologiya (1982)
- Yazılanla Oxunan (1983)
- İctimai Gerçəkçiliyin Qaynaqları (1986)
- Kültür və İdeologiya (1987)
- İctimai dəyişiklik və media (1987)
- Qərənfil və Pranqa (1990)
- Raffaello'nun Dirənişi (1990)
- Zamanı Sorğulamaq (1991)
- Qəbul və rədd (1992)
- Şair ilə Qurtarıcı (1992)
- Sənət və Siyasət (1993)
- Cümhuriyyət Dövrü Ədəbiyyatı-1923/1950 (1993)
- Türkiyədə Populyar Kültür (1993)
- Media ve Hedonizm (1995)
- Şiddət, Söz, Həyat (1995)
- İnsan, Yazar, Kitab (1995)
- İsrafilin Suru (1997)
- Şeytan, Mələk, Soytari (1998)
- Siyasi İslama Etirazlar (2000)
- Postmodernist Təxəyyülə Etirazlar (2000)
- Şairin Qanı (2001)
- Romanımıza Nə Oldu? (2004)
Xatirə/Söhbət
redaktə- Gizli Çəkməcə (1991)
Gündəlik
redaktə- Gecə Dəftəri (1998)
Oyun
redaktə- Qurd Dişi (1971 ve 1973-cü illərdə Dövlət Teatrlarında səhnələşdirilmişdir).
Mənbə
redaktəŞablon:Mənbə