Ehmed Qevam - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əhməd Qəvvam (1877-1955) - İranın baş naziri
Əhməd Qəvam | |
---|---|
fars. احمد قوام | |
Digər adı | Əhməd Qəvaməddövlə |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏhməd Qəvvamın (1877-1955) iri torpaq sahibi idi, təcrübəli bir siyasətçi sayılırdı. İranın ABŞ ilə münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarı kimi məşhur idi. Əhməd Qəvvamın təşəbbüsü ilə 1946-cı ildə yaradılan Demokrat Partiyası isə daha çox İran cəmiyyətinin siyasi və iqtisadi baxımdan imkanlı qüvvələrini birləşdirmək məqsədi daşıyırdı və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını, şah hakimiyyətinin daha çox məhdudlaşdırılmasını istəyirdi. 1946-cı ilin əvvəllərində Əhməd Qəvvam baş nazir olduqdan sonra həqiqətən yuxarıda sadalanan prinsiplərin həyata keçirilməsində maraqlı olduğunu sübut etdi, dövlət aparatında çalışan ingilispərəst siyasi kurs tərəfdarlarını vəzifələrindən uzaqlaşdırdı, əmək haqqında qanunun qəbul edilməsinə nail oldu, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişləndirilməsinə söz verdi, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft mədənləri üzərində İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gündəliyinə gətirdi. Lakin ölkədə kifayət qədər qüvvələr var idi ki, Qəvvam hökumətinin fəaliyyətindən ciddi şəkildə narazı idilər və onu tənqid edirdilər. Bu qüvvələr bir sıra qrup və təşkilatlarda birləşmişdilər, əsasən qəbilə başçıları, iri torpaq sahibləri və tacirlər, yüksək rütbəli hərbçilər və məmurlar, saraya yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlərdən ibarət idilər. Onlar ingilispərəst təmayüllü idilər, məclisdə də kifayət qədər nüfuz və söz sahibi kimi tanınırdılar. Məhz bu qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilmədi. Bu baxımdan liberal-millətçi qüvvələri xüsusi ilə qeyd etmək lazımdır. Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər. Onlar "İran" partiyasında birləşmişdilər və ölkənin modernləşdirilməsi üçün radikal sosial-iqtisadi və siyasi islahatlar keçirilməsini istəyirdilər. Liberal-millətçilərin sıralarında K.Səcabi, M.Bazarqan və s. kimi liderlər var idi.
Fəaliyyəti
redaktəƏhməd Qəvvam (1877-1955) ABŞ-la münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı idi və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını, şah hakimiyyətinin daha çox məhdudlaşdırılmasını istəyirdi. 1946-cı ilin əvvəllərində Əhməd Qəvvam baş nazir olduqdan sonra həqiqətən bir çox prinsiplərin həyata keçirilməsində maraqlı olduğunu sübut etdi, dövlət aparatında çalışan ingilispərəst siyasi kurs tərəfdarlarını vəzifələrindən uzaqlaşdırdı, əmək haqqında qanunun qəbul edilməsinə nail oldu, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişləndirilməsinə söz verdi, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft mədənləri üzərində İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gündəliyinə gətirdi. Ölkədə bu hökumətin əlehdarları da çox idi. Bunlar, əsasən, saraya yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlər idilər. Məhz bu ingilispərəst qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilmədi. Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər. Onlar "İran" partiyasında birləşmişdilər və ölkənin modernləşdirilməsi üçün radikal sosial-iqtisadi və siyasi islahatlar keçirilməsini istəyirdilər. Liberal-millətçilərin sıralarında K.Səcabi, Mehdi Bazarqan və s. kimi liderlər var idi. Klerikal siyasətçilərdən və dini-siyasi qruplardan ibarət qüvvələr də İranda möhkəmlənməyə başlayırdılar. Bu qüvvələr İranda xarici dövlətlərin nüfuzunun artmasının əleyhinə idilər. Klerikal müxalifətin liderlərindən olan Kaşani — demək lazımdır ki, o, antiingilis çıxışlarına görə ölkədə çox məşhur idi — "Mocahidan-e islam" ("İslam mücahidləri") partiyasını yaratmışdı. Partiya əsas diqqətini ona yönəltmişdi ki, İran cəmiyyətində müsəlman ruhanilərinin mövqeyi gücləndirilsin və bu sahədə geniş təbliğat kampaniyası aparılırdı.
İran cəmiyyətində sosial-siyasi fəallıq birdən və qəti şəkildə yüksəlmişdi; ikincisi, ölkənin daxili və xarici siyasətinin başlıca problemləri ətrafında mübarizə kəskinləşmişdi; üçüncüsü, İranın gələcək ictimai və dövlət quruluşunun xarakteri haqqında qızğın müzakirələr siyasi həyata xüsusi bir gərginlik gətirmişdi; dördüncüsü, ölkənin əlverişli, geopolitik mövqeyindən yararlanmaq və İranda öz maraqlarını təmin etmək uğrunda ənənəvi olaraq burada nüfuzları güclü olan Böyük Britaniya və Sovet İttifaqı ilə yanaşı Amerika Birləşmiş Ştatları da mübarizəyə qatılmışdı. Əslində bu proseslər 1941-ci ilin avqustunda Sovet İttifaqı və Böyük Britaniyanın, 1942-ci ilin sonlarından ABŞ hərbi qüvvələrinin İrana girməsi ilə başlamışdı. Həmin dövrdə Rza şah Pəhləvi taxtdan salınmış, onun yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirilmiş, bununla da uzun illər İranda mövcud olmuş hərbi diktatura rejiminə son qoyulmuşdu. Məhz bu da ölkədə müxtəlif siyasi və ictimai təşkilatların öz fəaliyyətini xeyli dərəcədə artırmasına imkan yaratmış, ölkənin idarə edilməsində şahın bilavasitə özünün iştirakını məhdudlaşdırmağa, seçkili orqanların, xüsusilə də parlamentin-məclisin rolunun güclənməsinə gətirib çıxarmışdı. Əslində belə bir şəraitin yaranmasında -, daxili amilləri istisna etmirik və rolunu da azaltmırıq,xarici amillərin rolu xeyli böyük olmuşdur. 1942-ci ildən İranın iqtisadi qaynaqlarını və torpaqlarını, dövlət idarəçiliyini və torpaq bütövlüyünü öz təminatı altına alan Sovet İttifaqı və Böyük Britaniya, eləcə də ABŞ hələ müharibə getdiyi illərdə gələcək İran haqqında düşünürdülər. Təsadüfi deyildir ki, 1943-cü il Tehran konfransında bu dövlətlərin başçıları İranın yenidən qurulmasına yardım etməyi öz öhdələrinə götürməyə söz vermişdilər. Təbiidir ki, bu dövlətlərin də hər biri gələcək İranı öz istədikləri kimi görmək istəyirdi, onu öz yerli tərəfdarlarının əlində görmək istəyirdi və bu istiqamətdə hər üç dövlət ölkədə lazım olan sosial və siyasi dayaqlarını gücləndirirdi. Sovet İttifaqı açıq-aşkar şəkildə İran Kommunist partiyasının varisi Xalq partiyasını (Tudə) və onun ətrafında birləşən qüvvələri dəstəkləyirdi. Bu partiya ölkədə demokratik dəyişikliklər aparılması, xalqın həyat və iş şəraitinin yaxşılaşdırılması, İranın milli suverenliyinin möhkəmləndirilməsi və xarici konsessiyaların ləğv edilməsi uğrunda mübarizəni öz başlıca proqramı elan etmişdi. Kifayət qədər cəlbedici olan bu şüarlar az bir zamanda Tudə partiyasının şöhrətini artırdı və onun üzvlərinin sayını yüz min nəfərə çatdırdı. 1944-cü ildə keçirilən parlament seçkilərində bu partiyanın bir neçə üzvü parlamentə seçildi. Hətta 1946-cı ildə Əhməd Qəvvamın(Qəvvam əs-Səltənə) təşkil etdiyi hökumətin tərkibində 3 tudəçi də olmuşdur.
1946-cı ilin əvvəlində istefa verən Hakimi hökuməti yeni baş nazir təyin olunan Qəvvam əs-Səltənənin təşkil etdiyi hökumətlə əvəz olundu. Hakimiyyətə gəldiyi ilk gündən Qəvvam əs-Səltənə öz opponentlərinə, xüsusilə Azərbaycandakı və Kürdüstandakı qüvvələrə qarşı hər hansı şəkildə mübarizənin dayandırılması və Sovet Ittifaqı ilə normal münasibətlər tərəfdarı olmasını bəyan etdi. 1946-cı ilin 4 aprelində Tehranda Şimali İrandakı (oxu: Cənubi Azərbaycandakı-müəl.) neft yataqlarının kəşfi və istismarı üzrə birgə sovet-iran cəmiyyətinin yaradılması haqqında saziş imzalandı. Bunu ardınca 1946-cı ilin 13 iyununda Qəvvam əs-Səltənə hökuməti və Azərbaycan Milli hökuməti arasında saziş bağlandı. Sazişə görə Milli Məclisin Azərbaycan əyalət əncuməni (məclisi) və Azərbaycan hökumətinin inzibati şura adlandırılması şərti ilə Şimali Azərbaycanda keçirilən bütün islahatlar saxlanılmalı idi. Qəvvam əs-Səltənə hökumətinin atdığı mühüm addımlardan biri də o oldu ki, bütün İran üzrə dövlət torpaqlarının pulsuz olaraq kəndlilər arasında bölüşdürülməsi, məhsul bölgüsündə icarədar kəndlilərin payının 15% artırılması rəsmi şəkildə bəyan edildi. Qəvvam əs-Səltənə bildirdi ki, onun hökuməti demokratik islahatlar keçirilməsində maraqlıdır və antisovet xarici siyasətə son qoyacaqdır. Ölkədə ağır həyat şərtlərinə qarşı etirazları səngitmək üçün 1946-cı ilin ortalarında əmək haqqında qanun qəbul edildi. Qanuna görə həftəlik iş günü 48 saatdan artıq ola bilməzdi, artıq iş vaxtı üçün əlavə əmək haqqı ödənilməli idi. İşçilərə hər həftə üçün istirahət günü və hər il üçün isə məzuniyyət verilirdi. Sosial mübarizənin genişlənməsindən yararlanmaq cəhdləri göstərən İran Xalq Partiyasının (Tudənin) 3 nümayəndəsi konyunktur məqsədlərlə hökumətin tərkibinə gətirildi.
Təbiidir ki, Qəvvam əs-Səltənə hökumətinin bütün bu tədbirləri müvəqqəti zaman üçün edilirdi, millətçi-istiqlalçı və digər siyasi qüvvələri hələlik bir azacıq da olsa zərərsizləşdirmək məqsədi daşıyırdı, onun əsl si-yasi xəttinin hazırlanması və həyata keçirilməsinin zəmini qoyurdu. Elə bunun ilk göstəricisi idi ki, o, 1946-cı ilin iyununda İran Demokrat Partiyasını yaratdı və hakim sinfin içərisindən olan bütün tərəfdarlarını orada topladı. Məhz həmin partiya da güc strukturlarının yaxından iştirakı ilə Qəvvam əs-Səltənənin siyasi rəqiblərinə qarşı bütün ölkəboyu hücumlara başladı. Bununla yanaşı Sovet İttifaqının ölkənin şimalında - Azərbaycan və Kürdüstanda dəstək verdiyi qüvvələrə adekvat olaraq Böyük Britaniya da ölkənin cənubunda - Xuzistanda öz imkanlarını səfərbər etdi, burada Xuzistan Qəbilələrinin İttifaqı adlı təşkilat yaradıldı. Bu təşkilat Xuzistanın İrandan ayrılması tələbini irəli sürürdü və belə bir bəhanə gətirirdi ki, Azərbaycanda və Kürdüstanda yaranmış hakimiyyətlər İranın parçalanması məqsədi güdür. İran dövləti bu "seperatçılıq" hərəkətlərinə son qoymur və biz də etiraz olaraq həmin addımı atmaq zorunda qalmışıq. Tarixi ədəbiyyatda daha çox "Cənub hərəkatı" adı ilə tanınan bu təşkilatda birləşən qüvvələrin əsl məqsədi isə həmin bəhanə ilə mərkəzi hökumətin şimaldakı istiqlalçı qüvvələrə qarşı mübarizəyə başlanmasına əsas vermək idi. Onlar hökumətdə tudəçilərin iştirakına qarşı da çıxırdılar. Böyük Britaniya İranın cənubunda baş verən bu hadisələri nəzarətdə saxlamaq üçün öz hərbi gəmilərini Abadan və Xürrəmşəhr limanlarına gətirdi. Bəsrə rayonunda İran sərhədlərinə yaxın əraziyə bir neçə ingilis diviziyası yerləşdirildi. Bunu bəhanə edərək neft mədənlərinin işçiləri kütləvi nümayişlərə başladı. Bu aksiyanın arxasında isə tudəçilər dayanırdılar. 1949-cu ilin 16 iyulunda Qəvvam hökuməti neftçilərin bu nümayişlərini qeyri-qanuni saydı. Xuzistanda hərbi vəziyət elan olundu və sakitlik yarandı. Bu, Qəvvam əs-Səltənənin ilk uğuru idi və indi o, artıq digər siyasi qüvvələrə, ilk növbədə Azərbaycan və Kürdüstan demokratlarına qarşı qəti mübarizə anının gəldiyini hiss edirdi. Belə bir vaxtda payızda (sentyabr ayında) Qəvvam əs-Səltənəni dəstəkləyən Cənubi İran qəbilələri başçılarının hərbi qüvvələri hərəkətə gəldi və Kazerun, Buşir və digər şəhərləri tutdular. Narazı qüvvələrə qarşı cəza tədbirləri tuğyana başladı. Cənubi İran qəbilə başçıları Azərbaycan və Kürdüstanda "qayda-qanun yaradılması üçün" oraya hökumət qoşunlarının yeridilməsini tələb edirdilər. Qəvvam əs-Səltənənin "milli hərəkat" adlandırdığı bu hadisələrin təşkilatçıları öz hərəkətlərin "İranın istiqlaliyyətini və ərazi bütövlüyünü qorumaq" istəyi ilə bağlayırdılar.
Bütün bunlardan sonra, -həm də bu vaxt sovet orduları da İrandan çıxarılmışdı Qəvvam əs-Səltənə qəti hücuma başladı, tudəçiləri hökumətdən uzaqlaşdırdı. Artıq 1946-cı ilin sonunda (dekabrın 10-da) isə "məclisə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə İran orduları Azərbaycana yeridildi, Təbriz və digər şəhərlər tutuldu. İstiqlalçı-demokrat qüvvələrə sarsıdıcı zərbələr vuruldu. Azərbaycan hökuməti yıxıldı, minlərlə insan güllələndi, dar ağacından asıldı və öldürüldü. Çoxları ölkədən çıxmağa məcbur oldu. Sonra İran orduları Kürdüstana yeridi və kürd demokratlarına da eyni divan tutuldu. Bütün İran üzrə sol təmayüllü qüvvələrə qarşı təqiblər başlandı. Həmkarlar təşkilatları və Xalq partiyasının qərargahları dağıdılır, qəzet və jurnallar bağlanırdı. Kütləvi həbslər həyat normasına çevrilmişdi. Bu cür ağır və mürəkkəb vəziyyətdə 1947-ci ilin əvvəlində İran məclisinə seçkilər keçirildi. Məclis 1947-ci ilin 22 oktyabrında Qəvəm əs-Səltəninin təklifi ilə irəlidə haqqında danışılan sovet-iran sazişinin qeyri-qanuniliyi haqqında qərar qəbul etdi. Buna da səbəb o gətirilirdi ki, 1944-cü il 2 dekabr tarixli qanuna əsasən hökumət neft konsessiyası vermək hüququndan məhrum edilmişdi. Təbiidir ki, İran tərəfindən belə bir qərarın qəbul edilməsi çox riskli bir addım idi və bu addımın atılmasında ABŞ-nin mövqeyi böyük rol oynamışdır. Belə ki, hələ məsələ məclisə gətirilməmişdən əvvəl ona qarşı İran ictimaiyyətinin mənfi münasibəti bilinirdi. Odur ki, Sovet İttifaqı İrana təzyiqləri gücləndirirdi. ABŞ yaranmış vəziyyətdən yararlanmaqda qətiyyətli oldu və məsələ ilə bağlı öz mövqeyini açıqladı. 1947-ci ilin 22 sentyabrında ABŞ hökuməti bildirdi ki, neft sazişinin rədd edilməsi səbəbindən İran gözlənilməyən nəticələrlə qarşılaşarsa ABŞ bu ölkənin torpaq bütünlüyünü qoruyacağına təminat verir. ABŞ-nin bu sərt mövqeyi Sovet İttifaqını onunla üz-üzə gəlməkdən çəkindirdi və Sovet İttifaqı baş vermiş faktla razılaşmaq zorunda qaldı. Qəvvam əs-Səltənə hökuməti də ABŞ ilə yaxınlığa yönəli kurs götürdü. Lakin bu kurs Qəvvam əs-Səltənənin hakimiyyətini möhkəmləndirə bilmədi. Artıq 1947-ci ilin sonlarında o, parlamentdəki tərəfdarlarının çoxunu itirmişdi. Elə bu da Qəvvam əs-Səltənə hökumətinin yıxılmasına gətirdi.
1949-cu ilin 16 iyulunda Qəvvam hökuməti neftçilərin bu nümayişlərini qeyri-qanuni saydı. Xuzistanda hərbi vəziyyət elan olundu və sakitlik yarandı. Bu Qəvvam əs-Səltənənin ilk uğuru idi. 1949-cu ilin sentyabrda Qəvvam əs-Səltənəni dəstəkləyən Cənubi İran qəbilələri başçılarının hərbi qüvvələri hərəkətə gəldi və Kazerun, Buşir və digər şəhərləri tutdular. Narazı qüvvələrə qarşı cəza tədbirləri tuğyana başladı. Qəvvam əs-Səltənənin "milli hərəkat" adlandırdığı bu hadisələrin təşkilatçıları öz hərəkətlərini "İranın istiqlaliyyətini və ərazi bütövlüyünü qorumaq" istəyi ilə bağlayırdılar. Bu vaxtdan etibarən, sovet orduları İrandan çıxarıldı, Qəvvam əs-Səltən tudəçiləri hökumətdən uzaqlaşdırdı. 1946-cı ilin dekabrın 10-da isə "məclisə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə İran orduları Azərbaycana yeridildi, Təbriz və digər şəhərlər tutuldu. İstiqlalçı-demokrat qüvvələrə sarsıdıcı zərbələr vuruldu. Azərbaycan hökuməti yıxıldı, minlərlə insan güllələndi, dar ağacından asıldı və öldürüldü. Çoxları ölkədən çıxmağa məcbur oldu.