Ehmed Ibn Ii Mehemmed - Wikipedia
Əhməd ibn II Məhəmməd – Şirvanşahlar dövlətinin səkkizinci hökmdarı.
Əhməd ibn II Məhəmməd | |
---|---|
Şirvanşahlar Dövlətinin VIII hökmdarı | |
iyun, 956 – iyun, 981 | |
Əvvəlki | II Məhəmməd ibn Yezid |
Sonrakı | Məhəmməd ibn Əhməd |
Layzan əmirliyinin V əmiri | |
sentyabr, 948 – iyun, 956 | |
Əvvəlki | II Məhəmməd ibn Yezid |
Dərbənd əmirliyinin IX əmiri | |
may, 942 – sentyabr, 943 | |
Əvvəlki | Xəşrəm Əhməd |
Sonrakı | Əhməd ibn Əbdülmalik |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | II Məhəmməd ibn Yezid |
Uşağı | Məhəmməd ibn Əhməd |
Ailəsi | Məzyədilər |
Fəaliyyəti
redaktəŞirvanşah II Məhəmmədin ölümündən sonra Əhməd və Heysəm adlı iki oğlu, boğulub öldürülmüş qardaşı Əhmədin isə Əbu-l-Heysəm ibn Əhməd adlı oğlu qalmışdır. Ölüm yatağında olan atasını yoxlamağa gələn Layzan əmiri Əhməd ibn Məhəmməd atasının ölümündən sonra onun varisi oldu. Dövlətin əyanları ona sədaqət andı içdilər. Lakin o, tezliklə xəstələndi.[1]
"Tarix-i əl-Bab"da vəzirin Əhməd ibn Məhəmmədi baş tutmayan zəhərləmək cəhdi ortaya gətirilir. "Əhməd xəstəlikdən durandan sonra öz qulamlarını göndərdi, onlar qəfildən İbn əl- Mərağinin evinə girib onu dəyənəklə ölüncə döydülər. Təbərsəran əmiri olan Heysam Şirvanda öz hakimiyyətini möhkəmləndirən və məkrli vəzirindən xilas olan qardaşından qorxuya düşərək ləzgilər (ləkz) ölkəsinə qaçdı. Vaxtı ilə o da atasına baş çəkməyə gəlirdi. Onun əmisi oğlu, Əhmədin oğlu Əbü-l-Heysəm də Şirvanşahın təqiibndən ehtiyat edərək Bərdəyə qaçdı, burada az bir müddət yaşadı və tezliklə öldü. Onun cənazəsi Kürdiyana (Lahıc yaxınlığında Kürdivan kəndi) gətirilərək orada dəfn olundu. Şirvanda hakimiyyətin son mümkün iddiaçısı Əhməd ibn Məhəmməd ibn Yəzidin əmisi Əbü-l-Bədr ibn Yəzid də həmin ildə öldü və Əhməd Şirvanın şəksiz hakimi oldu." [2]
Kiyev knyazının yürüşü
redaktəKiyev knyazı Svyatoslavın 965-ci ildə Volqaya və Şimali Qafqaza səfəri barədə İbn Havqəlin h.358 (969)-ci ildə verdiyi məlumat da Əhməd ibn Məhəmmədin hakimiyyət vaxtına təsadüf edir. İbn Havqəlin sözlərindən görünür ki, ruslar, Səməndər də daxil olmaqla, bütün Xəzər torpaqlarını tutmuş və vaxtı ilə qüdrətli olan Xəzər dövləti ehtimal ki, bu sarsıntıdan sonra bir daha özünə gələ bilməmişdi. Xəzər xaqanlığından qaçanlar Abşeron və Manqışlaq yarımadalarında sığınacaq tapdılar. İbn Havqəlin dediyinə görə bəzi qaçqınlar Şirvanşah Məhəmməd ibn Əhməd əl-Əzdinin köməyilə Xəzər paytaxtlarına (İtil, Xəzəran) qayıtmağa başlamışdılar. Şirvanşah onlara öz qoşunu və adamları ilə yardım göstərmişdir.[3][4][5]
Təbərsaran hakimi ilə münasibətlər
redaktəƏhməd ibn Məhəmmədin Təbərsəran hakimi olan qardaşı Heysəm Şirvana hökmranlıq iddiasından əl çəkməmişdi. H.357(968) ci ildə o, ləkzlər ölkəsini tərk edərək Salar İbrahim ibn Mərzuban Deyləminin yanında sığınacaq tapdı, onunla birlikdə yürüş edib Şirvan torpağına girdi. Salar ölkəni və Dərbəndin ətrafını qarət etdi. Şirvan hakimi Əhməd onunla sülh sazişi bağladı və ona xərac verdi. Salar Şirvanı tərk etdi və Heysəmi də özü ilə aparmaq istədi. Lakin Heysəm əl-Məsqətə qaçdı və ona siyasi sığınacaq verən, ehtiram və rəğbət göstərən əl-Bab əmiri Əhməd ibn Əbd-ül-Məlik Heysəmin adından Şirvan hakimi ilə danışığa girərək, Şirvanın bir hissəsinin ona güzəştə gedilməsini tələb etdi.[6] Lakin Şirvanşah bu tələbi rədd etdi və hədə – qorxu gəldi. Dərbənd əmiri Əhməd ibn Əbd-ül-Məlik əsasən Sərir vilayətindən qoşun toplayaraq Şirvana soxuldu. Şəbəran şəhərini hücumla alıb, yandırdı, talan edib böyük qənimət götürdü. Geri qayıdarkən sərirli döyüşçülər əl-Baba əmirdən bir gün əvvəl daxil oldular. Lakin şəhərdə iğtişaş və qarışıqlıq başlandı. Yerli əhali yüz sərirli hərbi rəisi öldürüb onların Şirvanda ələ keçirdikləri qəniməti çapıb taladılar.
Şirvanşah Əhməd iyirmi beş ilə yaxın hökmranlıqdan sonra h.370-ci ilin zilhiccə ayında (iyun 981-ci il) vəfat etdi.[7]
Ailəsi
redaktə- Atası II Məhəmməd ibn Yəzid. Şirvanşah.
- Əmisi Əhməd ibn Yəzid. II Məhəmməd tərəfindən öldürülüb.
- Əmioğlusu Əbu-l-Heysəm ibn Əhməd. Bərdədə öldü.
- Əmisi Əbü-l-Bədr ibn Yəzid.
- Qardaşı Heysəm ibn Məhəmməd. Tabasaran əmiri (948-1025).
- Oğlu III Məhəmməd. I varisi.
- Oğlu II Yezid. II varisi.
SƏLƏF II Məhəmməd ibn Yezid |
Əhməd ibn II Məhəmməd Məzyədilər |
XƏLƏF Məhəmməd ibn Əhməd |
Döyüş və hakimiyyət mübarizəsi xronologiyası
redaktəTarix | Hadisə | Müttəfiqlər | Qarşı tərəf | Yer | Vəzifəsi | Nəticə |
---|---|---|---|---|---|---|
956-cı il | İbn əl-Mərağinin qətlə yetirilməsi | — | İbn əl-Məraği | Yezidiyyə | Şirvanşah | hakimiyyətin güclənməsi |
968-ci il | Salar İbrahim ibn Mərzubanın hücumu | — | Salarilər, Heysam ibn Məhəmməd (Tabasaran əmiri) | Şirvan və Dərbənd | Şirvanşah | məğlubiyyət, sülh |
968-ci il | Əhməd ibn Əbd-ül-Məlik Heysəmin hücumu | — | Dərbənd əmirliyi, sərirli döyüşçülər, Heysam ibn Məhəmməd (Tabasaran əmiri) | Şabran | Şirvanşah | məğlubiyyət |
İstinadlar
redaktə- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.49-50
- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c. 50
- ↑ İbn Havqəl, s.15, 218-282 Пoвecть вpeмeнныx лeт. M., 1950, ч.1, c.47
- ↑ B .B.Бapтoльд. Apaбcкиe извecтия o pycax. Coч., т.II, ч.l, М. 1963, c.847-854
- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.152
- ↑ Sara Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
- ↑ Mинopcкий, c.50-51