Ehmedli Lacin - Wikipedia
Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Əhmədli | |
---|---|
39°41′16″ şm. e. 46°16′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəAğoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar[2].
Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur.
Abidələri
redaktəKənddəki körpü Seyid Əmir körpüsü adlanır[3]
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi
redaktəƏhalisinin milli tərkibi əsasən Azərbaycan türklərindən və kürdlərdən ibarətdir.
Tanınmış şəxsləri
redaktə- Hüseyn Kürdoğlu — şair
- Şirindil Alışanlı — alim, filoloq
- Nazim Əhmədli — şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri
- Muxtar Həmzəyev — psixologiya elmləri doktoru, professor
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Əhmədli (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 252. ISBN 978-9952-34-155-3.
- ↑ Faiq İsmayılov. Laçın rayonunun tarixi abidələri haqqında [ölü keçid]
Həmçinin bax
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |