Ejder Eliyev - Wikipedia
Əjdər Əjdər oğlu Əliyev (1937) — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Statistika Komitəsinin sədri (1989–1993), Azərbaycan SSR tikinti naziri (1986–1989), Azərbaycan SSR sənaye tikintisi naziri (1983–1986).
Əjdər Əliyev | |
---|---|
5 fevral 1991 – 9 may 1993 | |
Əvvəlki | komitənin adı dəyişdilib |
Sonrakı | Arif Vəliyev |
26 yanvar 1989 – 5 fevral 1991 | |
Əvvəlki | Xəlil Məmmədov |
Sonrakı | komitənin adı dəyişdilib |
2 dekabr 1986 – 2 yanvar 1989 | |
Əvvəlki | özü (sənaye tikintisi naziri kimi) |
Sonrakı | nazirlik ləğv edilib |
24 noyabr 1983 – 2 dekabr 1986 | |
Əvvəlki | Tofiq Səfərəliyev |
Sonrakı | özü (tikinti naziri kimi) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1937 |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəƏjdər Əjdər oğlu Əliyev 1937-ci ildə anadan olmuşdur.[1] Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.[2]
Əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Dövlət Neft Sənayesi Müəssisələrini Layihələşdirmə İnstitutunda ("Azərneftdövlətlayihə") texniki kimi başlamış, "Sibtexquraşdırma" Trestinin Krasnoyarsk Quraşdırma İdarəsinin ustası olmuşdur. Sonra yeddi il ərzində Azərbaycan Neft Kimyası Qurğularını Quraşdırma Trestinin Sumqayıt və Bakı (3 nömrəli idarə) quraşdırma idarələrində müxtəlif mühəndis-texnik vəzifələrində, 1967-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini işləmişdir.[2][3]
Əjdər Əliyev 1970-ci ildən Azərbaycan SSR sənaye tikintisi nazirinin müavini olmuş, 1983-cü ildən sənaye tikintisi naziri, 1986-cı ildən isə tikinti naziri vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Dövlət Statistika Komitəsinin sədri olmuşdur.[3]
Əjdər Əliyev 1967-ci ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.[2] "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.[3]
İstinadlar
redaktə- ↑ The State Committees of the Republic of Azerbaijan // Who Was Who in the Soviet Union (ingilis). München; London; New York; Paris: K. G. Saur. 1992. səh. 115. ISBN 3-598-10810-9.
- ↑ 1 2 3 Әлијев Әждәр Әждәрович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 138.
- ↑ 1 2 3 Әждәр Әждәр оғлу Әлијев: [Азәрбајҹан ССР Дөвләт Статистика Комитәсинин сәдри] // Коммунист. № 23 (20791). 27 јанвар 1989-ҹу ил. С. 1.