Ekin Sabalidi - Wikipedia
Əkin şabalıdı (lat. Castanea sativa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin şabalıd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli ksilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.
Əkin şabalıdı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Əkin şabalıdı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktə30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28), eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir. Tozluqlar yumurtavari olub, sırğalar çiçək açdıqdan sonra tökülür. Dişicik daşıyan çiçəklərdən ibarət dixazi iri çanaqcıqla əhatə olunur. Çanaqcıq 4 qapaqla açılır, üzəri yumşaq iynəvari tüklərlə örtülü olur. Çanaqcıqda 3 ədəd birtoxumlu fındıqca tipli meyvə yetişir. Hündürlüyü 30 (35) m-ə qədər, diametri 1,5 (2) m, enli, budaqlı çətiri olan ağacdır. Tumurcuqları iri, yumurtaşəkilli, tünd-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu (8) 10-25 smdir,uzunsov-neştərvari, neştərvari və ya uzanmış uzunsovdur, qaidəsinə doğru daralmış, uc hissədə dartılı-sivridir, üst tərəfdən çılpaq, alt tərəfdən sıx ulduzşəkilli-tüklüdür, kənarları bizvari, adətən içəri əyilmiş zoğlarla tamamlanan dişlərlədir; yarpağın alt tərəfindən nəzərə çarpan damarları 16-28 (30) cütdür. Erkəkcikli çiçəkləri sarımtıl rəngli, ətirlidir,uzun ox üzərində yumaqcıqda oturaraq, çiçəkləri solandan sonra tökülən, uzun düzduran salxım əmələ gətirir. Dişicikli çiçəkləri 1-3 ədəd və ya daha çox olmaqla yumaqcıqda yerləşir. Meyvəsi parıldayan, qalın dərili,meyvə yanlığı qəhvəyi rəngli olan qozdur;qozlar bir tərəfdən qabarıqdır, 2-3 (1) ədəddir,gec açılan olub, xaricdən uzun sivri iynəlidir, şarşəkilli qoza ilə tamamlanır. İyun-iyul aylarında çiçəkləyir. Meyvələri sentyabrın axırında, oktyabr və noyabr ayında yetişir. Toxum, pöhrə və kök bicləri ilə artır. Tozlanması entomofil və anemofildir. Mezofitdir. Təzə, dərin, açıq qonur çöküntülü dağ-meşə qurşaqlarında yaxşı bitir, tərkibində əhəng olan torpaqları, quru və bataqlıqlaşmış yerləri sevmir. Şabalıd meşəlikləri nisbətən kiçik sahələri tutub, əsas etibarilə dəniz səviyyəsindən 550-1200(1300)m hündürlükdə, yamacın rütubətli şimal, qərb və qismən cənub hissələrində yayılmışdır. Adətən qarışıq halda fıstıq-vələs və vələs-palıd meşələrində bitir. Qida bitkisidir.
Status
redaktəArealı tədricən azalan relikt növdür.
Yayılması
redaktəZaqatala (qoruğun ərazisi), Qəbələ (Vəndam və Bum çayları vadilərində) və rayonları. Qavqazın qalan hissəsində - Qərbi Zaqafqaziya, Cənubi Osetiya MB. Azərbaycandan kənarda – Kiçik Asiya və Qərbi Avropanın cənubu.
Azərbaycanda yayılması
redaktəZaqatala, Qəbələ, Oğuz, Xaçmaz, Xudat, Yuxarı Qarabağ rayonları ərazilərində, Alazan-Əyriçay vadisində rast gəlinir. BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəz. (Xocalıçay), Lənk. dağ. Orta və yuxarı,bəzən aşağı dağ qurşaqlarında rast gəlinir.
Sayı və tendensiyası
redaktəYayılma ərazilərinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.
Təsərrüfat əhəmiyyəti
redaktəŞərq fıstığı tikinti işlərində, sualtı tikintidə, gəmiqayırmada, dülgər və mebel düzəldilməsində və s. istifadə olunur.Zoğ və yarpaqları iri buynuzlu heyvanların yemdir. Həmçinin dekorativ əhəmiyyəti vardır.
Yaşayış mühiti
redaktəDigər cinslərlə birgə təmiz meşə əmələ gətirir.
Məhdudlaşdırıcı amillər
redaktəZoogen amillər (meyvələrin meşədə vəhşi donuzlar, gəmiricilər tərəfindən yeyilməsi), fitopotoloji və antropogen amillər (əhali tərəfindən meyvələrin yığılması)
Mühafizə tədbirləri
redaktəZaqatala Dövlət Qoruğunda mühafizə olunur.
Bitdiyi yer
redaktəDəniz səviyyəsindən 600–1100 m yüksəklikdəki zolaqda, aşağı dağlıq qurşağın şimal yamaclarında, dağ vadiləri və dərələrinin yamaclarında, təzə, rütubətli qonur-gillicəli torpaqlarda bitir.
Meşədə şabalıda palıd, vələs, ağacları ilə birgə rast gəlinir. Antropogen amillərin qüvvətli təsirinə məruz qalan sahələrdə şabalıd vələslə əvəz olunur.
Ehtiyatı
redaktəŞabalıdın əsas meşə massivlərinə Qəbələ rayonunda təsadüf edilir. Azərbaycanda ehtiyatı ümumiyyətlə azdır. Ümumi sahəsi 1000 ha yaxındır. Çoxalması toxumladır.
Ehtiyatının dəyişilmə səbəbləri.
redaktəTikinti materialı və müxtəlif məqsədlər üçün sistemsiz kəsilməsi, xəstəliyi və meyvəsinin toplanması.
Becərilməsi
redaktə- Böyük Qafqaz rayonlarında geniş sahələrdə əkilir. Bakıda Azərbaycanın Botanika İnstitutunun botanika bağında becərilir.
Qəbul edilmiş qorunma tədbirləri
redaktə- Zaqatala qoruğunda mühafizə olunur.
Zəruri qorunma tədbirləri
redaktə- Mövcüd şabalıd meşələrini qorumaq, meşə əkinlərində və bağlarda geniş miqyasda becərmək. Qəbələ rayonunda Bumçay vadisində yasaqlıq yaratmaq lazımdır.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Castanea castanea }(L.) H.Karst.
- Castanea sativa var. typica Seemen
- Castanea vesca Gaertn.
- Castanea vulgaris Lam.
- Fagus castanea L.
- Fagus procera Salisb.
Heterotipik sinonimləri
redaktə- Castanea fastigiata Briot
- Castanea prolifera (K.Koch) Hickel
- Castanea sativa f. asplenifolia (Lodd. ex Loudon) Rehder
- Castanea sativa var. asplenifolia Lodd. ex Loudon
- Castanea sativa f. aureovariegata Beissn.
- Castanea sativa f. discolor Vuk.
- Castanea sativa var. fastigiata (Briot) A.Camus
- Castanea sativa f. fastigiata (Briot) Rehder
- Castanea sativa var. hamulata A.Camus
- Castanea sativa var. microcarpa Lavialle
- Castanea sativa f. prolifera K.Koch
- Castanea sativa var. prolifera (K.Koch) A.Camus
- Castanea sativa f. purpurea (A.Henry) Rehder
- Castanea sativa var. purpurea A.Henry
- Castanea sativa pyramidalis Mottet
- Castanea sativa f. pyramidalis (Mottet) Rehder
- Castanea sativa var. pyramidalis (Mottet) Bean
- Castanea sativa var. spicata Husn.
- Castanea sativa f. variegata Rehder
- Castanea vesca var. affinis Risso
- Castanea vesca var. albida Risso
- Castanea vesca var. argentata Risso
- Castanea vesca var. aurata Risso
- Castanea vesca var. aureovirgata T.Moore & Mast.
- Castanea vesca var. christ Risso
- Castanea vesca var. computensis Risso
- Castanea vesca var. corticata Risso
- Castanea vesca var. delserei Risso
- Castanea vesca var. domestica Risso
- Castanea vesca var. dubia Risso
- Castanea vesca var. echinata Risso
- Castanea vesca var. elongata Risso
- Castanea vesca var. fauraut Risso
- Castanea vesca var. fructifera Risso
- Castanea vesca var. garelia Risso
- Castanea vesca var. hyacintha Risso
- Castanea vesca var. laciniata Risso
- Castanea vesca var. latissima Risso
- Castanea vesca var. lineata Risso
- Castanea vesca var. lutea Risso
- Castanea vesca var. marrona Risso
- Castanea vesca var. maxima Risso
- Castanea vesca var. media Risso
- Castanea vesca var. nigra Risso
- Castanea vesca var. oblonga Risso
- Castanea vesca var. parvifolia Risso
- Castanea vesca var. pilosa Risso
- Castanea vesca var. praecox Risso
- Castanea vesca var. rubra Risso
- Castanea vesca var. rufa Risso
- Castanea vesca var. sativa Gray
- Castanea vesca var. serotina Risso
- Castanea vesca var. siria Risso
- Castanea vesca var. strictifolia Risso
- Castanea vesca var. subalpina Risso
- Castanea vesca var. thyrsoidea Risso
- Castanea vesca var. triangularis Risso
- Castanea vesca var. tristis Risso
- Castanea vesca var. variabilis Risso
- Castanea vesca var. variegata Loudon
- Castanea vesca var. vesubiana Risso
- Fagus castanea var. variegata Weston