Ekmeleddin Ehsanoglu - Wikipedia
Ekmeleddin İhsanoğlu (türk. Ekmeleddin İhsanoğlu, 26 dekabr 1943, Qahirə[1]) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi.
Əkmələddin Ehsanoğlu | |
---|---|
türk. Ekmeleddin İhsanoğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 dekabr 1943 (80 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | tarixçi, siyasətçi, universitet müəllimi[d], diplomat |
Uşağı | 3 |
Dini | sünni islam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
ihsanoglu.com/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib.
E. İhsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır.
1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan İhsanoğlu 1984-cü ildə professor oldu.
Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir.
Yaxın dostları ona sayğı ilə "Elmel bəy" deyə müraciət edir.
Türkiyənin əsas müxalifət partiyaları — Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) 2014-cü il prezident seçkilərində Ekmələddin İhsanoğlunun namizədliyi ilə vahid namizədlə çıxış etmək barədə razılığa gəliblər[2].
İhsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. E. İhsanoğlu İordaniyanın I dərəcəli "İstiqlal" medalı və Misirin ali dövlət mükafatının da sahibidir.
Ekmeleddin İhsanoğlu evlidir və 3 uşaq atasıdır[3].
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #123198968 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Arxivlənmiş surət". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
- ↑ "Arxivlənmiş surət". 2014-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.