Elovset Quliyev - Wikipedia
Əlövsət Quliyev (Əlövsət Gülüş oğlu Quliyev) (10 iyul 1947, Sisian rayonu) — professor, aqrar elmlər üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2017), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.[1]
Əlövsət Quliyev | |
---|---|
Əlövsət Gülüş oğlu Quliyev | |
Doğum tarixi | 10 iyul 1947 (77 yaş) |
Doğum yeri | |
Elmi dərəcələri | aqrar elmlər üzrə elmlər doktoru, professor |
İş yerləri | Torpaqşünaslıq və Aqrokimya İnstitutu |
Təhsili |
Haqqında
redaktəƏlövsət Quliyev 10 iyul 1947-ci ildə Sisyan rayonunda anadan olub. O, Azərbaycan Texniki Universitetinin Hidromeliorasiya fakültəsində Meliorasiya ixtisası üzrə təhsil alıb.[2]
Elmi fəaliyyəti
redaktəƏlövsət Quliyev "Naxçıvan muldası torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yolları" mövzusunda namizədlik, Naxçıvan MR Arazboyu və dağətəyi torpaqlarının ekomeliorativ qiymətləndirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2017-ci ildə - Azərbaycan Milli Elmlər Akademiyasının qərarı ilə AMEA-nın müxbir üzvü seçilib.[2]
Əlövsət Quliyev Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yollarına dair eksperimental nəticələr əsasında torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına nail olub. O, Naxçıvan Muxtar Respublikasında təkrar şorlaşmaya məruz qalmış torpaqların qısa müddətdə zərərli duzlardan azad edilməsi və yenidən əkin dövriyyəsinə qatılması yollarını ilk dəfə olaraq təcrübi yolla sübut edib, torpaqlarda su-duz balansı elementlərini təyin edərək təkrar şorlaşmanı doğuran səbəbləri və onların qarşısının alınması yollarını işləyib.[1]
Əlövsət Quliyev ilk dəfə olaraq Naxçıvan MR-nın Duzdağ və Böyükdağ maili düzənliklərində dellüvial mənşəli şorlaşmış torpaqların duzlardan azad edilərək əkin dövriyyəsinə cəlb olunub. İlk dəfə Azərbaycanda qədim su mənbələri - kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini aparılmış və GİS əsasında xəritələşdirilib.[2]
Hazırda Azərbaycanın kəhriz olan bölgələrində (Qazax, Ağstafa, Şəmkir, Tovuz, Göygöl, Gəncə, Samux, Goranboy, Tərtər, Ağdam, Yevlax, Bərdə və Ağcabədi) kəhrizlərin öyrənilməsi, bərpası və yeni su mənbələrinin tədqiqat işlərini aparır, eyni zamanda kəhriz sularından suvarmada tətbiqi məsələləri tədqiq olunur. Muxtar Respublikada torpaq və su ehtiyyatlarından səmərəli istifadə edilməsi və onların mövcud ekoloji vəziyyətinin qiymətləndirilməsi işlərini yerinə yetirib.[2]
Əlövsət Quliyev həmçinin Azərbaycanda kəhrizlər, ovdan və s. üzərində olan qədim memarlıq abidələrinin (qırxpilələrin) qeydiyyata alınması və bərpasının həlli yollarını elmi əsaslarda işləyib. Bu abidələrin Dünya İrs Abidələri kimi qorunması və qeydə alınması məsələsini aidiyyatı olan təşkilatlar qarşısında gündəmə çıxarıb.[2]
Elmi əsərlərinin adları
redaktə- Guliyev A.G., (2016). Evolution of the Qanāt (Kahriz) Systems in the Arid Countries of the Caucasus and Central Asia. Underground Aqueducts Handbook, Chapter 19, pp. 321–332.
- Guliyev A.G., (2014). Development experience delluvial saline soils of the Nakhchivan Autonomous Republic. 9th International Congress on “The Soul of Soil and Civilization” (Soil Science Society of Turkey cooperation with Federation of Eurasian Soil Science Societies) October 14 - 16, 2014 in Antalya, Turkey.
- Guliyev A.G., (2013). Environmental problems and soil degradation in Central Asia. 1st Central Asıa congress on modern agrıcultural technıques and plant nutrıtıon.01-03 October 2013,Soil-Water Journal, Vol. 2 (2013) number 2 (2), Bişkek, Kyrgyzstan.
- Guliyev A.G., (2010) Ecomeliorative estimation of soils of Nakhichevan AR, “International Soil Science Congress on Management of Natural Resources to Sustain Soil Health and Quality” in Samsun, Turkey to be held May 26-28, pp. 313–317.
- Кулиев А.Г., (1981). Динамика засоления почво-грунтов и минерализация грунтовых вод в условиях Нахичеванской мульды. ДАН Азербайджанской ССР, том, ХХХУ11, Баку, № 7, с. 65-68.
- Quliyev Ə. G. və b. (2001). Kəhriz harayı. Elmi publistik məcmuə. BMqT, Bakı, 16 s.
- Quliyev Ə. G. və b.(2004) Naxçıvan MR-da subartezian və kəhriz sistemlərinin istismarında bəzi göstəricilərin müqayisəli tədqiqi. AMEA Məruzələri№ 1-2,«Elm» nəşr., Bakı, 145-151 s.
- Quliyev Ə. G. və b. (1999). Azərbaycanın şorlaşmış torpaqları,onların meliorasiyası və münbitliynin artırılması.«Elm», Bakı, 75 s.
- Quliyev Ə.G., (2008). Naxçıvan kəhrizləri. Bakı, Nurlan nəşr., 165 s.
- Quliyev Ə.G. və b. (2013). Aqrar sahənin inkişafininn regional problemləri (dərslik). Bakı, Avropa nəşr. 173 s.
- Quliyev Ə.G., (2014). Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarının ekomeliorativ qiymətləndirilməsi. Naxçıvan, 168 s.
- Quliyev Ə.G., (2014) Ekoloji aspektdə elmi məruzələr. Bakı, Politex nəşr. 183 s.[2]
Pedaqoji fəaliyyəti
redaktəƏlövsət Quliyev 1973-cü ildən 2015-ci ilədək Naxçıvan Dövlət Universitetində Meliorasiya kafedrasının müdiri olub, Ekologiya və Meliorasiya kafedralarının müdiri işləyib və bu dövrdə pedoqoji fəaliyyətini davam etdirib.[2]
Digər fəaliyyəti
redaktə- 1999-2009 -Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) "İçməli su" layihəsində məsləhətçi alim.
- 2010- Qazaxıstan Elmlər Akademiyasının Torpaqşünaslıq, Arxeologiya və Etnoqrafiya İnstitutlarının dəvəti ilə Cənubi Qazaxıstanın Türküstan vilayətində (Sauran, Otrar) qədim yaşayış məntəqələri ətrafında kəhriz və suvarma sistemlərinin tədqiqatı və bərpası üzrə məsləhətçi alim.
- 2011-2012-ci illərdə Türkmənistan Respublikasında "Qədim İpək yolu" üzərində şəhərsalma və su sistemlərinə aid Beynəlxalq Konfransda məruzəçi, daha sonra isə ekoloji istiqamətlərdə tədqiqatçı alim.
- 2013- Özbəkistan Elmlər Akademiyasının təşkil etdiyi Beynəlxalq Ekspedisiyanın tərkibində Buxara, Nəvai (Nurata ş.) vilayətlərində kəhriz və qədim suvarma sistemlərinin tədqiqində mütəxəsis alim.
- Alim UNESCO-nun "Qədim Hidravlik Sistemlər - Kəhrizlər" üzrə Beynəlxalq dövlətlərarası idarə heyətinin IV,V,VI,VII, VIII toplantılarında məruzə edib.
- Elmi fəaliyyətin coğrafiyası (ABŞ, Fransa,Almaniya, Çin, Koreya, İtalya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Belarusya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bolqarıstan, Ruminya, Oman, Mərakeş, Əlcəzair, Misir, Tunis)
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
redaktə- 2007 - UNESCO-nun "Qədim hidravlik sistemlər–kəhrizlər" (qanat's) üzrə dövlətlərarası idarə heyətinin üzvü. İran, Yəzd
- 2010 - Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Bakı
- 2013 - Beynəlxalq Su Assosasiyasının üzvü,(IWA), Mərakeş
- 2014 - Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü (akademiki)
- 2014 - ABŞ-də dərc olunan Beynəlxalq "Geoloji Sərvətlər və Mühənis texnologiyaları" jurnalının redaksiya kollegiyasının üzvü. (ISSN 2328-2193) ABŞ[2]
Təltif və mükafatları
redaktəƏlövsət Quliyev "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
İstinadlar
redaktə- ↑ 1 2 "BTEB-in elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər keçirildi". science.gov.az. Azərbaycan Milli Elmlər Akademiyası. 22.06.2016 16:07. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 "Quliyev Əlövsət Gülüş oğlu". science.gov.az. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.