Elesger Eliyev - Wikipedia
Ələsgər Əliyev (azərb. Ələsgər Abdulla oğlu Əliyev; 1883 – 1938) — Azərbaycan jurnalisti.[2]
Ələsgər Əliyev | |
---|---|
Ələsgər Abdulla oğlu Əliyev | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Abdulla Əliyev |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Moskva Şərq Dilləri İnstitutu (1912)[1] |
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktəƏləsgər Əliyev 1883-cü ildə anadan olmuşdur. 1898-ci ildə Bakıda rus-tatar məktəbini bitirmişdir.[2]
Fəaliyyəti
redaktəƏləsgər Əliyev məktəbi bitirdikdən sonra "Kaspi" mətbəəsində mürəttib şagirdi işləyib. O, Bakıdakı inqilabi hərakatda yaxından iştirak etmişdi. Bakı sosial-demokratlarına qatılan Ə.Əliyev 1902–1903-cü illərdə bolşeviklərin bir sıra intibahnamələrinin çap olunmasında fəallıq göstərmiş, əqidəcə sosial-demokrat kimi formalaşmışdı. 1903-cü ildə Bakıda keçirilən məşhur iyul tətilinin iştirakçılarından biri də odur.
1904-cü ildən başlayaraq Əliyev Bakıda və onun ətraf rayonlarında müəllimliklə məşğul olmuşdur. Müəllimlik fəaliyyəti dövründə bir sıra qəzet və jurnallarda məqalələrlə çıxış etmişdir. O dövrdə Peterburqda çıxan "Ülfət" qəzetində, Kazanda çıxan "Vaxt" qəzetində onun bir sıra yazıları, publisistik qeydləri işıq üzü görmüşdür.[2]
"Bəhlul" jurnalında fəaliyyəti
redaktəƏləsgər Əliyev 19 may 1907-ci ildə Bakıda nəşrə başlayan "Bəhlul" satirik jurnalının redaktoru olmuşdur. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. Mirzə Ələkbər Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub.[2]
1907-ci ildən sonrakı fəaliyyəti
redaktə1908-ci ildə inqilabi fəaliyyətinə görə, bolşevizmi yaydığına görə Əliyev həbs edilib Həştərxana göndərilmişdir. Həştərxanda da o, jurnalistlik fəaliyyətin davam etdirmiş, yerli mətbuatda çıxış etmişdir. 1917-ci ildə Moskvada partiyaya daxil olmuş, 1917-1918-ci illərdə ağqvardiyaçılara qarşı Qızıl Ordu sıralarında vuruşmuşdur.
1918-ci ildə Həştərxana qayıdaraq Dadaş Bünyadzadənin redaktlorluğu ilə çıxan "Tartış" qəzetində (tatar dilində çıxan partiya qəzeti) əməkdaşlıq etmişdir. Həmin il inqilabi fəaliyyət zamanında ingilis müdaxiləçiləri tərəfindən tutulmuş və Azərbaycanda Sovet hakimiyyəti qurulan günədək Bakıda həbsxanada qalmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, bir sıra partiya və sovet təşkilatlarında dövlət işi ilə məşğul olmuşdur. Ələsgər Əliyev 1938-ci ildə vəfat etmişdir.[2]
Həmçinin bax
redaktəMənbə
redaktə- Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009, 172 səh.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
- ↑ 1 2 3 4 5 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-06.
Xarici keçidlər
redaktə- O taylı - bu taylı tariximiz ; Xronoqraf Arxivləşdirilib 2018-01-18 at the Wayback Machine