El Eziz - Wikipedia
Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri.
(Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)
Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.
Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.
Şübhəsiz bu acizlik yer üzünə hakim olduğunu zənn edən insan üçün də etibarlıdır. Bir insan nə qədər güclü, zəngin və etibar sahibi olsa da, Allah qarşısında acizdir, gücsüzdür. Nə malı, nə pulu, nə də ona etibar edən insanların sayı, onu Allahın əzabına qarşı qoruya bilməz. Ancaq Allaha təslim olan, Onun əmrlərinə uyğun yaşayan, razılığını qazanmağa çalışanlar xaric... Allah Quranda hər vaxt Öz tərəfdarlarına üstünlük verəcəyini vəd etmişdir. Ayələrdə belə buyurulmaqdadır:
Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21)
Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! (Ali-İmran Surəsi, 4)
Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali-İmran Surəsi, 18)
(Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mənasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir! (Yunus Surəsi, 65)
Mənası
redaktəTayı-bərabəri olmayacaq qədər dəyərli, şərəfli, güclü və məğlubedilməz olan, daim qalib gələn izzət sahibi deməkdir.
Qurani-Kərimdə buyurulur: "(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi (əl-Əziz), (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür)"[1].
Mənbə
redaktə- Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
İstinadlar
redaktə- ↑ əl-Ənam, 96