El Kufi - Wikipedia
Əbu Məhəmməd Əhməd İbn Əsəm əl-Kufi (v. 926[1]) – ərəb tarixçisi.
Əl-Kufi | |
---|---|
ərəb. أحمد بن أعثم | |
Vəfat tarixi | 926[1] |
Həyatı
redaktəƏbu Məhəmməd Əhməd İbn Əsəm əl-Kufinin Xilafət tarixinə dair əsəri xəlifə Əbu Bəkrin Xilafət taxtına çıxmasından (632-ci il) xəlifə əl-Müstəinin ölümünə qədərki (866-cı il) dövrü əhatə edir. Almaniyanın Qota şəhərinin kitabxanasında saxlanılan birinci cildin yeganə əlyazma nüsxəsi (I hissə və II hissəsinin 1–146-cı səhifələri) xəlifə Osmanın (634–644) dövrünə qədərki hadisələri əhatə edir[2]. İstanbulun Topqapı kitabxanasının III Əhməd bölməsində mühafizə edilən ikinci və üçüncü (II hissənin 147-ci səhifəsindən VIII hissənin sonunadək) cildlərin yeganə nüsxələri xəlifə Osman dövrünün sonundan xəlifə əl-Müstəin dövrünün sonunadək cərəyan edən hadisələri əhatə edir[3].
İbn Əsəm əl-Kufinin slavyanlar haqqında məlumatı Əhməd Zəki Validi Toqan tərəfindən nəşr edilmişdir.[4].
Əl-Cərrah ibn Abdullanın xəzərlərə qarşı yürüşü, Azərbaycanın və qonşu vilayətlərin Əbu Cəfər əl-Mənsur tərəfindən fəth olunması haqqında məlumatlar A. N. Kurat tərəfindən türk dilinə tərcüməsi ilə nəşr edilmişdir[5].
Hicri 596-cı (23. X.1199 – II. X. I200) ildə Məhəmməd ibn Əhməd ibn Əbu Nəsr Məhəmməd əl-Mustovfi əl-Hərəvi "Kitab əl-fütuh"u fars dilinə tərcümə etməyə başlamış, lakin vəfatı işi yarımçıq qoymuşdu. Tərcüməni Məhəmməd ibn Əhməd ibn Əbu Bəkr əl-Katib əl-Mabaranabadi başa çatdırmışdı. Əsərin farscaya tərcümələrinin nüsxələri Avropanın və ġərq ölkələrinin müxtəlif kitabxanalarında saxlanılır[6]. "Kitab əl-fütuh"un farscaya natamam tərcüməsi iki dəfə (1882 və 1887-ci illərdə) Bombeydə nəşr edilmişdir[7]. Başqa dillərdə olan iqtibasların siyahısı da buradadır). Əsərin farsca tərcümələrindən istifadə edən bəzi Avropa tədqiqatçıları müəllifin şiəçilik görüşlərinə istinad edərək belə əsassız qənaətə gəlmişlər ki, "İbn Ə'səm əi-Kufi fəthlərinin birinci mərhələsi haqqında romantik əsər yazan müəllifidir"[8].
İbn əl-Əsəm əl-Kufinin "Kitab əl-fütuh" əsəri Azərbaycan oxucuları üçün əhəmiyyəti hələ axıradək müəyyən olunmayan yeni bir tarixi mənbədir. Qətiyyətlə deyə bilərik ki, bu əsərdə orta əsrlər tariximiz haqqında IX əsr ərəb tarixçiləri Bəlazuri, Yəqubi, Təbəri və başqa müəlliflərdə olmayan çox mühüm məlumatlar var. Fars tarixçisi Bəl'əminin əsərindən istifadə edən tədqiqatçılar bilməlidirlər ki, o, Təbərinin əsərini ərəbcədən tərcümə edəndə öz tərcüməsinə İbn Əsəm əl-Kufinin "Kitab əl-fütuh"undan çoxlu iqtibaslar daxil etmişdir. Azərbaycanın orta əsrlər tarixi üçün İbn Əsəm əl-Kufinin əsəri ona görə vacibdir ki, burada ərəblərin Azərbaycana ilk yürüşləri, ərəb canişinlərinin Azərbaycanın şəhər və kəndlərindəki fəaliyyəti və xəzər qoşunlarının ölkəyə basqınları haqqında başqa yazılı mənbələrin məlumatlarından fərqlənən materiallar var. Bunlardan görünür ki, Azərbaycan ərazisində cərəyan edən ərəb – xəzər müharibələri ölkənin sənətkarlığına, kənd təsərrüfatına və heyvandarlığına böyük ziyan və tələfat gətirmiş, yerli əhalinin saysız miqdarda əsir aparılmasına, şəhərlərin və başqa yaşayış məntəqələrinin tənəzzülünə gətirib çıxarmışdı. İbn Əsəm əl-Kufi Azərbaycan şəhərləri haqqında daha geniş məlumat verir. Onun əsərində orta əsr Azərbaycanının əsas şimal istehkamı olan Dərbənd haqqında mühüm məlumatlar var. Beyləqan, Qazax, Bərdə, Yunan, Bərzənd və başqa şəhərlər haqqında verilən məlumatlar da maraqlıdır. İbn Əsəm əl-Kufi Babəkin əsir alınması, son günləri və edamı haqqında iki müxtəlif rəvayət də verir.
İstinadlar
redaktə- ↑ 1 2 Catalog of the German National Library (alm.).
- ↑ Perç V. Di Arabişen Həndşriften der Hertsoqlişen Bibliotek tsu Qota. III cild, Qota, 1881, s, 219, № 1592
- ↑ Topkapu Sarayı Müzesi Kütuphanesi Arapça Yazmalar kataloqu. Hazırlayan F. E. Karatay. İstanbul. 1966, s.341–342., № A 2956 (1–2)
- ↑ İbn Fadlan's Rayzeberixt. Leypsiq, 1939, s.396–402)
- ↑ Kurat A. N. Abu Muhammad Ahmad bin A'sam al-Kufi'nin "Kitab ül-fütuh"u. Ankara Dil və Tarix – Coğrafiya Derqisi. 1948, VI, с 385–425; 1949, VII. s. 255–282)
- ↑ Стори Ч. A.Персидская литература. Био-библиографический обзор. I с. М.. 1972. с.612–614)
- ↑ Yenə orada. s.616
- ↑ Brokkelman K. qal. I. s. 144; əlavə cild, I. s. 220: Stori Ç. A.. I c, s. 207. ingilis nəşri
Mənbə
redaktə- Абу Мухаммед Ахмед Ибн Асам ал-Куфи. Книга завоеваний (Извлечения по истории Азербайджана VII–IX вв.) Перевод с арабского языка академика АН Азерб. ССР З. М.Буниятова. Баку. 1981. С. 12.