Elabbas Isgenderov - Wikipedia
Əlabbas Qara oğlu İsgəndərov (20 noyabr 1958, Kürdlər, Ağdam rayonu – 4 mart 1992, Qazançı, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]
Əlabbas İsgəndərov | |
---|---|
Əlabbas Qara oğlu İsgəndərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktə20 noyabr 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.[2]
Döyüşlərdə iştirakı
redaktə1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu.[2]
Ailəsi
redaktəEvli idi, üç övladı yadigar qalıb.[2]
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 140-141.
İstinadlar
redaktə- ↑ 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2018.
- ↑ 1 2 3 4 "İSGƏNDƏROV ƏLABBAS QARA oğlu". veten-ugrunda.az. 9 September 2015. 14 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2018.
Xarici keçidlər
redaktə- İsgəndərov Əlabbas Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
- Əlabbas İsgəndərov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine