Eli Settar Quliyev - Wikipedia
Əli-Səttar Quliyev — azərbaycanlı kinoprodüser, rejissor, ssenarist, Nizami Kino Mərkəzinin direktoru(2024)
Əli-Səttar Quliyev | |
---|---|
Quliyev Əli-Səttar Elxan oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı,Azərbaycan, Azərbaycan SSR, |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyət illəri | 2007-ci ildən |
Mükafatları | Milli Kino Mükafatı |
Həyatı
redaktəƏli-Səttar Quliyev 8 dekabr, 1981-ci il, Bakı şəhərində anadan olub.
Bakıdakı 134 nömrəli orta məktəbi bitirib. Uşaqlıqdan teatr və kinoya maraq göstərib, 11 yaşından məktəb teatrında və KVN-in tamaşalarında iştirak edib.
Ailəlidir, 2 övladı var.
Fəaliyyəti
redaktə2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Hərbi xidmətdən sonra, 2003-cü ildə magistraturaya daxil olub və həmin fakültəni qırmızı diplomla bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb.
Azərbaycan televiziyasında çalışıb. 2007-ci ildə öz prodüser mərkəzini yaradıb, əvvəlcə musiqi klipləri və reklam çarxları çəkməklə işə başlayıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2008-2012), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb.[1] 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyində rejissor işləyib. 2024-cü ildə “Nizami” Kino Mərkəzinə direktor təyin olunub.[2]
2011-2014-cü illərdə Beynəlxalq Kann festivalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş nümayəndə heyətinin üzvü olub. Filmləri Kann,[3] Sarayevo, Tamprera, Kazan, Daşkənd, Düşənbə, Tbilisi beynəlxalq festivallarında iştirak edib.
Mükafatları
redaktə- 2023-cü il "Stadionlar Səssiz olanda" filmi — İlin ən yaxşı idman filmi[4]
- 2024-cü il Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı [5]
- 2024-cü il Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təşəkkürnaməsi
Filmoqrafiya:
redaktəProdüser kimi:
- . Susma (2012, qısametrajlı bədii film)
- . Gil (2013, qısametrajlı bədii film)
- . Əlifba (2016, animasiya filmi)
- . Mozalan No. 196-199 (2016-2021, kinojurnal)
- . Son payız (2022, qısametrajlı bədii film)
- . İkinci planetin qırmızı rəngi (2024, qısametrajlı bədii film)
- . Sanki yoxsan (2024, qısametrajlı bədii film)
İcraçı prodüser kimi:
- . Tarın sədaları. Mansurovlar (film, 2013)
- . Fikrət Əmirov (2022, sənədli film)
Rejissor, ssenari müəllifi, prodüsor kimi:
- . Çardaq (2016, qısametrajlı bədii film)
- . Əlvida, Şmidt! (film, 2019)
- . Olimpia (2021, tammetrajlı bədii film)
- . Mən qardaşımı axtarıram (2022, qısametrajlı bədii film)
- . Stadionlar səssiz olanda (film, 2023)
İstinadlar
redaktə- ↑ Senet.az. "Nazir Müşfiq Hətəmovu Əlisəttar Quliyevlə əvəzlədi" (az.). Senet.az. 12-11-2015. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12-11-2015.
- ↑ Musavat.com. "Əlisəttar Quliyev direktor TƏYİN OLUNDU" (az.). Musavat.com. 27-08-2024. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2024.
- ↑ Teleqraf.com. "Azərbaycan filmi Kannda yarışır: "Böyük qürurdur" - Əli Səttar Quliyev" (az.). [1]. 24-04-2024. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24-04-2024.
- ↑ Mys.gov.az. "Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib" (az.). Mys.gov.az. 2023-12-26. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
- ↑ Kulis.az. ""Kino günü" ənənəvi mükafatının qalibləri açıqlandı" (az.). Kulis.az. 2024-08-01. 2024-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.
Xarici keçidlər
redaktə- Azərbaycan filmi Kannda yarışır: "Böyük qürurdur" - Əli Səttar Quliyev
- Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub
- Azərbaycanlı rejissorun filmi Sankt-Peterburqda nümayiş etdirilib
- "Film Bakı və Zaqatala ərazisində çəkilib" - Əli-Səttar Quliyev
- "İki tüstü" adlı 18+ film çəkildi - Azərbaycanda - VİDEO