Eli Esger - Wikipedia
Əli əl-Əsğər (ərəb. عبدالله بن حسین علی الأصغر) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid.
Əli əl-Əsğər ibn Hüseyn | |
---|---|
عبدالله بن حسین علی الأصغر | |
Doğum tarixi | 14 aprel 680 |
Doğum yeri | Mədinə, Ərəbistan |
Vəfat tarixi | 10 oktyabr 680 (0 yaşında) |
Vəfat yeri | Kərbəla, İraq |
Vəfat səbəbi | Şəhid olub |
Atası | Hüseyn ibn Əli |
Anası | Rübab binti İmra əl-Qeys |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur.
Vəfatı
redaktəAşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:
"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz. "
[1] Bu zaman Ömər Səidin tapşırığı ilə Hərmələ üçşöbəli ox ilə Əli Əsğəri boğazından vurur. Əli Əsğər İmam Hüseynin qollarında can verir. İmam Hüseyn onu Kərbəlada cəsədlərin arasında dəfn edir. Əli Əsğər şəhid olarkən göydən belə bir nida gəlir:
"Onu Allaha tapşır, çünki behiştə ona süd veriləcəkdir"
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2009-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
- ↑ Əsğər haqqında[ölü keçid]
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |