Elibey Elibeyov - Wikipedia
Əlibəy Əlibəyov (22 mart 1878, Füzuli, Dədəli – 7 aprel 1964, Bakı) — Azərbaycan gigiyenisti, həkim, pedaqoq. Tibb elmləri doktoru (1936), professor (1932). Azərbaycan SSR Əmək Qəhrəmanı (1933). Azərbaycan SSR əməkdar elm xadimi (1943).
Əlibəy Əlibəyov | |
---|---|
Əlibəyov Əli bəy Qulu bəy oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Dədəli, Füzuli rayonu |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı |
Elmi dərəcəsi | |
Təhsili | Qarğabazar kənd məktəbi(1894), Kiyev Müqəddəs Vladimir Universiteti (1916) [1] |
Mükafatları |
Həyatı
redaktəƏlibəyov Əli bəy Qulu bəy oğlu 1878-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında anadan olmuşdu. 1894-cü ildə Qarğabazar kənd məktəbini bitirəndən sonra Bakıya gəlmişdi. Elm-təhsil yolunda fədakarlığı bundan sonraya aiddir. Əmək fəaliyyətinə Bakı limanında fəhləliklə başlamışdır. Yeniyetmə Əli bəyə Azərbaycan və rus dillərində savadlı yazdığı üçün gəmiçilik kontorunda iş verirlər. О, günçıxandan günbatanadək limanın yük qəbulu məntəqəsində qeydiyatçı işləyir. Çox zaman elə limanda da gecələməli olurdu.
Ə. Əlibəyovun əmək yolu sonralar Bakı limanından Qara şəhərə-zavodlara keçmişdir. Fəhləlik etməklə, axşam ümumtəhsil kurslarında oxumuşdu.1905-ci ildə onu şəhərin tibb-sanitar bürosuna təlimatçı vəzifəsinə qəbul edirlər.
Gecə-gündüz yorulmadan çalışan, müntəzəm mütailə edən, elmə sonsuz həvəs göstərən Əli bəy kamal attestatı imtahanlarını ekstern üsulu ilə müvəffəqiyyətlə vermiş, 1911-ci ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1916-cı ildə universitetin tibb fakültəsini tamamlamışdı.
Ə. Əlibəyov əski Terek Sovet Respublikasında Nazran Dairə İcraiyyə Komitəsi (indiki İnquşetiyanın Nazran ş.) Səhiyyə şöbəsinin müdiri işləmişdir (1918–1923). Tədqiqatı, əsasən, Azərbaycan SSR-də epedemiologiya və sosial-gigiyena məsələlərinə və sairəyə həsr olunmuşdur. 1932-ci ildən ömrünün sonunadək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun ictimai gigeniya kafedrasının müdiri vəzifəsində çalışmışdı.
Əli bəy Əlibəyov tibb elmləri doktoru (1936), professor (1932), Azərbaycanın Əmək Qəhrəmanı (1933), Azərbaycanın əməkdar elm xadimi adlarına layiq görülmüşdü.
. Tədqiqatı, əsasən, Azərbaycanda epidemiologiya və sosial-gigiyena məsələlərinə və s. həsr olunmuşdur. 1932-ci ildən ömrünün sonunadak Azərbaycan Dövlət Tibb Universitetinin ictimai gigiyena kafedrasının rəhbəri olmuşdur.
Mükafatları
redaktə"Lenin" ordeni, 2 "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur.[2]
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Əlibəyovlar: Dədəli bəyləri, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 9, səh.16–18;
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
- ↑ "Alimlər". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-20.