Elik - Wikipedia
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi.
Əlik | |
---|---|
41°10′39″ şm. e. 48°14′13″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.679 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 372 (2009) nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəƏlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur.[1]
2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib. Sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub, 10-dan çox evdə qəzalı vəziyyət yaranıb. Həmçinin, Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası da yararsız hala düşüb. Kəndin yuxarı hissəsindəki təpəlikdə baş verən sürüşmə çay tərəfə irəliləməyə başlayıb. Həmin ərazidə 2010-cu ildə də sürüşmə hadisəsi baş vermişdi[2].
Mədəniyyəti
redaktəTV
redaktə1984-1985-ci illərdə bu kənddə kiçik güclü verici quraşdırılmışdır[3]
Coğrafiyası və iqlimi
redaktəƏlik Quba rayonu ərazisində çay. Çay öz adını ərazisindən axdığı Əlik kəndinin adından almışdır[4].
Əhalisi
redaktəKəndin əhalisinin etnik tərkibini "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən əliklilər təşkil edir. Əliklilər Azərbaycanın milli etnik nümayəndələridir. Əliklilərin ana dili əlik dilidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 372 nəfər əhali yaşayır.[5]
Təhsilin vəziyyəti
redaktə- Kənddə ümumtəhsil məktəbi fəaliyyət göstərir.
İqtisadiyyatı
redaktəXIX yüzillikdə Əlikdə yun şal istehsalı çox geniş yayılmışdı[6]. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.
Xarici keçidlər
redaktə- Müxtəlif dilləri olan iki qonşu kənddən REPORTAJ Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. apa.tv, 10.06.2015 (az.)
- Qubanın Əlik kəndi - SÖZSÜZ Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. apa.tv, 10.06.2015 (az.)
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Qubada torpaq sürüşməsi: 5 ev uçdu. lent.az 26 aprel 2011 Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine (az.)
- ↑ S. Quliyev. "Yaxın, uzaq dalğalar", "Kommunist" qəzeti, Bakı, 22 may 1986. (az.)
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Rasim Əfəndi. Azərbaycan incəsənəti. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 227
Ədəbiyyat
redaktə- Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə. (az.)
Həmçinin bax
redaktə Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |