Eliyevcilik - Wikipedia
Əliyevçilik — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycanın III Prezidenti Heydər Əliyevin irəli sürdüyü, uğrunda mübarizə apardığı, eyni zamanda həyata keçirdiyi ideyalar toplusu.[1] Əliyevçilik ideoloji baxımdan türkçülüyün inkarı[2] və Azərbaycançılıq,[3] xarici siyasətdə isə Rusiya ilə Qərbin təsirinin balanslaşdırılması[4] ilə xarakterizə edilir. Əliyevçi siyasət nəticəsində 1995-ci ildə[5] "azərbaycanlı" və "Azərbaycan dili" ifadələri "türk" və "türk dili" ifadələrini əvəz etmişdir.[6][7][8] Həmçinin, Azərbaycanda Heydər Əliyevin şəxsiyyətinə pərəstiş yayılmışdır.[9] 2003-cü ildə Heydər Əliyevin oğlu İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanda əliyevçilik siyasi dominantlığını qoruyub saxlamışdır. Eks-prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynə görə, əliyevçiliyin ideoloji rəqibi elçibəyçilikdir.[10]
Bəzi tədqiqatçılar Əliyevçiliyi müasir azərbaycançılıq hesab edirlər.[11]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Cəfərov, 2009. səh. 2
- ↑ Jiroxov, 2012. səh. 118
- ↑ Cəbrayılov, 2011. səh. 6
- ↑ Şiriyev, 2019
- ↑ Göyüşov, 2018
- ↑ Yunusov, 2007. səh. 149
- ↑ Göyüşov, 2016
- ↑ Zeynallı, 2013
- ↑ Əkbər, 2014
- ↑ Hüseyn, 2018
- ↑ Həsənov, 2019
Ədəbiyyat
redaktə- Cəfərov, Nizami. "Azərbaycançılıq və Azərbaycanşünaslıq. Əliyevçilik və Əliyevşünaslıq". Xalq qəzeti (az.). 7 may 2009.
- Yunusov, Arif. Азербайджан в начале XXI века конфликты и потенциальные угрозы (rus). Adiloğlu. 2007. ISBN 9952805225.
- Həsənov, Əli. "Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 1 oktyabr 2019.
- Şiriyev, Zaur. "Azerbaijan's Relations with Russia: Closer by Default? 2. Balancing Russia and the West". Chatham House (ingilis). 14 mart 2019.
- Göyüşov, Altay. "Türk dili, yoxsa Azərbaycan dili?". Baku Research Institue (az.). 26 sentyabr 2018.
- Göyüşov, Altay. "Müsəlman, türk, azərbaycanlı yoxsa azəri?". BBC Azərbaycanca (az.). 29 iyul 2016.
- Zeynallı, Cavid. "«Heydər Əliyev dilimizin adı məsələsində səhv etdi» (Professorların debatı)". Azadlıq Radiosu (az.). 27 fevral 2013.
- Hüseyn, Pənah. "İndiki iqtidarın ideoloji rəqibi Elçibəyçilikdir". Turan İnformasiya Agentliyi (az.). 21 iyun 2018.
- Əkbər, Əli. "Rəsulzadə-Elçibəy Yolu?". Meydan TV (az.). 8 fevral 2014.