Eliyevsunasliq - Wikipedia
Əliyevşünaslıq — Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq edən elmi-tədqiqat istiqaməti. Əliyevşünaslıq Azərbaycan ictimai-siyasi fikir tarixinin üzvi tərkib hissəsi olan əliyevçiliyi öyrənir.
Heydər Əliyev dünya xəritəsində kiçik yer tutan bir ölkənin böyük rəhbəri olub, dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimidir. Yer kürəsinin ən görkəmli dövlət və siyasi xadimləri: Corc Buş, Bill Klinton, Barak Obama, Vladimir Putin, Hi Tszintao, Kraliça II Yelizaveta, Jak Şirak, Toni Bleyr, Süleyman Dəmirəl, Rəcəb Tayyib Ərdoğan, Nursultan Nazarbayev, Eduard Şevardnadze, Leonid Kuçma, Henri Kissincer, Zbiqnev Bjezinski kimi məşhur simaların Heydər Əliyevə verdikləri yüksək qiymət geniş mənada şəxsiyyət və zaman, lider və xalq, siyasət və cəmiyyət kimi aktual məsələlərin dəyərləndirilməsinə dair ciddi və əhəmiyyətli mülahizələr olub, Azərbaycan xalqının ümummilli liderinin beynəlxalq aləmdəki yerini və miqyasını təsəvvür etməyə imkan yaradır.[1]
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi ilə bağlı tədqiqatlar akademik Yaqub Mahmudovun çoxşaxəli elmi fəaliyyətində mühüm yer tutur. Təsadüfi deyildir ki, professor Yaqub Mahmudov Heydər Əliyev irsini araşdıran “Əliyevşünaslıq” elmi məktəbinin yaradıcılarından biri hesab olunur.[2]
Akademik Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı monumental monoqrafiyalarında və çoxsaylı məqalələrində Ümummilli liderin zəngin dövlətçilik irsi və ictimai-siyasi fəaliyyəti dərindən təhlil edilir, bu dahi şəxsiyyətin fenomenal cəhət və xüsusiyyətləri çoxsaylı faktlarla ilk dəfə sistemli şəkildə araşdırılaraq geniş ictimaiyyətə təqdim olunmuşdur.[2]
6 may 2003-cü ildə Bakıda I Ümumrespublika Əliyevşünaslıq konfransı keçirilmişdir. Konfransın əsas mövzusu "Heydər Əliyev və müasir Azərbaycan" olmuşdur.[3] Konfransda Səlahəddin Xəlilovun “Müdriklik: ideya və əməyin harmoniyası”, YAP sədrinin müavini, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin “Müstəqil Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev yolu”, Şahlar Əsgərovun və təhsil naziri Misir Mərdanovun “Heydər Əliyev və təhsil quruculuğu” mövzularında məruzələri dinlənilib.[4]
Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” əsəri indiyədək Heydər Əliyev barədə yazılmış kitablardan əsaslı surətdə fərqlənir. Alim, özündən əvvəlki müəlliflərdən fərqli olaraq, Əliyevşünaslıqda ilk dəfədir ki, dahi şəxsiyyətimizin həyat yoluna bütün tariximiz fonunda nəzər salır.[5]
Fenomenal siyasi və dövlət xadimi kimi tarixə qovuşmuş Heydər Əliyevin dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük nəzəri-siyasi və əməli əhəmiyyətə malikdir. Bu baxımdan, Əliyevşünaslığa çox dəyərli töhfə saydığımız tarix elmləri doktoru İradə Hüseynovanın «Müstəqil Azərbaycan dövlətinin qurucusu» monoqrafiyasının elmi uğurlarından biri Heydər Əliyevin təkcə müstəqil Azərbaycana rəhbərliyi dövrünü deyil, həm də əmək fəaliyyətinə başladığı 1941-ci ildən respublika rəhbərliyinə gələnədək olan mərhələdəki xidmətlərini də ilk dəfə arxiv materialları əsasında tədqiq etməsidir.[6]
İxtisaslaşmış qurumlar
redaktə- Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda "Əliyevşünaslıq" adlı şöbə fəaliyyət göstərir. Şöbə AMEA Rəyasət Heyətinin 2 aprel 2008-ci il tarixli qərarı ilə yaradılmışdır. Şöbə əvvəlcə "Heydər Əliyev irsini tədqiq edən şöbə" kimi fəaliyyətə başlamış, 2010-cu ildə isə AMEA Rəyasət Heyətinin qərarı ilə "Əliyevşünaslıq" şöbəsi adlandırılmışdır.[7]
- Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının nəzdində Əliyevşünaslıq İnstitutu fəaliyyət göstərir. Onun əsas məqsədi Heydər Əliyevin ictimai-siyasi və elmi-fəlsəfi irsinin öyrənilməsi sahəsindəki tədqiqatların mütəşəkkilliyini təmin etməkdir.
- Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində "Heydər Əliyev məktəbi" fəaliyyət göstərir. Onun əsas məqsədi Ulu Öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin elmi əsaslarının tədqiqi və təbliği işini təşkil etməkdir. Məktəbin əldə etdiyi elmi nəticələr sırasına müvafiq elmi-tədqiqat işlərinin hazırlanması, Ümumrespublika və beynəlxalq elmi konfransların təşkil edilməsi, ölkədə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini kompleks şəkildə öyrənmək və bu sahədə gənclərin dərin biliklərə yiyələnməsini formalaşdırmaq üçün “Əliyevşünaslıq” irsinin elmi məktəb olaraq öyrənilməsi daxildir. Əldə olunmuş biliklərin ölkə ictimaiyyəti qarşısında təbliği ayrıca istiqamət olaraq həyata keçirilir.[8]
- AMEA Mərkəzi Elmi Kitabxanasının nəzdində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyi və Heydər Əliyev irsinin kitabxana fondlarında komplektləşdirilməsi Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, dövlətçilik tarixi, Azərbaycanın keçmişi və bu günü haqqında məlumat əldə etməyə imkan verir. Uzun illər fəaliyyət göstərən bu şöbə Azərbaycan dövlətçiliyinə dair ədəbiyyatın komplektləşdirilməsi, mühafizəsinin və istifadəsinin təşkili, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, Azərbaycan dövlətçiliyi və Heydər Əliyev şəxsiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil edir, mövzu və şəxsi biblioqrafik göstəricilərin, çap kataloqlarının hazırlanması, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur. Son illərdə şöbənin təşkil etdiyi və uğurla həyata keçirdiyi ən mühüm layihələrdən biri görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının keçirilməsidir.[9]
"Heydər Əliyev İrsi" Beynəlxalq Elektron Kitabxana
redaktə"Heydər Əliyev İrsi" Beynəlxalq Elektron Kitabxana — Heydər Əliyevin irsinə həsr edilmiş kitabxana. 2004-cü il 10 may tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmışdır. Layihənin müəllifi "Azərbaycan Nyumedia" şirkətidir. Saytın fotoqalereyasında Heydər Əliyevə aid nadir fotolar vardır. Kitabxana nəşriyyat fəaliyyəti ilə də məşğuldur. "Heydər Əliyev İrsi" Beynəlxalq Elektron Kitabxanasının əsasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzi yaradılmışdır.[10]
Azerbaijan Ne Media Azərbaycan Bolqarıstan müştərək müəssisəsinin ən böyük layihəsi olan "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxana 2004-cü il may ayının 10-da ümummilli lider Heydər Əliyevin ad günündə internet sisteminə çıxmışdır. Kitabxananın yaradılmasının əsas məqsədi Heydər Əliyevin zəngin irsini beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir. Dünyada 14 oxşar layihə mövcuddur.[11] 50 dildə fəaliyyət göstərən kitabxanada Heydər Əliyevin çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnləri ilə tanış olmaq mümkündür.
Hər ay 100-dən çox ölkədən 10 min oxucu sayta daxil olur. Amerika, Fransa, İngiltərə, Almaniya və digər ölkələrin vətəndaşları bu sayta mütəmadi müraciət edir və sənədlərlə tanış olurlar.[12]
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində Tərcümə Laboratoriyası da fəaliyyət göstərir. Laboratoriyada onlarla kitab və məcmuə xarici dillərə tərcümə edilib. Xüsusi uğur qazanmış kitablar sırasında "Böyük Liderin 90 anı", "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik", "İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram", "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında", "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol", "Sabaha doğru", "Azərbaycan bayrağı İst-River sahilində", "Azərbaycan vahid və bölünməz Avropada", "Tarixi Azərbaycan dövlətləri", "Xocalı-1992" və digər nəşrlərin adını çəkmək olar.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ İsa Həbibbəyli. "Azərbaycan HeydərƏliyevşünaslığı: nailiyyətlər və vəzifələr" (az.). https://science.gov.az/. Archived from the original on 2022-10-24.
- ↑ 1 2 Ədalət Qasımov. "Əliyevşünaslıq elmi məktəbinin yaradıcısı" (az.). https://ikisahil.az. Archived from the original on 2020-01-26.
- ↑ Heydər Əliyev və müasir Azərbaycan: I Ümumrespublika Əliyevşünaslıq konfransının materialları, 6 may 2003-cü il. Bakı. Azərbaycan Universitetinin nəşri, 2003. 360 s. (az.)
- ↑ AZƏRTAC. ""HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN" MÖVZUSUNDA BİRİNCİ ÜMUMRESPUBLİKA ƏLİYEVŞÜNASLIQ KONFRANSI" (az.). İstifadə tarixi: 2013-02-06.
- ↑ Yaqub Mahmudov. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil. 2002. 328 səh.
- ↑ İradə Hüseynova. Müstəqil Azərbaycan dövlətinin qurucusu (PDF). Bakı: Təhsil. 2004. 472 səh.
- ↑ "«ƏLİYEVŞÜNASLIQ» ŞÖBƏSİ". 2012-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06.
- ↑ "Heydər Əliyev məktəbi" (az.). Archived from the original on 2022-07-22.
- ↑ "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ ŞÖBƏSİ" (az.). https://mek.az. Archived from the original on 2023-01-06.
- ↑ (az.). Heydər Əliyev İrsini Araşdırma Mərkəzi https://aliyevheritage.org/az/default.html (#bare_url_missing_title). 24.01.2023 tarixində arxivləşdirilib.
- ↑ ""Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın yeni nəsri təqdim olunmuşdur" (az.). Respublika. 13 oktyabr 2006. 26.01.2023 tarixində arxivləşdirilib.
- ↑ "Qəbələdə Heydər Əliyev muzeyinin açılış mərasimi olub" (az.). Heydər Əliyev Fondu. 2 mart 2007. 20.02.2023 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- A.Bakıxanov adına Tarix İnstitutu "Əliyevşünaslıq" şöbəsi
- Elmlər Akademiyası Heydər Əliyevi araşdırır.
- Heydər Əliyev ideyalarının zəfər yürüşü
- ""Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib" (az.). https://az.trend.az. 15.11.2022 tarixində arxivləşdirilib.
- AZƏRTAC. "Prezident Kitabxanasında "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilmişdir" (az.). https://www.preslib.az. 15.11.2022 tarixində arxivləşdirilib.
- "Heydər Əliyev və müasir Azərbaycan: I ümumrespublika Əliyevşünaslıq konfransının materialları: 6 may 2003-cü il" (az.). https://ebooks.az. 27.12.2022 tarixində arxivləşdirilib.
- "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI" (az.). https://media.gov.az. 13.01.2023 tarixində arxivləşdirilib.