Emiranlar - Wikipedia
Əmiranlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Əmiranlar kənd inzibati ərazi dairəsində kənd.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmiranlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Əmiranlar | |
---|---|
39°48′04″ şm. e. 47°07′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 400 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri mütəmadi olaraq müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulur.[3]
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Toponimikası
redaktəƏmirallar kənd adının əsli Əmiralılar olmuşdur. Yaşayış məntəqəsini əmiralı nəslinə mənsub olan ailələr saldığı üçün belə adlandırılmışdır.[4] Bəzi tədqiqatçılar isə toponimi "əmir alanlar" kimi izah edirlər. Deyilənə görə, bura çatdırılan əmirlər, fərmanlar ərazidə elan olunur, həm də onun icrasına nəzarət edilirmiş. Bu səbəbdən kənd əmir alanlar, yaxud azacıq təhriflə əmrallar adlanıb. Əmiralılar (eymuralılar) etnonimdir.
Tarixi
redaktəTarixi abidələri
redaktəKənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd Xocavənd rayonunun mərkəzi olan Xocavənd şəhərindən 3 kilometr şimal-şərqdə, Ağdam-Füzuli şose yolu (Bəzirgan) kənarında, Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənd əhalisinin sayı 700 nəfərdir. Kənddə əmirallar, bəhrəmlilər, avşarlar, avdallar və s. adlı tayfa, tirə və nəsillər vardır.
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, bostançılıq, bağçılıq və üzümçülüklə məşğul olur.
Mədəniyyəti
redaktəKənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
redaktəKənddə təhsil müəssisəsi mövcud deyil.
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ http://census.stat-nkr.am/nkr/1-1.pdf.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-11.
- ↑ "Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutuldu". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
- ↑ Əmiranlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.