Emirarx - Wikipedia
Əmirarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Güvəkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Əmirarx | |
---|---|
40°33′33″ şm. e. 47°22′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 17 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0318 |
Kənd XIX əsrin sonlarında Əmirarx adlı arxın kənarında bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Arxın adı Şirvan düzündə yaşamış türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.[2]
Tarixi
redaktəKəndin əsası XIX əsrin sonunda qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Ləki kənd cəmiyyətinə tabe idi.[3] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Güvəkənd kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Əmirarx kəndi Azərbaycan SSR Ağdaş rayonunun Güvəkənd kənd sovetinə daxil idi.[4] 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Güvəkənd bələdiyyəsi təsis edilmişdir.
Coğrafiyası
redaktəƏmirarx kəndi Türyançayın yaxınlığında yerləşir. Kənd Ağdaş rayon mərkəzindən 15 km, Bakıdan 247 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.
Kənd dəniz səviyyəsindən 17 metr yüksəklikdə yerləşir.
Əhalisi
redaktə1886-cı ildə kənddə 343 nəfər yaşayırdı. 1999-cu il üçün əhalisi 1100 nəfərdir.[mənbə göstərin]
İqlimi
redaktəKənddə havanın orta illik temperaturu +15,1 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.
İnfrastruktur
redaktə8 oktyabr 2013-cü il tarixində kəndə təbii qaz tədarükünə başlanmışdır[5]. Kənddə orta məktəb yerləşir[6].
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ "Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія". 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ "Административное деление Азербайджанской ССР на 1 января 1977 года" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ Yardımlı, Ağdaş, İmişli və Lənkəran rayonlarının daha 5 kəndinə təbii qaz verilmişdir
- ↑ "Məktəblər". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.