Ensar Xelife Qaradagli - Wikipedia
Ensar Xelife Qaradagli - Wikipedia - Haqqında Məlumat
Ənsar xəlifə Qaradağlı — Qızılbaş sərkərdəsi, bəylərbəyi.
Ənsar xəlifə Qaradağlı | |
---|---|
1567 – 1583 | |
1583 – 1583 | |
Əvvəlki | Peykər sultan Ziyadoğlu-Qacar |
Sonrakı | Osmanlı işğalı və Kaxetiyalı I Konstantin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əhər, Qaradağ vilayəti, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Əhər, Qaradağ vilayəti, Səfəvilər dövləti |
Fəaliyyəti | hərbi lider[d] |
Uşaqları | Söhrab bəy, Şahverdi xan, Mürşüdqulu bəy |
Hərbi xidmət | |
Xidmət illəri | 1545-1583 |
Rütbəsi | general |
Həyatı
redaktəƏnsar xəlifə Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Səfəviyyə ordeninin məşhur sufilərindən, həm də bu təriqətin xəlifəsi idi. Ənsar xəlifə tanınmış Qızılbaş sərkərdəsi idi. 1552-ci ildə Osmanlı ordusu üzərınə yürüş edən Qızılbaşlar ordusunun bir qoluna o başçılıq edirdi. Onun dəstəsi Bərgiri istiqamətində hücum edib xeyli əsir, qənimət gətirmişdi.
Ənsar xəlifə 1567-ci ildən 1583-cü ilədək Qaradağ vilayətinin hakimi olmuşdu.1583-cü ildə şahın əmri ilə Şirvan əyalətinə Bəylərbəyi təyin edildi.
Ailəsi
redaktəƏnsar xəlifənin Söhrab bəy, Şahverdi bəy, Mürşüdqulu bəy adlı oğulları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.