Enver Ismayilov Musiqici - Wikipedia
Ənvər Sərvər oğlu İsmayılov (ukr. Енвер Серверович Ізмайлов, krımtat. Enver Server oğlu İzmaylov; d. 12 iyun 1955, Kirquli, Fərqanə, Özbəkistan SSR, SSRİ) — Krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, virtuoz gitaraçı, "teppinq" gitara texnikasının məşhur təbliğatçısı, İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Beynəlxalq Gitara Yarışmasının birincilik mükafatının laureatı (1995), çoxsaylı diplom və mükafatların sahibi, Ukrayna Caz Assosiasiyasının Rəyasət Heyətinin üzvü (1995).
Ənvər İsmayılov | |
---|---|
ukr. Енвер Ізмайлов krımtat. Enver İzmaylov | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kirquli, Fərqanə, Özbəkistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Ukrayna |
Milliyyəti | Krımtatar |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | ifaçı |
Fəaliyyət illəri | 1970–h.h. |
Janr | Caz |
Musiqi aləti | Gitara |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəƏnvər İsmayılov 12 iyun 1955-ci il tarixində Özbəkistanın Fərqanə şəhərində anadan olmuşdur. Onun ailəsi Krım tatarlarının deportasiyası zamanı 1944-cü ildə Krımdan Özbəkistana deportasiya edilmişdir. Yerli bir incəsənət məktəbindən faqot sinfində məzun olduqdan sonra, o, müstəqil olaraq elektrogitaranı məsimsəməyə və ifa etməyə başlamışdır. 1980-ci illərdə o, «Sato» adlı bir caz-rok qrupunun üzvü olmuşdur.[1]
Ənvər İsmayılov 1990-cı illərdə Fontan adlı mənzərəli bir kəndə köçmüşdür (hal-hazırda Simferopol şəhərinin ətrafında yerləşən bir məhəllə). O, burada öz dədə-babalarının – Krım tatarlarının musiqi folklorunu öyrənməyə başlamışdır. Bu illərdə o, İqor Pupenko ilə birlikdə etnocaz sintezi ideyasını əks etdirən bir neçə fərdi proqram yazmışdır. Paralel olaraq, onlar 1995-ci ildə fleytaçalan Narket Ramazanov və təbilçi Rüstəm Bari tərəfindən təşkil olunan bir musiqi üçlüyünə rəhbərlik etmişdilər. Ənvər İsmayılov beynəlxalq festivallarda Türkiyə zərb aləti ifaçısı Burxan Öçal, Fransa pianoçusu Xavye Qarsiya və başqaları ilə birlikdə çıxış etmişdir.[2][3]
Riqa şəhərində nəşr olunan «Sovetskaya Molodej» (azərb. Sovet gəncləri) qəzetinin keçirdiyi sorğunun nəticələrinə görə Ənvər İzmaylov SSRİ-nin ən yaxşı gitaristləri arasında altıncı, "İlin musiqiçisi" kateqoriyasında beşinci, "Ən böyük məşhurluğa layiq olan musiqiçi" kateqoriyasında isə ikinci yeri tutmuşdur.[1]
Şəxsi həyatı
redaktəƏnvər İsmayılov ailəlidir və bir qızı var. Ənvər İsmayılovun qızı – Ləniyə İsmayılova Krım tatarları arasında məşhur olan bir musiqiçidir. O, öz repertuarında xalq, caz və pop musiqilərinin elementlərini bir araya gətirir.
Mükafatlar və təltiflər
redaktəDiskoqrafiya
redaktə- «Эфсане». Əfsanə (1986);
- «Передай добро по кругу». Əhatənə yaxşılıq göstər. «Sato» musiqi qrupu. Fərqanə (1987);
- «At Fergana Bazar». Fərqanə bazarında. Almaniya (1991);
- «Eastern Legend». Şərq əfsanəsi. Moskva (1993);
- «Black Sea». Qara Dəniz. İsveçrə (1993);
- «Dancing over the Moon». Ay üzərində rəqs etmək. Almaniya (1995);
- «Minaret». Minarə. Kiyev (1997);
- «Ultra-marin». Ultra-dənizçi. Bolqarıstan (2001);
- «Meganom». Meqanom. Ukrayna (2012)
İstinadlar
redaktə- ↑ 1 2 Herris, Kreyq. "Enver Izmailov". AllMusic. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
- ↑ Prazad, Anil. "Enver Izmaylov". Guitar Player. 1 iyul 2010. 2017-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
- ↑ Yanou, Skott. The Great Jazz Guitarists. San-Fransisko: Backbeat. 2013. səh. 220. ISBN 978-1-61713-023-6.
Xarici keçidlər
redaktə- enverizmaylov.com — Ənvər İsmayılovun rəsmi saytı
- Müsahibə