Enver Eliyev - Wikipedia
Ənvər Abbas oğlu Əliyev (25 yanvar 1951, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü.
Ənvər Əliyev | |
---|---|
28 iyun 2002 – 7 fevral 2006 | |
Təmsil etdiyi | Vətəndaş Həmrəyliyi Partiyası |
Sonrakı | Almas Qəhrəmanlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəƏnvər Abbas oğlu Əliyev 25 yanvar 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır.[1]
Ənvər Əliyev aqrar elmlər üzrə fəlsəfə doktoru və dosentdir. O, hal-hazırda AMEA Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi daşımaqdadır.[1]
Siyasi fəaliyyəti
redaktəƏnvər Əliyev Meydan Hərəkatının fəallarından və təşkilatçılarından biri olmuşdur.[2][3]
Ənvər Əliyev 26 sentyabr 1992-ci ildə yaradılan Vətəndaş Həmrəyliyi Partiyasının təsisçilərindən və partiya Ali Məclisinin ilk üzvlərindən biri olmuşdur.[4] Ənvər Əliyev 2002-ci ildən MSK üzvü kimi fəaliyyət göstərdiyi üçün partiya sıralarından istefa vermişdir.[5]
Mərkəzi Seçki Komissiyasında
redaktəƏnvər Əliyev 28 iyun 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.[6][7]
Ənvər Əliyev 13 iyun 2003-cü ildə növbəti dəfə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.[8]
Ənvər Əliyev 2005-ci il parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış yekun nəticə protokoluna imza atmamışdır və komissiyanın 15 üzvündən sadəcə 13-nün imzasıyla (Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçisi Mənsum Bayramov da imzalamamışdır) bu protokol Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim olunmuşdur.[9]
Ənvər Əliyev 7 fevral 2006-cı ilədək Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur. Yeni tərkibdə Mərkəzi Seçki Komissiyası təşkil olunarkən Vətəndaş Həmrəyliyi Partiyası namizəd göstərməmişdir.[10][11]
İstinadlar
redaktə- ↑ 1 2 "Əliyev Ənvər Abbas oğlu". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Ənvər Əliyev: 'Nə o otağı görmüşəm, nə də ordan xəbərim olub'". 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "'Nemət Pənahlı iki gün əlləşdi söz alsın, camaat qoymadı...'". 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "VHP tarixi". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Ənvər Əliyev: "Rusiya və Çinin dünya siyasətində çəkisi artmalıdır"". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Ə.A. Əliyevin və X.H. Əhmədovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin edilməsi haqqında". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Ə.A.ƏLİYEVİN VƏ X.H.ƏHMƏDOVUN AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ ÜZVLƏRİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 5. Seçkilərin yekunu (dekabr 2005)". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "15.12.2006 - tarixli iclasın stenoqramı STENOQRAM ÜÇÜNCÜ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN IV SESSİYASI İCLASININ PROTOKOLU № 34". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ "Vətəndaş Həmrəyliyi Partiyası Müsavatı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edir". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.