Ereb Olkelerinde Xristianliq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ərəb ölkələrində xristianlıq — əhalinin çox hissəsi İslam dinini qəbul etmiş olsa da burada da xristianlıq yayılmışdır.
Misirdə
redaktəƏrəb sözü olan kopt yunan mənşəlidir. Koptlar özlərini ilk misir xristianlarının nəslindən hesab edirlər. Misirdə xristianlığın yaranma yeri Iskəndəriyyə hesab olunur. Bu şəhərdən başlayaraq rahibə icmaları şəklində bütün ölkəyə sürətlə yayılmışdı. Koptların fikrincə, İsa peyğəmbərə yalnız ilahi xüsusiyyətlər məxsusdur. Insani xüsusiyyətlər yox. Kopt kilsəsinin başında patriarx dayanır. Onun iqamətgahı İskəndəriyyədə yerləşir. Dini fanatizmdə müsəlmanlardan geri qalmırlar. Xristian dinini seçənlərin sayında artım özünü göstərir. Bu da kilsələrə gedən əhalinin sayını təbii olaraq artırır. Onların dini ayinləri pravoslav ənənələrinə bənzəyir. Koptlar dini ayinlərini mütəmadi olaraq yerinı yetirirlər(ət və süd məhsullarından imtina ediblər).
Mərakeşdə
redaktəIslamdan əvvəl xristianlığın yayıldığı yerlərdən biri də Mərakeş olmuşdur. Roma imperiyasının tabeliyində olduqda ilk dəfə xristianlıq burada yayılmağa başlamışdı. islamdan sonra isə xristian əhalinin sayı azalmağa başladı. 19-cu əsrin əvvəllərində ispan və fransız müstəmləkəçiliyi dövründə katolisizm yayılmağa başladı. Ispan və fransız əsilli mərakeşlilər bu gün də azsay da olsa da mərakeşdə yaşayırlar. Protestant anglikan icmasına mənsub olan britaniyalılara öz kilsələrini tikməyə icazə verilib. Müqəddəs Endrü kilsəsi buna missal ola bilər.
Son illərdə saxara səhrasında yaşayan afrikalılar mərakeşə miqrasiya edirlər. bu afrikalılar uzun müddət fransız müstəmləkəçiliyində yaşayan katoliklərdir. Dövlətin ciddi təqiblərinə və cəzalar tətbiq etmələrinə baxmayaraq, Ölkənin ucqar yerlərində və cənubi dağlıq bölgəsində yaşayan müsəlmanlar amerikalı protestantlar tərəfindən xristianlığı qəbul edirlər. bəzi mənbələr mərakeş əhalisinin 1%-nin xristian olduğunu göstərir.
Tunisdə
redaktəItalyan və fransız əsilli tunislilər xristian icmasını təşkil edirlər. Bərbər ərəblərin də böyük qrupu xristiandır. Onların sayı təxminən 25.000-dir və bütün ölkəyə yayılmışlar. Katoliklərin sayı daha çoxdur. Tunisdə yerləşən Katolik Kilsəsi 12 kilsə, 9 məktəb, bir neçə kitabxana və 2 klinikadan ibarət olan Tunis Eparxiyasını təsis edib. Dini xidmətləri daha müvəffəqiyyətlə yerinə yetirmək üçün Katolik Kilsəsi monastır təşkil edib. Burada mədəni fəaliyyətləri aparılır, xeyriyyə işləri görülür. Kilsələrin verdiyi məlumata əsasən təxminən 2000 protestant yaşayır. Bundan başqa yerli əhali içərisində də protestantlığı qəbul edənlər var. Rus pravoslav kilsəsinə etiqad edənlərin sayı nisbətən azdır. Tunis şəhərində və Bizerta şəhərində kilsələri mövcuddur. Fransa Reformist kilsəsi Tunis şəhərində yerləşir və 140 xarici üzvdən ibarət konqreqasiyası var. Anqlikan kilsəsi də Tunis şəhərində yerləşir. O da xarici üzvlərdən ibarətdir. Tunisdə protestantlıq təriqətinin müxtəlif qollarına etiqad edənlər mövcuddur. Buraya 7-ci gunun adventistləri, yunan ortodoks kilsəsi (3 kilsəsi var), yehovanın şahidləri. Bu kiçik qrupların üzvləri əsasən xarici işçilər olur.
Əlcəzairdə
redaktəKatolik kilsəsi Əlcazairdə ən böyük xristian kilsəsidir. Roma papasının tabeliyindədir. Burada 4 eparxiya və bir arxiyepiskop eparxiyası var. Fransanın tabeliyində olduğu dövrdə bir milyona yaxın katolik var yaşayırdı. Ölkə müstəqillik qazandıqdan sonra onların sayı azaldı, əksəriyyəti ölkəni tərk etdi. Bu gün də onların sayı çox azdır.
Fransanın müstəmləkəsi olduğu dövrdə protestantizm yayılmağa başladı. reformist kilsəsinin ilk sinodu 1843-cü ildə təsis edilmişdi. 1883-cü illərdə fransız metodistləri missionerlik fəaliyyətinə başladılar. 1914-cü ilə kimi amerikan metodistləri də Əlcəzairdə məskunlaşdılar. Ölkə müstəqillik qazandıqdan sonra xristanlar ölkəni tərk etməyə başladılar. 1970-ci ilə kimi missionerliklə məşğul olan məktəblər milliləşdirildi.
Əlcəzair protestant kilsəsi reformist və metodist ənənələri üzərində qurulan protestant kilsələrini özünd ehtiva edir, 1972-ci ildə Əlcəzairdə əsası qoyulub. əlcəzair hökuməti tərəfindən Əlcəzair Protestant Kilsəsi Assossiyasiyası adı altında rəsmi olaraq tanınır. Onların dəqiq sayı məlum olmasa da təxminən 100.000-dən 150.000-ə qədər olduğu ehtimal olunur. əsasən ölkənin şimal sahillərində məskunlaşıblar.
Liviyada
redaktəXristianlıq Liviyada orta əsrlərdən bəri mövcuddur. 1645-ci ildə Santa Maria Kilsəsi indiki Tripoli şəhərində əsası qoyulmuşdur. 1858-ci ildə isə Osmanlı imperiyasının icazəsi ilə Bengazidə kilsənin əsası qoyulmuşdur.
Liviya katolik kilsəsi ümumdünya katolik kilsəsinin tabeliyindədir və roma papasının rəhbərliyi altında fəaliyyət göstərir. ən böyük xristian qrupu kopt ortodoks qrupudur. Təxmini sayı 300.000-dir. Kopt kilsəsinin dərin tarixi kökləri vardır. Pravoslav icmalarına rus, serb, yunan pravoslavları daxildir. Tripolidə bir anglikan konqreqasiyasi mövcuddur. Tərkibinə Tripolidə işləyən afrikalı miqrantlar daxildir, bu miqrantlar misir anglikan eparxiyasına mənsubdurlar. Liviyanın anqlikan baş keşişinin iqamətgahı Qahirədədir. Liviyalı ərəb və bərbərlər içərisində xristianlığı qəbul edənlərin sayı artmaqdadır. Xristianların dini fəaliyyətinə qadağalar mövcuddur. Müsəlmanıarın xristianlığa dəvət olunması, onlara xristianlığın təbliği qadağan olunur. qeyri müsəlman kişi müsəlman qadınla evlənmək istədikdə islamı qəbul etməlidir. Digər dinlərin dini ədəbiyyatının yayılması da qadağan olunur.
Liviyada yaşayan katoliklər ümumi əhalinin 1%-dən az hissəsini təşkil edir. Katoliklər içərisində italyan və malta əsilli liviyalılar var. 2-ci dünya müharibəsindən əvvəl liviyada katoliklərin sayı artmışdı, bu, liviyanın italiya koloniyası olması ilə bağlı idi. Ölkə müstəqillik qazandıqdan sonra isə 1920-ci illərdə tikilən tripoli katolik kilsəsi məscid kimi fəaliyyət göstərməyə başladı. (Qəddafi zorla onları ölkədən çıxardana qədər) katoliklər içərisində italyanlar çoxluq təşkil edirdilər.