Erdesevi - Wikipedia
Ərdəşəvi — Azərbaycan Respublikasının Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Ərdəşəvi | |
---|---|
39°45′20″ şm. e. 46°29′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponomikası
redaktəƏrdəşəvi kəndi dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Bəzi mənbələrdə Ardaşavi kimi də verilmişdir.[2]
Ərdəşəvi kəndi haqqında tədqiqatçılar toponimin ardaş (ardıc ağacı) və va (yer) sözlərindən ibarət olduğunu da yazırlar, "ardıclı yer" mənasını daşıyır.[2]
Əslində isə Ərdəşəvi əsl türkmənşəli söz olub, ər sözü igid mənasında, daş sözü (ərdaşı) "ərin daş qoyduğu" yer və ya Ardaşı, Ərdəşi, Ər evi kimi mənaları da verir.[3]
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 Ərdəşəvi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Nemət BƏXTİYAR, "ƏRDƏŞƏVİ KƏNDİ", "Ədalət", 2018. - 4 dekabr. - Səh.7.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |