Ermeganxane - Wikipedia
Ərməğanxanə və ya Armağanxana (keçmiş adı Məzrayə-i Qaradaş) — İranın Zəncan ostanının Zəncan şəhristanının Qarapüştəli bəxşində yerləşən şəhər və bu bəxşin mərkəzi.
Ərməğanxanə | |
---|---|
36°58′41″ şm. e. 48°22′24″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1 581 nəfər və 376 ailədən ibarət idi.[2]
Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Tarixi
redaktəƏrməğanxanə tarixini İslamdan öncə və İslamdan sonra olmaqla iki hissəyə bölmək mümkündür. Bu şəhər yaxınlığında Torpaqqala adı ilə tanınan bir neçə qədim təpə var. Bu təpələr milli indeksdə 7406 nömrə ilə Düseran təpələri adı ilə qeydə alınıblar. Bu xarabalıqlardakı tarixi araşdırmalar şəhərin tarixini bir neçə min il bundan öncəyə aparıb çıxarır. Kəndin ətrafında mövcüd olan qədim fəzaları nəzərə alan tarixçilər belə qənaətə gəlmişlər ki, tarixi şəhər bir zəlzələ nəticəsində dağılıb və sonralar onun xarabalıqlarının yaxınlığında şəhər tikilib.
Təsdiq olunmamış bəzi iddialara görə Səfəvilər zamanında Zəncanın cənubundakı əfşar tayfalarından bir neçəsi bu şəhərdə yerləşib. Qacarlar və pəhləvilər dövründə bu şəhər və Qarapüştəlinin böyük bir hissəsi rusların və tüdəçilərin əlində olub.
Təziyə
redaktəƏrməğanxana təkyəsinin matəm mərasimi və şəbih oxunması 400 il bundan əvvələ dayanır. Bu məşhur mərasim İranın adlım mərasimlərindən biridir. 1389-cu ildə İranın milli-mənəvi irsi kimi qəbul olunub. Şəbih oxuma mərasimi məhərrəmin birindən 14-nədək və ərbəindən səfərin iyirmisəkkizinci gününə kimi Azərbaycan türkcəsi dilində keçirilir. Bu təkkiyə şimal-qərbin adlım təkkiyələrindən birisidir.
Rəhmətli ustad Mirzə Bağır İskəndəri, adlım şəbih oxuyan və məşhur direktorun sözlərinə görə, təxminən 400 il öncə Eyvaz adında bir kişi Həmədanın Dərgəzin bölgəsindən şəbihin nüsxələrini gətirib və sonralar rəhmətli Təvəkkəl xan onları yeniləndiribdir. Eyvazdan sonra oğlu Molla Ərəb, sonra onun oğlu İskəndər, ondan sonra oğlu Molla Nəcəf, sonra onun oğlu Molla Hüseyn, sonra oğlu Mirzə Bağır, sonra da onun oğlu Kərbəlayı Cavad İskəndəri bu təkkiyədə şəbih oxuyublar.
Keçən neçə yüz ildə kifayət qədər tanınmış şəbih oxuyanlardan Mirzə Səmi Zöhrünlü, Molla Seyfəli, Mirzə Hüseyn Qalayçılı, Mirzə Əli Nəcəfi, Mirzə Məcid, Mirzə Cəmşid, Dusranlı Kərbəlayı Qulamhüseyn, Qənbər oğlu Mirzə Əli Bakılı, Hacı Müseyib Əsədi, Mirzə Bağır, Kərbəlayı Bahadur, Mirzə Qəhrəman, Məşhəd Rəzzaq, Hacı Firuz Rüstəmi, Kərbəlayı Cavad İskəndəridən ad aparmaq olar.
Hamısından məşhur Molla Nəcəfdir. Onun rolu təziyə mərasiminin inkişafında danılmazdır. Deyilənlərə görə, oynadığı rollarda bir reallıq varmış ki, eləcə ki rol onu görmüş kimi. Onun səsi o qədər gözəl imiş ki neçə kilometr uzaqlıqdan eşidilərmiş.
Bundan başqa, hazırda bu təkkiyədə təcrübəli və iş bacaran şəbih oxuyan mövcud olmamasına görə, bu tarixi və müqəddəs yerin adı və sanına layiq şəbih oxunmur.
Təəssüf ki, hazırda, bəzilərin gözü darlığı ucbatına İskəndəri ailəsinin (Qarapuşluda (Qarapüştəlidə) təziyənin qurucuları) heç birisi bacarıqları ola-ola bu təkkiyədə şəbih oxumurlar.
İstinadlar
redaktə- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ↑ ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.