Esed Ehmedov Kucesi Baki - Wikipedia
Esed Ehmedov Kucesi Baki - Wikipedia - Haqqında Məlumat
Əsəd Əhmədov küçəsi — Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun adını daşıyır.[1] Abbas Mirzə Şərifzadə küçəsindən Bakı dairəvi avtomobil yoluna kimi uzanır.
Əsəd Əhmədov küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Rayon | Yasamal |
Uzunluğu | 1,5 km |
Eni | 14 m |
metro | İnşaatçılar |
Haqqında
redaktəƏsəd Əhmədov küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsinə paraleldir. Küçədə 77 və 211 saylı marşrut avtobusları hərəkət edir.
Küçə sonuncu dəfə 2018-ci ildə əsaslı təmir olunub. Təmir zamanı küçə boyu hər bir istiqamət üzrə ümumi uzunluğu 3.2 km olan yeni piyada səkiləri inşa edilib.[2]
Kəsişdiyi küçələr
redaktəƏsəd Əhmədov küçəsi Abbas Mirzə Şərifzadə küçəsindən başlayır və Bakı dairəvi avtomobil yolu ilə kəsişmədə bitir.
- Rasim Səfərov küçəsi
- Vasif Əliyev küçəsi
- Zaur Kərimov küçəsi
- Dadaş Bünyadzadə küçəsi
Mühüm ünvanlar
redaktə- № 28 — Dent Star
- № 3 — AZZA Cake House
- № 26 — 19№-li notariat kontoru
- № 19/1 — Bravo Market
- № 19 — Bolmart Market
- № 173 — Bazar Store
- № 24B — Şərur MTK
- № ? — Şəms MTK
- № 2/8 — Katv 1
- № ? — Lider Klinikası
- № 2 — Osmanlı Hamamı
- № 28L — Ləziz House
- № 10 — Şuşa şəhər 1 saylı tam orta məktəbi
- № ? — Etalon MTK
- № ? — Etalon market
- № 2 — 308 saylı tam orta məktəb
- № 9 — Albalı Uşaq Bağçası
- № ? — Yasamal Yanğından Mühafizə Xidməti
- № ? — Su Nəqliyyatı Polisi
İstinadlar
redaktə- ↑ "Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədovun ad günüdür" (az.). Qazilər İnformasiya Portalı. 2017-07-15. 2019-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
- ↑ Əsəd Əhmədov küçəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşır Arxivləşdirilib 2019-08-24 at the Wayback Machine — 9 iyul 2018
Xarici keçidlər
redaktəVikianbarda Əsəd Əhmədov küçəsi ilə əlaqəli mediafayllar var.