Esedulla Bey Muradxanov - Wikipedia
Muradxanov Əsədulla bəy (18 sentyabr 1866, Salyan – 28 yanvar 1942, Salyan, Salyan rayonu) — ictimai-siyasi xadim, maarifpərvər-publisist. Rusiyanın 1-ci Dövlət Dumasının deputatı. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır.
Əsədulla bəy Muradxanov | |
---|---|
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 sentyabr 1866 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1942 (75 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏsədulla bəy Muradxanov 1866-cı ildə Salyan şəhərində anadan olub. İlk təhsilini şəhərdə yerləşən dördsinifli rus məktəbində alıb.[1] Məktəbi bitirdikdən sonra isə Qori Müəllimlər Seminariyasına daxil olub. 1886-cı ildə təhsilini başa vurduqdan sonra Kürdəmirdə müəllim kimi fəaliyyətə başlayıb.[1] Yeddi müəllimlik etdikdən sonra, Cavad qəzasında “Kəndlilərlə əlaqə şöbəsi”ndə kargüzar və tərcüməçi kimi fəaliyyət göstərib. Bir neçə ildən sonra isə Salyana qayıdaraq məhkəmə məmuru kimi işləməyə başlayır.
Daha çox “Kaspi” qəzeti ilə əməkdaşlıq edib.
“Cəmiyyəti-xeyriyyə” adlı təşkilat yaradıb, qiraətxana açıb, həvəskar teatr cəmiyyəti təşkil edib. 1905-ci il iyunun 4-ü Salyanda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesini, 1906-cı il yanvarın 7-də isə Nəcəf bəy Vəzirovun “Pəhləvanani-zəmanə” pyesini səhnələşdirərək rejissorluq edib.
Uzun illərdən sonra müəllimlikdən uzaqlaşan Əsədulla bəy Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir.[2] Dumada Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Dumada birlikdə çarizmin Rusiya imperiyasında yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqlarını milli muxtariyyəti ideyasını müdafıə etmişdir. Duma çar Nikolay tərəfindən qovulduqdan sonra Muradxanov Peterburqdan Salyana qayıtmış, burada bir neçə maarifçinin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmış, "Cəmiyyəti-xeyriyyə" yaratmış, kitabxana-qiraətxana açmış, həvəskar teatr cəmiyyəti təşkil etmiş və s. xeyriyyə işləri ilə məşğul olmuşdur. Dövri mətbuatda çıxış etmiş, inqilabdan əvvəl "Brokhauz və Yefron ensiklopedik lüğəti"ndə məqalələri çap olunmuşdur. Əsədulla bəy 1926-cı ildə Bakıya köçmüş və Qara Şəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışmışdır. 1929-cu ildən təqaüdə çıxmışdır.
Əsədulla bəy Salyanda yaradılmış ilk Cəmiyyəti-Xeyriyyənin, ilk həvəskar teatr cəmiyyətinin və ilk kütləvi kitbxananın qurucusudur.[3] O, 1942-ci ildə Salyanda vəfat etmişdir.
Əsədulla bəy Muradxanov 1926-cı ildə Bakıya köçüb. Qaraşəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışıb. 1929-cu ildə təqaüdə çıxaraq doğma yurdu Salyana qayıdıb. Ömrünün müdrik çağında - 1942-ci ildə Salyanda vəfat edib.
Ailəsi
redaktəSalyanda tanınmış Hacı Babaşın qızı Dürsədəf xanımla ailə qurub. Əlibəy və Mərdan adlı oğlu, Böyükxanım, Dostuxanım, Nabat, Ayxanım, Ağanənə və Nurcahan adlı qızları olub.
Mənbə
redaktə- Seyidzadə D. B., Azərbaycan XX əsrin əvvəllerində: müstəqilliyə aparan yollar, B., 2004;
- Azərbaycan teatr salnaməsi, B., 1975.
Xarici keçidlər
redaktə- http://jurnal.meclis.gov.az/news.php?id=264 Arxivləşdirilib 2013-03-12 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 Fərəcov, Savalan. "Xalqın maarifçi oğlu: Əsədulla bəy Muradxanov". medeniyyet.az (az.). 2012-10-03. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ Боиович, Милан Михайлович. Члены Государственной думы : (портреты и биографии) : Первый созыв, 1906-1911 г. (rus). Москва: Типография Т-ва И. Д. Сытина. 1907. səh. 451. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
- ↑ Azər Turan (2012)."Darülmöminin", s. 344.