Esger Eyyubov - Wikipedia
Əsgər Əyyubov Cabbar oğlu (1926, Nuxa – 2000, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı.
Əsgər Əyyibov | |
---|---|
Əsgər Əyyibov Cabbar oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
İxtisası | iqlimşünas |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | professor |
Fəaliyyət illəri | 1955–2000 |
Elmi dərəcəsi | |
Mükafatları |
Həyatı
redaktəƏ.C.Əyyubov Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə BDU-nu bitirib, SSRİ EA Coğrafiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1954-cü ildə həmin isntitutda iqlimşünaslıq ixtisası üzrə "Azərbaycanın kurortları və istirahət yerlərinin iqliminin müqayisəli təhlili" mövzusunda namizədlik, 1971-ci ildə isə "Azərbaycanın iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması" mövzusunda doktorluq dissertasiyasını (Bakı şəhəri) müdafiə etmişdir.Əsgər Əyyubov istedadlı və işgüzar iqlimşünas alim olmaqla yanaşı həm də, aqroiqlim və kurort iqlimi elmi istiqamətlərinin, bitki və insan biometeorologiyası üzrə elmi məktəbin banisi və inkişaf etdiricisidir. Həmmüəlliflərlə birlikdə "Azərbaycanın iqlimi" monoqrafiyasına görə Respublika Dövlət mükafatına, "Azərbaycan SSR iqliminin bonitirofkası" əsərinə görə SSRİ EA Coğrafiya cəmiyyətinin F.P.Litke adına qızıl medalına, "Azərbaycanın aqroiqlim rayonlaşdırılması" divar xəritəsinə görə SSRİ XTNS-nın bürünc medalına, "Azərbaycan Respublikasının aqroiqlim atlası"na görə Respublika "Təhsil" cəmiyyətinin birinci mükafatına layiq görülmüşdür.[1]
Elmi fəaliyyəti
redaktə- Ə.C.Əyyubov 1955-ci ildə coğrafiya elmləri namizədi kimi Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, sonralar baş elmi işçi olmuş.
- 1973-cü ildən 2000-ci ilədək "Təbiəti mühafizə", "Meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı", "İqlimşünaslıq" şöbələrinin müdiri vəzifələrində işləmişdir.
- 1970–1990-cı illərdə YUNESKO-nun "İnsan və biosfer" (MAB) proqramı üzrə işçi qrupunun və ABƏŞ-də işçi qrrupunun rəhbəri idi.
Respublika radiosunda 20 il müddətində "Təbiət" jurnalının aparıcısı olmuş, Bakı ali məktəblərində pedaqoji fəaliyyət göstərmiş, bir neçə elmi-texniki və müdafiə şuralarının üzvü, respublika prezidenti yanında Ali Attestasiya komissiyasının eksperti, bir çox monoqrafik əsərlərin redaktoru, EA "Xəbərlər" jurnalının (Yer Elmləri bölməsi üzrə) baş redaktorunun müavini olmuşdur
Elmi əsərləri
redaktə200-dən artıq elmi əsər və 7 monoqrafiya çap etdirmişdir. Onlardan
- "Azərbaycanın iqlimi haqqında oçerklər" (1962),
- "İstisu kurortu" (Həmmüəlliflə) (1965),
- "İqlim və hava (1967)",
- "Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması (1968)",
- "Azərbaycan SSR iqliminin bonitirovkası (1975)", "Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi" (1987),
- "Azərbaycanın iqlimi" (həmmüəlliflərlə), "Azərbaycan SSR-in iqlim ehtiyatları" (1984) və s. qeyd etmək olar.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəAzərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI[ölü keçid]