Eski Turbe Bagcasaray - Wikipedia
Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Memarlıq abidəsidir[1]. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir.
Əski türbə | |
---|---|
44°44′49″ şm. e. 33°53′06″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Şəhər | Bağçasaray |
Yerləşir | Bağçasaray |
Tikilmə tarixi | XIV-XVII əsrlər |
Dövlət | Ukrayna |
Region | Avropa |
Kateqoriya | Türbə |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəƏski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir.
Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə:
Belə bir əfsanə vardır ki, burada bir bəy dəfn edilmişdir. O, Bağçasaray salınmamışdan öncə dərənin sahibi olmuşdur. Onu Dərə-bəy adlandırırlar. Ancaq onun nə səbəbdən dərəyə sahib olması haqqında məlumat yoxdur. Üstəlik onun haqqında bir dənədə olsun yazılı mənbədə məlumat yoxdur[2]. |
Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi. Qəbrləri XIX əsrin sonları və XX əsrin əvvələrinə aid şəkillərdə bunu görmək mümkündür[3].
1927-ci ildə Bağçasaray saray-muzeyin direktoru Hüseyn Abdrefieviç Bodaninski türbədə restovrasiya işləri aparmışdır. Türbənin gümbəzi yenilənmiş, dəmir qapılar qoyulmuşdur.
1965-ci ildə yeni təmir işləri aparılmışdır. Binanın köhnəlmiş divarları yenilənmiş və səthi sement-qum qarışığından istifadə edilməklə suvanmışdır. 1990-cı illərin ortalarında gümbəzi dəmir listlə örtülmüşdür. 2013-cü ildə Bağçasaray arxeologiya ekspedisiyası E. İ. Seydəliyevin rəhbərliyi altında araşdırma işləri aparılmışdır. Nəticədə onun XVII əsrə aid olduğu ehtimal edilmişdir.
Arxitektura
redaktəMonumental tikilidir. Daşdan inşa edilmişdir. Üzərində müəyyən dekorativ elementlər vardır. Bu tikili burada mövcud olmuş on türbə arssında yeganədir ki, sarı daşdan inşa edilmişdir[4].
Tikili assimetrik planda inşa edilmişdir.
Türbədə kvadrat planda inşa edilmiş gümbəzə sahibdir. Hazırda dəmir lövhə ilə örtülmüşdür. İlk əvvəllər gümbəz pramidavari formaya malik idi. Hüseyn Abdrefieviç Bodaninski sözlərinə görə gümbəz 1880-ci illərdə baş vermiş ildırımdan ciddi zərər görmüşdür[5].
İstinadlar
redaktə- ↑ "Про впорядкування справи обліку та охорони пам'ятників архітектури на території Української РСР Рада Міністрів УРСР; Постанова від 24.08.1963 № 970". zakon4.rada.gov.ua. 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- ↑ "Археологические загадки Бахчисарая". 1k.com.ua. 2015-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- ↑ "Мавзолей «Эски-Дюрбе»". Бахчисарайский историко-культурный и археологический музей-заповедник. 2017-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.
- ↑ "Бахчисарай: следы исчезнувшего города". graal.org.ua. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- ↑ "Мавзолей «Эски-Дюрбе»". bikz.org. 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
Ədəbiyyat
redaktə- Волкова Т. Крым. Персональный гид / Т. Волкова, В. Гарагуля. — Симферополь,2003. — 224 с.
- Нагаевская Е. В. Бахчисарай. — Симферополь,1979. — 144 с.
- Фадеева Т. М. Бахчисарай и окрестности: путеводитель / Т. М. Фадеева, Н. В. Соколова. — Симферополь: Бизнес — Информ, 2000. — 208 с.