Exlaqi Nasiri - Wikipedia
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər.
Əxlaqi-Nasiri | |
---|---|
| |
Müəllif | Nəsirəddin Tusi |
Orijinalın dili | Farsca |
Orijinalın nəşr ili | 1235 |
Tərcüməçi | Rəhim Sultanov |
Nəşriyyat | Bakı Kitab Klubu (2015) |
Səhifə | 336 (2015) |
Tiraj | 100 |
ISBN |
ISBN 978-9952-417-43-6 (2005) ISBN 978-9952-8095-1-0 (2009) |
Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir.[1]
Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub.[2]
Məzmun
redaktəƏsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb.
Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.
Nəşr və tərcümə
redaktəƏsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla[3], 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə[4], 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Müdərrisi Rəzəvi, Məhəmməd Təqi, Əhval və asare Xacə Nəsirəddin Tusi, Bunyade fərhənge İran, h.ş 1354, s.9
- ↑ Xacə Nəsirəddin Tusinin TƏCRİD ƏL- ETİQAD kitabının ön sözü. səh. 6
- ↑ "NƏSİRƏDDİN TUSİNİN "ƏXLAQİ-NASİRİ" ƏSƏRİ ÇAP OLUNMUŞDUR" ( (az.)). azertag.az. 2005-11-25. 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ ""Əxlaqi-Nasiri" kitabı" ( (az.)). heydar-aliyev-foundation.org. 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Əxlaqi-Nasiri" ( (az.)). kitabklubu.org. 2016-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
Xarici keçidlər
redaktə- Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı: Lider, 2005. dinlə; yüklə ISBN 978-9952-417-43-6
- Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı, 2009. 400 səh. ISBN 978-9952-8095-1-0
- "Əxlaqi-Nasiri" ( (az.)). kitabklubu.org. 2016-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.