Ezim Ezimzadenin Ev Muzeyi - Wikipedia
Əzim Əzimzadənin ev-muzeyi — 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey D.Əliyeva küç. 157-də yerləşir. Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. 2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir.[1]
Əzim Əzimzadənin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 1968 |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, D.Əliyeva küç., 157 |
Direktor | İradə Qiyas qızı Əzimzadə |
Muzeyə yetişmək | D.Əliyeva küç., 157 |
Telefon | (+99 412) 494-94-73 |
40°22′30″ şm. e. 49°50′09″ ş. u.HGYO | |
ezimzade.ev-muzeyi.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin eksponatları
redaktəMuzeyin fondunda rəssamın 2117 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir:[2]
- 1. Karikaturalar
- 2. Portretlər
- 3. Ornamentlər
- 4. Mənzərə[3]
Rəssamın digər muzeylərdəki eksponatları
redaktə- Ə.Əzimzadənin R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində 232 əsəri, 3 albomu vardır.[4]
- C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat saxlanılır.
- Muzeyi rəssamın çəkdiyi "Füzulinin portreti", "Cəlaləddin Ruminin portreti", "Qaçqınlar günü", "Tut ağacı", "Nəsiminin edamı", "Votan", "Qurban bayramı" və. s. rəsmləri bəzəyir.[5]
Həmçinin bax
redaktə- Əzim Əzimzadə
- Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
- Əzim Əzimzadə (film, 1967)
Xarici keçidlər
redaktə- "Əzim Əzimzadənin naməlum portreti". medeniyyet.az. İstifadə tarixi: 05.02.2021.
İstinadlar
redaktə- ↑ "Əzim Əzimzadənin Ev-Muzeyi". kataloq.gomap.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.02.2021.
- ↑ "Əzim Əzimzadənin xatirə muzeyi yenidən qapılarını sənətsevərlərin üzünə açıb". www.anl.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.02.2021.
- ↑ "Əzim Əzimzadənin xatirə muzeyi - REPORTAJ". artkaspi.az. 2019-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.02.2021.
- ↑ "Bakı şəhər mədəniyyət baş idarəsi". az.baku-art.com. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.02.2021.
- ↑ https://museum.az/az/museum/36 (#bare_url_missing_title). 2022-03-28 tarixində arxivləşdirilib.
- "baku-art.com". az.baku-art.com. İstifadə tarixi: 05.04.2021.