Ezizaga Memmedov - Wikipedia
Məmmədov Əzizağa Seyfəddin oğlu (26 avqust 1957, Tivi, Ordubad rayonu) — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti[1].
Əzizağa Məmmədov | |
---|---|
Əzizağa Seyfəddin oğlu Məmmədov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1957 (67 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Mükafatları |
Həyatı
redaktəƏzizağa Məmmədov 1957-cı ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib [1]. O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti [2], 2008-ci ildə isə Xalq artisti [3] fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub [4].
Yaradıcılığı
redaktəƏzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvan, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur.
Təltif və mükafatları
redaktə- Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti.
- Azərbaycan Respublikasının əməkdar artisti[5]
- Azərbaycan Respublikasının xalq artisti[6].
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-22.
Xarici keçidlər
redaktə- Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov - Barı Naxçıvan [7].
- Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.[8]
- Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olunub [9].