Ezizaga Qenizade - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əzizağa Tofiq oğlu Qənizadə — ehtiyatda olan Azərbaycan hərbçisi, I Qarabağ müharibəsi iştirakçısı, "701 saylı Hərbi Hissənin Veteranları" İctimai Birliyinin sədri, polkovnik.
Əzizağa Qənizadə | |
---|---|
Əzizağa Tofiq oğlu Qənizadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | Briqada |
Xidmət illəri | 1976–1996 |
Rütbəsi | Polkovnik |
Vəzifəsi | Komandir |
Döyüşlər | Kəlbəcər döyüşü/Qarabağ müharibəsi |
Əlaqələri | "701 saylı Hərbi Hissənin Veteranları" İctimai Birliyinin sədri |
İstefada | ehtiyatda olan zabit |
Təltifləri | "Qırmızı Ulduz" (1982) |
Həyatı
redaktəƏzizağa Qənizadə Cəmşid Naxçıvnski adına Hərbi liseyi bitirdikdən sonra 1976-ci ilin avqust ayında Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1980-ci ildə oranı bitirdikdən sonra Qırmızı Bayraqlı Türküstan Dayirəsinin 44077 saylı hərbi hissənin taqım komandiri vəzifəsinə təyin olunub. 1981-ci ilin may ayından israrlı xahişi ilə Əfqanıstana göndərilib. 1981-ci ilin sentyabr ayına kimi 51884 saylı hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsində çalışıb. Kabul şəhəri Taborun Qərargəh rəisi mayor Ruslan Auşev olub. Həmin ilin sentyabr ayında sonradan İnquşetiya Respublikasının prezidenti olan Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevın təqdimatı ilə döyüşlərdə qəhrəmanlıq nümunələrini göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni almağa təqdim olunub. 1981-ci ilin sentyabr ayından 1982-ci ilin noyabr ayına kimi 78864 saylı Hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.1982-ci ilin aprel ayında döyüşlərdə fərqləndiyinə görə vaxtından əvvəl baş leytenant hərbi rütbəsini alıb.1982-ci ilin noyabr ayında döyüşlərdə fərqləndiyinə görə yuxarı pilləyə, 39676 saylı hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olunub. 1982-ci ildə fevral aiında SSRİ Ali Sovetinin fərmanı ilə döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1982-ci ilin mart ayında döyüşlərdə misilsiz şücaət göstərdiyinə görə 39676 saylı hərbi hissənin komandanlığı tərəfindən İkinci “Qırmızı Ulduz” ordeninə təqdim olunub. 1982-ci ilin may ayında Əfqanıstanda xidmətini bitirib.
1990-ci ilin avqust ayından Ordu, Hava və Dəniz Donanmasına Könüllü İdman Yardım Cəmiyyətində Hərbi Hazırlıq üzrə sədr müavini vəzifəsində xidmət edib. 1992-ci ilin mart ayında Müdafiə Nazirliyinə gedərək döyüş bölgəsinə göndərilməsiylə bağlı raportla müraciət edib. Beləliklə, 1992-ci ilin fevral ayında Milli Ordunun 853 hh (sonradan bu hərbi hissə 771 saylı hərbi hissəyə çevriləcək) komandiri vəzifəsinə təyin olunub. 1992-ci ilin aprel ayından 1992-ci ilin noyabr ayına qədər 771 saylı hərbi hissənin (I-ci Xüsusi Təyinatlı Reyd Dəstəsinin) komandiri vəzifəsində Qarabağın (Cabrayıl, Zəngilan və Qubadlı rayonlarından başqa) bütün bölgələrində, Müdafiə Nazirliyi tərəfindən göndərilərək Xüsusi Təyinatlı Reyd Dəstəsinə rəhbərlik etməklə onlarla döyüş tapşırıqlarını uğurla yerinə yetirib. 1992-ci ilin aprel ayında I-ci Xüsusi Təyinatlı Reyd Dəstəsinin komandiri vəzifəsində xidmət edərkən növbəti polkovnik-leytenent hərbi rütbəsini alıb.1992-ci ilin noyabr ayında 701 saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunub.
Döyüş yolu
redaktəKəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur.
Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
Ə. Qənizadə döyüşlərin birinci günündən və həmin hərbi hissə tam darmadağın edilənə qədər əsgərlərlə bir yerdə vuruşur. Onun xatirələrindən qısa təqdimat: “Başqa çıxış yolu yox idi. Biz az idik və zabit heyəti demək olar ki, yox idi. Mən Laçın rayonundan döyüşlərdən çıxarıb Kəlbəcər rayonuna ən cox 150 – 300 nəfər əsgər hissə-hissə gətizdirə bildim. 701-ci Briqadanı isə tamamilə Laçın rayonundan çıxarmağa mənim səlahiyyətlərim yox idi. Kəlbəcərə gətirdiyim bölüklər mənimlə bütün döyüşləri mühasirə şəraitdə döyüşüblər. Düşmən bilmirdi ki, biz hansı qüvvə ilə onların qabağına çıxırıq. Son 4 gündə aramsız gedən döyüşlərdə mənimlə hücuma gedən hərbçilərdən az bir hissəsi döyüşlərdən sağ çıxdı. Şəhid olanları çıxarmağa adam qalmırdı. Təxminən hər 50 nəfər döyüşə gedən hərbçilərdən 5-6 nəfər sağ çıxırdı. Düşmənin hücumu 280 kilometr uzunluğu olan cəbhədən, mühasirə şəraitndə qalan Kəlbəcər rayonuna hücumları və manevrləri müdafiəsiz olan 190 km-lik ərazidən keçirilirdi. Müdafiəsiz qalan ərazidən düşmən asanlıqla bizim arxasına keçir və bizi mühasirəyə alırdı.”
701-ci briqada 1992 ilin may ayından sentyabr ayına qədər Kəlbəcər rayonunda yerləşirdi və onu müdafiə edirdi; 1992 ilin sentyabr ayının əvvəlində 701-ci briqada gözlənilmədən Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. Kəlbəcər rayonunda isə hərbi hissələr qalmır. 1993 ilin fevralın ayında Ağdərə rayonu düşmən tərəfindən işğal olunduqdan sonra isə Kəlbəcər rayonu əli yalın düşmənlə üz üzə qalır, nəticədə işğal qaçılmaz olur.
Kəlbəcər rayonu düşmən tərəfindən 80 % işğal olunur və Müdafiə Nazirliyindən 701-ci briqada Laçındakı mövqelərindən Kəlbəcər istiqamətində geri çəkilmək əmri alır. 701-ci briqada hissə-hissə Kəlbəcər rayonuna geri piyada çəkilməyə başlayır. Aparıla bilməyən silah və sursat məhv edilir. Düşmən geri çəkilən briqadanı təqib edir. 701-ci Briqadanın bömələri tədricən bir neçə sutka ərzində düşmən tərəfindən halqa şəklində bütün yüksəklikləri zəbt olunan Kəlbəcər rayonuna daxil olur. Qeyri-bərabər şəraitdə döyüşən 701-ci Briqada mühasirədə döyüşərək Kəlbəcər rayonun əhalisini xilas edir və Kəlbəcərliləri xilas edərkən 400 nəfər şəhid verir. Halbuki indiyə qədər 701-ci Briqadanın fədakarlığı dilə gətirilmək əvəzinə bəzi insanlar tərəfindən şərlənir.
Həmçinin bax
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Əkbər Mirzəzadə, "Polkovnik Qənizadə Əzizağa Tofiq oğlu", "5-ci Bərdə taboru" kitabı, Bakı, MTR Group, 2012. səh.24-25