Ezvayyarpaq Yukka - Wikipedia
Əzvayyarpaq yukka (lat. Yucca aloifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
Əzvayyarpaq yukka | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Əzvayyarpaq yukka |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəŞimali Amerika, Bermud adaları və Yamaykaya qədər təbii halda yayılmışdır.
Botaniki xarakteristikası
redaktəYavaş böyüyür və tədricən hündürlüyü 8 sm olan şarşəkilli kol və ya kiçik ağac formasını alır. Gövdələrinin aşağı hissəsi çılpaqdır. İri bitkilərin oduncaqlı gövdəsi çox şaxələnmiş olur. Budaqların uclarında cod lifli yarpaqların möhkəm rozetləri vardır. Yuxarı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür; təpəsində tünd-yaşıl rəngli, sərt, lətli yarpaq topası yerləşir. Yarpaq ayası uzunsov lansetvari, tünd-yaşıl dərili, uzunluğu 40–75 sm, eni 30–40 mm-dir. Yanları xırda dişli, təpəsində uzunluğu 50 mm olan iti tikanları var, kənarları dişli olub, bir iynə ilə qurtarır. Yayda iri bitkilərin rozetindən hündürlüyü 45 sm-ə çatan, qırmızı çalarlı süpürgəvarı çiçək qrupu çıxır ki, onların üzərində 3 sm uzunluğunda çoxsaylı zəngşəkilli çiçəklər əmələ gəlir. Çiçəkyanlığının xarıcı tərəfində yerləşən ağ ləçəklərin üzərində qırmızı-qonur rəngli zolaqlı ləkələr vardır. Yazda və ya yayda zoğlarla, qələmlərlə çoxaldılır.
Ekologiyası
redaktəQuraqlığa, şaxtaya davamlı bitkidir, yarımkölgəyə dözür. 13 °C temperaturda yerüstü hissəsi məhv olur.
Azərbaycanda yayılması
redaktəAbşeronda, Qəbələdə, Şamaxıda, Gəncədə və s.rayon və şəhərlərdə yaşəllaşdırmada istifadə edilir.
İstifadəsi
redaktəYarpaqlarının üzərində sarı zolaqları olan dekorativ forması vaardır. Bağlarda və parklarda qrup ilə və ya tək əkinlərdə daha geniş miqyasda əkilə bilər.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Sarcoyucca aloifolia (L.) Linding.
- Yucca aloifolia f. genuina Engelm.
Heterotipik sinonimləri
redaktə- Dracaena lenneana Regel
- Yucca aloifolia var. arcuata (Haw.) Trel.
- Yucca aloifolia f. arcuata (Haw.) Voss
- Yucca aloifolia var. conspicua (Haw.) Engelm.
- Yucca aloifolia f. conspicua (Haw.) Trel.
- Yucca aloifolia f. crenulata (Haw.) Voss
- Yucca aloifolia var. draconis (L.) Engelm.
- Yucca aloifolia f. draconis (L.) Voss
- Yucca aloifolia var. flexifolia J.Bommer
- Yucca aloifolia var. gigantea Sprenger
- Yucca aloifolia var. marginata J.Bommer
- Yucca aloifolia f. marginata (J.Bommer) Trel.
- Yucca aloifolia f. menandii Trel.
- Yucca aloifolia var. purpurea Baker
- Yucca aloifolia f. purpurea (Baker) Trel.
- Yucca aloifolia var. quadricolor-variegata Carrière
- Yucca aloifolia var. roseomarginata Regel
- Yucca aloifolia var. serratifolia Sprenger
- Yucca aloifolia var. stenophylla J.Bommer
- Yucca aloifolia var. tenuifolia (Haw.) Trel.
- Yucca aloifolia f. tenuifolia (Haw.) Voss
- Yucca aloifolia f. tricolor (J.Bommer) Trel.
- Yucca aloifolia var. tricolor J.Bommer
- Yucca aloifolia var. variegata Rothsch.
- Yucca aloifolia var. versicolor Carrière
- Yucca aloifolia var. yucatana (Engelm.) Trel.
- Yucca arcuata Haw.
- Yucca atkinsii Baker
- Yucca conspicua Haw.
- Yucca crenulata Haw.
- Yucca draconis L.
- Yucca haruckeriana Crantz
- Yucca parmentieri Carrière
- Yucca purpurea Baker
- Yucca quadricolor De Smet ex Regel
- Yucca quadricolor var. stokesii B.S.Williams
- Yucca serrulata Haw.
- Yucca serrulata var. angustifolia B.S.Williams
- Yucca serrulata var. variegata B.S.Williams
- Yucca stokesii W.Bull ex J.Dix
- Yucca striata T.Moore & Mast.
- Yucca tenuifolia Haw.
- Yucca tricolor Baker
- Yucca yucatana Engelm.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 319.
- ↑ Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 371–372. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8