2011 Dunya Buzustu Xokkey Cempionati - Wikipedia
2011 Dünya Buzüstü Hokkey Çempionatı — 29 Aprel ilə 15 May 2011 tarixləri arasında Slovakiyada təşkil edilən və ölkələrin milli kişi buzüstü hokkey komandalarının yarışdığı 75-ci Dünya Buzüstü Hokkey Çempionatı idi. Müsabiqələr Bratislava şəhərində yerləşən Ondrey Nepela Arenada və Koşitsedə yerləşən Ladislav Troyak Stadion-da keçirilmişdir.
2011 Dünya Buzüstü Xokkey Çempionatı | |
---|---|
Tarix | 2011 |
Rəsmi açılış edilib | 29 aprel 2011 |
Rəsmi bağlanış edilib | 15 may 2011 |
Sayt | stats.iihf.com/Hydra/261/ |
Vikianbarda əlaqəli mediafayllar |
Slovakiya, müstəqillik qazandıqdan sonra ilk dəfə bir Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etdi. Ancaq, bu turnirlə birlikdə Bratislava şəhəri bu yarışa üçüncü dəfə ev sahibliyi etmişdir. Çexoslovakiyanın bir parçası ikən 1959-cu və 1992-ci illərdə Praqa şəhəri bu yarışa ev sahibliyi etmişdi.
Finlandiya, finalda 6–1 qalib gələrək qızıl medal qazandı. Bu, Finlandiyanın yarışın tarixindəki ikinci çempionluğu olmuşdur.
Ev sahibi şəhərin seçimi
redaktəAvropada yeləşən dörd ölkə, 2011 Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etmək üçün rəsmi təklif verdi. Həmin ölkələr bunlardır:
Bir raund davam edən səsvermənin ardından, ev sahibliyi qazanan ölkə BBXF-nın (Beynəlxalq Buzüstü Hokkey Federasiyası) prezidenti Rene Fasel tərəfindən 2006-cı ilin May ayının 19-da, Latviyanın Riqa şəhəindəki Beynəlxalq Buzüstü Hokkey Federasiyası nümayəndələri konqresində açıqlandı. Slovakiya 70 bal qazanaraq ev sahibliyi hüququnu əldə etdi. Digər namizəd ölkələr, İsveç (20 bal) və Macarıstan (14 bal) idi. Slovakiyanın qazanıla bilən balların 50%-dən çoxunu aldığı üçün səsvermə ilk raundda nəticələndi.[1]
Səsvermənin nəticələri
redaktəÖlkə | Bal |
---|---|
Slovakiya | 70 |
İsveç | 20 |
Macarıstan | 14 |
- Finlandiya Konqresin başlamasından əvvəl səsvermədən ayrıldı.
Reklamlar
redaktəRəsmi mahnı
redaktəSlovakiya müğənnisi Kristina Pelakova tərəfindən yazılan Life is a Game (azərb. Həyat Bir Oyundur) mahnısı rəsmi olaraq 18 Martda açıqlandı.
Maskot
redaktəGoooly[2] (Quuli) turnirin rəsmi maskotu idi. Goooly, boz rəngli bir canavardır. 2011 BBXF Dünya Çempionatı ümumi direktoru İqor Nemetsek; "Qurdların meşələri və kəndləri xatırlatdığını və tipik Slovakiya heyvanı olduğunu" demişdir.[3] Radio Expres və Slovakiya Buzüstü Hokkeyi Federasiyası tərəfindən maskotu adlandırmaq üçün ölkə səviyyəsində müsabiqə təşkil edildi. Müsabiqə çərçivəsində 14 mindən çox ad təklifi gəldi[4]. Maskotun adı qapı (Buzüstü hokkey qapısı) sözünə isnad verməkdədir. Slovak dilində olan gól və góly sözlərindən ilhamlanmışdır.[5][6]
Şüar
redaktəTurnirin şüarı "Slovenská republika. Hokejová republika"-dır (azərb. Slovakiya Respublikası. Hokkey Respublikası).
Səfirlər
redaktə2011 Dünya Buzüstü Hokkey Çempionatı Slovakiya rəsmi səfirləri, Slovakiya hokkeyçiləri Pitr Bondra, Zdeno Çara, Mariya Qaborik, Lubomir Vişnovski, Pavol Demitra, Cozef Stümpel, Mariyan Hossa, Miroslav Şatan və dövrün Slovakiya prezidenti İvan Qaşparoviç idi.[7]
İdman qurğuları
redaktəBratislavadakı Ondrey Nepela Arena, BBXF Slovakiya və beynəlxalq spesifikasiyalara uyğun olaraq çempionat üçün əhəmiyyətli ölçüdə inkişaf etdirildi. Slovakiya hökuməti tərəfindən böyük ölçüdə maliyyə edildi. İnşaat 2009-cu ilin Aprel ayının 23-də başlamış və 2010-cu ilin Noyabr ayının 30-da tamamlanmışdır.[8] Salonun bitişdiyi yerdə iki yeni məşq sahəsi inşa edildi. Həmçinin, tamaşaçı tutumu 8,350-dən 10,000-ə yüksəldildi. Bu və başqa inkişaflar üçün cəmi 65 milyon € (90 milyon $) xərclənib.[9][10] Ladislav Troyan Arena 2006-cı ildə inşa edildi. Bitişdiyi yerdə isə 11 milyon € xərclə, aprel 2009 ilə fevral 2010 tarixləri arasında bir məşq meydançası inşa edildi.[11] Stadionun adı 2011 Dünya Buzüstü Hokkey Çempionatında (2011-ci ilin Aprel ayının 29-dan 2011-ci ilin May ayının 15-ə qədər) Orange Arena olmuşdur.[12]
Bratislava | Koşitse | ||
---|---|---|---|
Ondrey Nepela Arena 1 | Ladislav Troyan Arena 2 | ||
48°08′38″ şm. e. 17°06′35″ ş. u.HGYO | 48°43′16″ şm. e. 21°15′27″ ş. u.HGYO | ||
Tutumu: 9 246 | Tutumu: 7 628[13] |
İştirakçı ölkələr
redaktəİştirakçı ölkələrin siyahısı | ||||
---|---|---|---|---|
|
Qruplar
redaktə
A qrupu |
B qrupu |
C qrupu |
D qrupu
|
İstinadlar
redaktə- ↑ İlk raundda qələbə! 2011-ci ilin İyun ayının 9-da Wayback Machinevasitəsilə IIHF.com-dən Arxivləndi .
- ↑ "Planlar yoldadır". IIHF. 19 fevral 2014 tarixində mənbəyindən arxivləndi. 2010-cu ilin İyul ayının 13-də alındı.
- ↑ "Goooly. Maskotonun adlandırılması". IIHF. 19 fevral 2014 tarixində mənbəyindən arxivləndi. 2010-cu ilin İyul ayının 13-də alındı.
- ↑ "2011 BBXF Dünya Çempionatının Rəsmi Maskotu Goooly adlanır.". IIHF. 19 fevral 2014 tarixində mənbəyindən arxivləndi. 2010-cu ilin İyul ayının 13-də alındı.
- ↑ Preklad slova " gól (šport) " zo slovenčiny do angličtiny Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine, Slovnik.sk (Slovak dilində)
- ↑ "Goooly ilə tanış olun". Sports Geek. 10 mart 2016 tarixində mənbəyindən arxivləndi. 2011-ci ilin May ayının 18-də alındı.
- ↑ Səfirlərin videosu 2010-cu ilin Fevral ayında Wayback Machine vasitəsilə Szlh.sk-dan arxivləndi. 2011-ci ilin İyun ayının 4-də alındı.
- ↑ "BBFX Prezidenti Rene Fasel Slovak yoxlamasından məmnun oldu". iihf.com. 1 iyun 2010. 19 oktyabr 2012 tarixində mənbəyindən arxivləndi. 2010-cu ilin İyun ayının 1-də alındı.
- ↑ "Ondrey Nepela Arena-nın yenidənqurma planı". iihf.com. 5 noyabr 2010. 19 oktyabr 2012 tarixində mənbəyindən arxivləndi. 2010-cu ilin Noyabr ayının 5-də alındı.
- ↑ Narıncı Arena. 2010-cu ilin Noyabr ayının 27-də Wayback Machine-dən Arxivləndi.
- ↑ Praktika Meydançasının Texniki Məlumatları Arxivləşdirilib 2010-07-24 at the Wayback Machine. steelarena.sk. 2011-ci ilin İyun ayının 4-də alındı.
- ↑ Sme Zimný štadión dostane nové meno. Len na šampionát Arxivləşdirilib 2011-07-24 at the Wayback Machine (Slovak dilində). Alınma tarixi: 05–01-2011
- ↑ 2011 IIHF World Championship Slovakia – Venues Arxivləşdirilib 2011-04-30 at the Wayback Machine. Iihf.com. Retrieved 4 June 2011.
- ↑ "Cədvəl". Iihf.com. 2010-cu ilin İyul ayının 15-də orjinaldan arxivləndi. 2010-cu ilin İyul ayının 13-də alındı.