2014 Honkonq Etirazlari - Wikipedia
2014 Honkonq etirazları, Çətir hərəkatı və ya Çətir inqilabı - 2014-cü ildə Honkonqda demokratiya tərəfdarlarının Çinin seçki sistemindəki dəyişikliklərə kütləvi şəkildə toplaşaraq etdikləri etirazlar.
2014 Honkonq etirazları "Çətir hərəkatı" "Çətir inqilabı" | |
---|---|
| |
Yer | Honkonq |
Tarix | 26 sentyabr 2014 - davam edir |
Əsas məqsəd |
|
Hərəkətverici qüvvələr | Etirazçılar |
Yaralananlar | 470-dən çox [1] |
Həbs olunanlar | 955 [2] |
Metodlar |
|
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilin sentyabrında Honkonqda demokratiya tərəfdarları Mərkəzi Hökumət Kompleksinin ətrafında aksiya keçirtdilər və Yerli İnsanların Konqresi Komissiyasının 2017-ci il Honkonq İcraedici seçkiləri üçün təklif edilən seçki reformuna aid verdiyi qərarın əleyhinə bir sıra ərazilərdə toplaşdılar.[3]
Yerli İnsanların Konqresi Komissiyasının qərarına görə, 2017-ci il Honkonq İcraedici seçkilərinə girəcək üç namizəd xüsusi komissiya tərəfindən bəyənilməlidir. Seçkidən sonra isə İcraedici vəzifəsinin başına keçməzdən əvvəl mərkəzi hökumət tərəfindən tanınmalıdır. Qərar həm də diktə edir ki, "Baş İcraedici ölkəni sevən və Honkonqu sevən bir adam olmalıdır ".[4] Bu qərar demokratiya tərəfdarları tərəfindən Çin-Britaniya İkili Bəyannaməsinin və Honkonq Əsas qanununun pozulması kimi hesab edilir. Çin-Britaniya İkili Bəyannaməsində Baş İcraedicinin seçkilər yolu ilə seçilməsini, Honkonq Əsas qanunu isə bu seçkilərin beynəlxalq seçki standartlarına uyğun seçilməsini ifadə edir.
Şagird qrupları 2014-cü ilin 22 sentyabrında Mərkəzi Hökumət Kompleksi ətrafında aksiya keçirtdilər.[5] 26 sentyabr 2014-cü ildə bir neçə yüz insan təhlükəsizlik bariyerini aşaraq Mərkəzi Hökumət Kompleksinin qarşısındakı binaya daxil oldular. Etirazçılar polis tərfindən mühasirəyə alındılar. Bu isə daha çox adamın toplanmasına səbəb oldu. Sevgi və Sülhlə Mərkəzi İşğal et sivil itaətsizliyə başladıqlarını elan etdilər.[6]
28 sentyabrda etirazçılar Harcourt yoluna yayıldılar və Şimali Honkonq adasındakı şərq-qərb yolları tutaraq Kvinsveyi də işğal etməyə çalışdılar. Saatlarca davam edən danışıqlar nəticə verməyəndə polis gözyaşardıcı qaz, su şırnaqları və bibər spreylərindən istifadə etdi.
Hökumət 6 oktyabrı aksiyaların son günü olmasını elan etdi. Ancaq aksiyaçılar tutduqları ofislərə polisləri buraxsalar da, aksiyaları bitirmədilər. [7] Dövlət idarəli Çin medyası Qərbin aksiyalarda önəmli rola malik olduğunu iddia etdi və əgər aksiyalar davam edərsə, ölü və yaralılar və daha ciddi nəticələr olacağı barədə xəbərdarlıq etdi.[8]
Qalareya
redaktə-
Etirazçılar əsas yolu başlayır
-
Çətirlər müdafiə üçün istifadə olunur
-
Kvinsvey "işğal edilir"
-
Qırmızı Xaç könüllüləri tibbi xidmət təklif edir
-
Etirazçılar İdarə mərkəsinin çölündə
-
Etirazçılar Mərkəzi Hökumət ofislərinin altında dayanır
-
Honkonq polisi etirazçıları dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edir
-
Etirazçılar polisi dayandırmaq üçün barikadalar qurur
-
1 oktyabrda çadır şəhərcik
-
Kampaniyaya dəstək olan etirazçıların sloqanları
İstinadlar
redaktə- ↑ "高永文:因佔領而求診逾470宗急症室有壓力". Apple Daily. 19 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 December 2014.
- ↑ "955 arrested for Occupy offences". news.gov.hk. 27 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2014.
- ↑ "全国人民代表大会常务委员会关于香港特别行政区行政长官普选问题和2016年立法会产生办法的决定". 2014-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.
- ↑ "Full text of NPC decision on universal suffrage for HKSAR chief selection". Xinhua. 31 August 2014. 28 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2014.
- ↑ "Thousands of Hong Kong students start week-long boycott". BBC News. 17 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2014.
- ↑ Hong Kong police clear pro-democracy protesters Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine, Retrieved on 29 September 2014
- ↑ Tania Branigan. "Hong Kong protests: civil servants allowed to return to work but activists remain". The Guardian. 6 October 2014. 17 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2014.
- ↑ "中評:美方應摸清了中方的香港底牌". 中國評論通訊社. 2014-10-06. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2014.
Xarici keçidlər
redaktə- Digital Lennon Wall (link)
- History and Timeline of Events Bloomberg
- Caring Hong Kong Power Arxivləşdirilib 2014-10-31 at the Wayback Machine South China Morning Post
- October 11 Open letter to Xi Jinping Arxivləşdirilib 2014-10-12 at the Wayback Machine
- Umbrella Revolution on YouTube
- Umbrella Revolution Photo Gallery Arxivləşdirilib 2014-10-20 at the Wayback Machine