2016 Eseka Qatar Qezasi - Wikipedia
2016 Eseka qatar qəzası — 21 oktyabr 2016-cı ildə Kamrail şəhərlərarası sərnişin qatarının Kamerunun paytaxtı olan Yaunde şəhərindən Kamerunun ən böyük şəhərlərindən biri olan Duala şəhərinə gedən relsinin Mərkəzi Regionun Eseka şəhəri yaxınlığında relsdən çıxıb qəzaya uğradığı qatar qəzasıdır. Qatar qəzası nəticəsində 79 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Bəzi şəxslər hələ də qatar vaqonları nömrələrində qalıblar.[3][4][5][6]
2016 Eseka qatar qəzası | |
---|---|
| |
Detallar | |
Tarix |
|
Yer | Eseka, Mərkəzi Region |
Ölkə | Kamerun |
Statistik məlumatlar | |
Qatarlar | 1 |
Sərnişinlər | 1300 |
Həlak olanlar | 79[1] |
Yaralananlar |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu qəza 2007-ci ilin avqust ayında baş verən Benaleka qatar qəzasından bəri Afrika qitəsində baş verən ən dəhşətli dəmir yolu qəzası hesab olunur.
Arxa planda
redaktəFransanın Bollor şirkətinin öhdəliyində olan Kamrail Sitarail, həmçinin Fransanın keçmiş müstəmləkələri olan Burkina-Faso və Kot-d’İvuarın dəmir yolu xidmətlərini yerinə yetirən müəssisə kimi fəaliyyət göstərir. 2016-cı ilin sentyabr ayında Sitaraildə körpü dağılandan sonra Sitarail qatarlarının qəzaya uğraması böyük diqqətə səbəb olmuşdur.[7][8] Hadisə Qərbi Afrika ölkələri arasında beynəlxalq qatar sisteminin bağlanmasına səbəb olub.
Bollor şirkətinin rəhbərlik qrupuna Fransalı məşhur milyarder Vinsent Bollor başçılıq edir. (Siril Bollorun oğludur, Bollor Nəqliyyat və Logistika şirkətinin direktoru və 2016-ci ilin yanvar ayından etibarən Kamrail şirkətinin sahibi)[9] Həmçinin Bollor Qərbi Afrika Regional Dəmiryolu xəttinin tərtib edilməsi çərçivəsində Fransanın Qərbi Afrikada əlavə dəmir yolu xətlərinin inşası və istismarı ilə bağlı planlarının yaradıcısıdır.[10]
Qəza
redaktəHadisə iştirakçılarının yer aldığı və Kamrailə məxsus sərnişin qatarı paytaxt Yaundedən ölkənin ən böyük iqtisadi şəhəri olan Duala şəhərinə gedirmiş. Son leysan yağışları ilə əlaqədar olaraq baş verən torpaq sürüşməsi iki şəhəri birləşdirən magistral yoldakı körpünü dağıtmışdır. İnsanla dolu qatar da məhz bu körpüdən keçmişdir. Qatarla gedən 1300 sərnişindən 600-ü müəyyən səbəblərdən qatara gecikmişdir. Nəticədə qatar bir az gecikəcək yerli vaxtla 11:00-da Yaunde şəhərini tərk edib.[6] Qatarda gedən Reuters xəbər agentliyinin jurnalisti məlumat verir ki, paytaxtdan 120 km qərbdə — Eseka şəhərində yerli vaxtla 12:00-da (11:00 QMV) qatar vaqonları relsdən çıxaraq tüstülənməyə başlamışdır.[4]
Zərərçəkənlər Dualadakı xidmət vasitələri ilə Esekada yerləşən yerli xəstəxanaya göndərilmişdir. Sosial mediyada bir neçə vaqonun dəmir yolu xəttinin yanındakı yamacda aşması görüntüləri və yüzlərlə sərnişinin xilası görüntüləri yayımlanmışdır.[4] Qəzadan əvvəl körpünün uçması ilə əlaqədar olaraq Kamerunun əsas nəqliyyat oxu bir müddətə bağlanmışdır.[4]
İstintaq
redaktəQəzadan dərhal sonra Kamrail hadisə yerinə istintaq komandası göndərəcəklərini elan ediblər. Şirkət həm də özlərinin rəsmi Feysbuk səhifəsində statusda həlak olanların ailələrinə başsağlığı veriblər.[4] Dəmir yolu rəsmiləri bildirib ki, əvvəl Yaundedən qatar çıxanda qatar səkkiz vaqondan ibarət olmuşdur. Lakin sonradan sərnişinlərin qatara yerləşdirilməsi üçün qatara əlavə bir vaqon da qoşulmuşdur. Güman olunur ki, qatarın qəzaya uğrama səbəbi artıq yüklənməyə məruz qalmasıdır.[6]
Qəzadan sonra çərşənbə axşamı Kamerun məhkəməsi elan etdi ki, qəzanı törədənlər günahkar hesab olunurlar, onlar haqqında istintaq başlayacaq və onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.[11] Növbəti gün Bollor şirkətinin Afrika Sədri bildirib ki, qəzaya səbəb qatarın sürət həddini aşması olmuşdur.[12]
İstinadlar
redaktə- ↑ (fr.) "Cameroun: 79 morts dans l'accident du train Yaoundé-Douala". Le Point. 24 October 2016. 24 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2016.
- ↑ Agence France-Presse Cameroun: 79 morts dans l'accident du train Yaoundé-Douala (fr.). // Le Point Kering, 2016. 427813 nüs. ISSN 0242-6005; 1950-7461; 2491-3677
- ↑ "Cameroon rail accident toll rises to at least 60". News 24. 22 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2016.
- ↑ 1 2 3 4 5 "Cameroon train crash death toll tops 70". Reuters. 22 October 2016. 22 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2016.
- ↑ "[Update] Cameroon train derailment: 53 dead, 575 injured, 14 trapped in carriages". Africanews. October 21, 2016. 22 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2016.
- ↑ 1 2 3 "At least 53 killed in Cameroon train derailment". Al Jazeera. 21 October 2016. 21 October 2016 tarixində arxivləşdirilib.
- ↑ http://www.agenceafrique.com/8357-sitarail-etudie-solutions-temporaires-apres-linterruption-trafic-ferroviaire-entre-abidjan-ouagadougou.html Arxivləşdirilib 2016-10-23 at the Wayback Machine, Sitarail étudie «des solutions temporaires» après l’interruption du trafic ferroviaire entre Abidjan et Ouagadougou, Agence Afrique, 09/09/2016
- ↑ "Bridge collapse halts Ivorian-Burkina rail traffic". Africa Review. 8 September 2016. 25 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 October 2016.
- ↑ http://actu.orange.fr/france/cameroun-bollore-cyrille-a-l-epreuve-du-deraillement-latribune-CNT000000vTm7A.html Arxivləşdirilib 2016-10-24 at the Wayback Machine, La Tribune, publié le dimanche 23 octobre 2016 à 23h51
- ↑ http://www.sudouest.fr/2015/12/29/le-train-a-la-conquete-de-l-ouest-africain-2229385-2780.php Arxivləşdirilib 2019-09-30 at the Wayback Machine, Publié le 29/12/2015, Mis à jour à 10h05 par Pierre Tillinac, Sud Ouest
- ↑ BBC, Cameroon crash train 'broke speed limit', October 26 2016, http://www.bbc.com/news/world-africa-37775551 Arxivləşdirilib 2020-11-08 at the Wayback Machine
- ↑ Dakaractu, "Cameroun : l’empire Bolloré contre-attaque", 26 Octobre 2016, http://www.dakaractu.com/Cameroun-l-empire-Bollore-contre-attaque_a120631.html[ölü keçid]