2019 Uefa Cempionlar Liqasi Finali - Wikipedia
2019 UEFA Çempionlar Liqası finalı – Çempionlar Liqasının 2018–19 mövsümünün final matçıdır. 1 iyunda Madriddə yerləşən Vanda Metropolitano stadionunda keçirilmişdir.[5]
2019 UEFA Çempionlar Liqası finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | 2018–19 UEFA Çempionlar Liqası | ||||||
|
|||||||
Tarix | 1 iyun 2019 | ||||||
Yer | Vanda Metropolitano, Madrid | ||||||
Matçın adamı | Vircil van Dayk (Liverpul)[1] | ||||||
Hakim | Damir Skomina [2] | ||||||
Tamaşaçı | 63 272[3] | ||||||
Hava |
Günəşli 30 °C (86 °F) 15% rütubət[4] |
||||||
← 2018 2020 → |
Finalda iki ingilis klubu: Liverpul və Tottenhem Hotspur üz-üzə gəldi. Bu həm də Tottenhemin oynadığı ilk ÇL finalı oldu. Bu finalda yeddinci dəfə eyni ölkənin klubları üz-üzə gəldi. Həmçinin, bu 2008-ci il finalından bəri ikinci ingilis klublarının qarşılaşdığı final idi.
Matçda rəqibinə 2–0 hesabı ilə qalib gələn Liverpul 6-cı dəfə bu kuboka yiyələndi. Həmçinin, 2018–19 UEFA Avropa Liqası qalibi Çelsi ilə 2019 UEFA Super Kuboku çərçivəsində oyun oynama hüququ qazandı. Bundan əlavə komanda 2019-cu ilin dekabrında Qətərdə keçiriləcək klublararası dünya çempionatında da iştirak edəcək.
Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.[6]. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu vermişdi. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndi.[7] Matçda həm də Çempionlar Liqası finalları tarixində ilk dəfə video köməkçi hakimdən (VAR) istifadə olunmuşdu.[8]
Məkan
redaktəBu Madriddə keçirilən beşinci Çempion Klublar Kuboku / UEFA Çempionlar Liqası finalı oldu. Burada ən son final 2010-cu ildə Santyaqo Bernabeu stadionunda keçirilmişdi.[9]
2017-ci ildə stadionda yenilənmə-bərpa işləri bitdi. Atletiko Madrid klubu ev oyunlarını burada keçirir. UEFA-nın sponsorluq qaydalarına görə stadion UEFA turnirlərində "Estadio Metropolitano" olaraq adlandırılır.[9]
Seçimlər
redaktəİlk dəfə 9 dekabr 2016-cı ildə UEFA klub turnirlərinin finallarının keçirilməsiylə bağlı açıq təklif vermə prosesini başlatdı. Bununla bağlı assosiasiyalar öz maraqlarını 2017-ci ilin yanvarın sonuna kimi bildirməli idilər və rəsmi sənədləri həmin ilin 6 iyununa kimi təsdiqləməliydilər.[10]
UEFA 2017-ci ilin fevralın üçündə Azərbaycan və İspaniyanın finalla yaxından maraqlandığını bildirdi.[11] Təkliflərin dəyərləndirilməsi 14 sentyabr 2017-ci ildə UEFA tərəfindən dərc edildi. Vanda Metropolitano sentyabrın 20-si UEFA İcraiyyə Komitəsi tərəfindən finalın keçiriləcəyi stadion olaraq seçildi. Bakı Olimpiya Stadionu isə Avroliqa finalına ev sahibliyi etmə hüququ qazandı.[12][13]
Finala gedən yol
redaktə- Ətraflı bax: UEFA Çempionlar Liqası 2018/2019
Qeyd: E–ev, S–səfər oyunu
Tottenhem Hotspur | Mərhələ | Liverpul | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Rəqib | Nəticə | Qrup mərhələsi | Rəqib | Nəticə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İnter | 1–2 (S) | 1-ci matç | Paris Seyn-Jermen | 3–2 (E) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Barselona | 2–4 (E) | 2-ci matç | Napoli | 0–1 (S) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
PSV Eyndhoven | 2–2 (S) | 3-cü matç | Srvena Zvezda | 4–0 (E) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
PSV Eyndhoven | 2–1 (E) | 4-cü matç | Srvena Zvezda | 0–2 (S) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İnter Milan | 1–0 (E) | 5-ci matç | Paris Seyn-Jermen | 1–2 (S) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Barselona | 1–1 (S) | 6-cı matç | Napoli | 1–0 (E) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
B qrupu ikincisi
|
Qrupdakı son nəticələr | C qrupu ikincisi
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqib | Ümumi nəticə | 1-ci matç | 2-ci matç | Finala doğru gedilən mərhələlər | Rəqib | Ümumi nəticə | 1-ci matç | 2-ci matç | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Borussiya Dortmund | 4–0 | 3–0 (E) | 1–0 (S) | 1/8 final | Bayern Münhen | 3–1 | 0–0 (E) | 3–1 (S) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mançester Siti | 4–4 (SQ) | 1–0 (E) | 3–4 (S) | 1/4 final | Porto | 6–1 | 2–0 (E) | 4–1 (S) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ayaks | 3–3 (SQ) | 0–1 (E) | 3–2 (S) | Yarı final | Barselona | 4–3 | 0–3 (S) | 4–0 (E) |
Oyun öncəsi
redaktəSəfir
redaktəFinalın ulduz səfiri Atletiko Madriddə 2002–03 və 2007–09 illərində oynamış Luis Qarsiya idi. O həm də 2005-ci ildə Liverpulla Çempionlar Liqası kubokunu başı üzərinə qaldırmışdı.[14]
Biletlər
redaktəFinal üçün stadionda 63500 yer ayrılmışdır. Həmin yerlərin 38000-lik hissəsi əsas publikaya, azarkeşlərə təqdim edilir. Buna hər iki finalçı klub üçün hərəsinə ayrıca ayrılmış 17000-lik yerlər də daxildir. Yerdə qalan 4000 bilet isə UEFA.com tərəfindən 4 qiymət kateqoriyasında satışa çıxarılır: €600, €450, €160 and €70. Yerdə qalan hissə isə yerli icraiyyə komitəsinə, təşkilatlara, ticari partnyorlara və sponsorlara, beynəlxalq telekanallara verilir.[15]
Açılış mərasimi
redaktəAmerikanın məşhur pop rok qrupu Imagine Dragons matç başlamazdan öncə bir sıra pirotexniki vasitələr və fişənglərin müşayiəti ilə ard-arda "Believer", "Thunder", "Radioactive", "On Top of the World" kimi hit mahnılarını səsləndirərək gözəl performans sərgilədi.[16][17][18] Ukraynanın çalğı alətləri kvarteti olan Asturia Girls isə oyunçular stadiona gəldiyi vaxt UEFA Çempionlar Liqası Himnini səsləndirdilər.[19]
Matç
redaktəXülasə
redaktəStart fitindən öncə elə finalın olduğu gün maşın qəzası nəticəsində həyatını itirən ispaniyalı futbolçu Xose Antonio Reyes 1 dəqiqəlik sükutla yad edildi. Liverpul matça sürətli başladı və 24-cü saniyədə penalti qazandı. Belə ki, Sadio Manenin pası Musa Sissokonun qoluna dəymişdi. Matçın ikinci dəqiqəsində penaltini qola çevirən Salah həm də Çempionlar Liqası finalları tarixində ən erkən ikinci qolun müəllifi oldu.[20] Ümumiyyətlə, birinci hissədə topa sahib olmada Tottenhem daha üstün olsa da, qol imkanları tapmaqda çətinlik çəkirdi. Liverpul isə daha ehtiyatlı və əks-hücuma meyilli oynayırdı. 18-ci dəqiqədə naməlum qadının meydançaya girməsi nəticəsində oyunda bir az fasilə yaşandı.[21]
İkinci hissə başlayarkən ard-arda Liverpul qol fürsətləri yaratmışdı. Məsələn, Ceyms Milnerin zərbəsi qapıdan azca aralı keçmişdi. Hər iki klubun məşqçisi əvəzetmələrini 60-cı dəqiqədən sonra etdi. Tottenhem vaxt daraldıqca daha çox hücuma çıxırdı, lakin hücumlar qolla bitmirdi. Və "vurmayana vurarlar" prinsipi yenə özünü doğrultdu. 87-ci dəqiqədə künc zərbəsi zamanı Tottenhemli oyunçular topu cərimə meydançalarından uzaqlaşdıra bilmədilər və nəticədə topu əldə edən Divok Origi qapının sağ aşağı küncünə dəqiq zərbə endirərək hesabı artırdı. Matç bu hesabla bitdi və Liverpul 6-cı dəfə bu titula yiyələndi. Yürgen Klopp isə Liverpulda ilk kubokunu qazandı.[22]
Detallar
redaktə1 iyun 2019 23:00 (Bakı vaxtı ilə) |
|
Vanda Metropolitano, Madrid Tamaşaçı: 63 272[3] Hakim: Damir Skomina |
Tottenhem Hotspur[4]
|
Liverpul[4]
|
Matçın adamı:
Hakim köməkçiləri:[2]
|
Statistika
redaktə
|
|
|
İstinadlar
redaktə- ↑ 1 2 "Və final matçının adamı: Vircil van Dayk !". UEFA.com. Union of European Football Associations. 1 iyun 2019. 2019-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019. (#invalid_param_val)
- ↑ 1 2 3 4 "Çempionlar Liqasının finallarına artıq hakimlər təyin olunub". UEFA.com. Union of European Football Associations. 14 may 2019. 8 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2019.
- ↑ 1 2 "Full Time Report Final – Tottenham Hotspur v Liverpool" (PDF). UEFA.com. Union of European Football Associations. 1 iyun 2019. 2019-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyun 2019.
- ↑ 1 2 3 "Tactical Line-ups – Final – Saturday 1 June 2019" (PDF). UEFA.com. Union of European Football Associations. 1 iyun 2019. 7 June 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyun 2019.
- ↑ "Madrid 2019-cu ildəki ÇL finalına ev sahibliyi edəcək". UFEA.com. Union of European Football Associations. 20 sentyabr 2017. 20 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "UEFA Europa League final 2019 to be played on 29 May". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ "Additional fine-tuning of club competition regulations for 2018/19 onwards". UEFA.com. Union of European Football Associations. 27 mart 2018. 27 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2018.
- ↑ "VAR Çempionlar Liqasında tətbiq olunur". UEFA.com. Union of European Football Associations. 3 dekabr 2018. 3 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2018.
- ↑ 1 2 "Madriddəki Estadio Metropolitano 2019-cu ildəki ÇL finalına ev sahibliyi edəcək". UEFA.com. Union of European Football Associations. 20 sentyabr 2017. 3 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
- ↑ "UEFA klub turnirlərinin final seçimləri" (PDF). UEFA. 2017-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-04.
- ↑ "15 15 assosiasiya 2019-da keçiriləcək turnirlərin finalı ilə maraqlanır". UEFA.com. Union of European Football Associations. 3 fevral 2017. 23 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
- ↑ "UEFA İcraiyyə Komitəsinin Nyondakı növbəti görüşü". UEFA.com. Union of European Football Associations. 7 sentyabr 2017. 23 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
- ↑ "Atletiko Madridin stadionu 2019-dakı ÇL finalına ev sahibliyi edəcək". Associated Press. 20 sentyabr 2017. 17 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2019.
- ↑ "Bayern drawn against Liverpool in last 16". fcbayern.com. Fußball-Club Bayern München. 17 dekabr 2018. 18 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.
- ↑ "2019 UEFA Çempionlar Liqası finalının biletləri Cümə Axşamı günündən satışa çıxarılır". UEFA.com. Union of European Football Associations. 13 mart 2019.
- ↑ Smirke, Richard. "Imagine Dragons UEFA Çempionlar Liqası finalındakı açılış mərasimində iştirak edir". Billboard. 9 may 2019. 10 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
- ↑ Medrano, Teresa. "Imagine Dragons abre final de la Champions en Madrid" [Imagine Dragons opens Champions League final in Madrid]. San Francisco Chronicle (isp.). Associated Press. 1 iyun 2019. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019.
- ↑ BT Sport. "Imagine Dragons UEFA Champions League full opening ceremony". 1 iyun 2019. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2019 – YouTube vasitəsilə.
- ↑ "Asturia Girls ÇL himnini ifa etdilər". UEFA.com. Union of European Football Associations. 21 may 2019. 30 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2019.
- ↑ "Salah scores second-fastest Champions League final goal". Yahoo Sports. 1 June 2019. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019.
- ↑ Das, Andrew; Smith, Rory. "Scoring Early and Late, Liverpool Beats Tottenham to Win Sixth Champions League Title". The New York Times. 1 iyun 2019. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019.
- ↑ Taylor, Daniel. "Liverpool Salah və Originin qollarıyla qələbə qazandı". The Guardian. 1 iyun 2019. 1 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019.
- ↑ 1 2 3 "Matçın statistikası" (PDF). UEFA.com. Union of European Football Associations. 1 iyun 2019. 2019-06-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyun 2019.