2019 Uefa Milletler Liqasi Finallari - Wikipedia
2019 UEFA Millətlər Liqası Finalları — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsidir. Bu final mərhələsi UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk mövsümü hesab edilir.[1] Turnir 5 iyundan 9 iyuna kimi Portuqaliyada təşkil edilmişdir. Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır.[2] Turnir iki yarımfinaldan, üçüncülük uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk çempionunu təyin edəcək final görüşündən ibarətdir.
2019 UEFA Millətlər Liqası Finalları | |
---|---|
Fase Final da Liga das Nações da UEFA de 2019 | |
39°00′02″ şm. e. 9°00′17″ q. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | |
Ev sahibi şəhər | Portuqaliya |
Tarix | 5–9 İyun |
Başlama tarixi | 5 iyun 2019 |
Bitmə tarixi | 9 iyun 2019 |
Komanda sayı | 4 |
Stadion sayı | 2 (2 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Portuqaliya (1-ci dəfə) |
Gümüş medalçı | Niderland |
Bürünc medalçı | İngiltərə |
Dördüncü yer | İsveçrə |
Yarış statistikası | |
Oyun sayı | 4 |
Qol sayı | 9 (matç başına: 2.25) |
Tamaşaçı sayı | 127067 (matç başına: 31767) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Kristiano Ronaldo (3 qol) |
Ən yaxşı oyunçu | Bernardo Silva |
Ən yaxşı gənc oyunçu | Frenki de Yonq |
2021 → |
Portuqaliya millisi final matçında Niderlandı 1–0 hesabıyla üstələyərək turnirin ilk qalibi oldu
Format
redaktəMillətlər Liqasının finalları 2019-cu ilin iyun ayında keçirildi və A diviziyasının dörd qrup qalibi turnirdə mübarizə apardı. Müsabiqə iki yarımfinal matçı, üçüncülük uğrunda oyun və finaldan ibarət olan formatda təşkil olunmuşdur. Püşkatma mərasimi 3 dekabr 2018-ci ildə İrlandiyada, Dublin şəhərində yerləşən Şelburn otelində baş tutmuşdur.[3][4][5]
Turnirdə ilk yarımfinal görüşü 5 iyunda (ev sahibinin iştirakı ilə), ikinci yarımfinal görüşü 6 iyunda, üçüncü yer uğrunda görüş isə 9 iyunda keçirildi.[6] Finalda qalib gələn komanda UEFA Millətlər Liqasının ilk qalibi adını qazanacaq.[7]
Millətlər Liqasının Finalları tək oyundan ibarət olan görüşlərdən ibarətdir. Əgər normal oyun vaxtı bərabərliklə başa çatarsa, dördüncü oyunçu əvəzetməsinə icazə verilən 30 dəqiqələlik əlavə vaxt oynanılacaq.[8] Əgər yenə qalib müəyyənləşməzsə, qalib penalti zərbələri ilə müəyyən ediləcək. Turnirin bütün oyunlarında qol xətti texnologiyasından istifadə ediləcək.[9] 3 dekabrda UEFA Millətlər Liqası Finallarında video köməkçi hakim (VAR) sistemindən istifadə ediləcəyini açıqlamışdır.[10]
İştirakçı komandalar
redaktəTurnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır.[11]
Qrup | Komanda | Təsnifat mərhələsi tarixi |
UML Reytinqi Noyabr 2018 |
FİFA Reytinqi Aprel 2019 |
---|---|---|---|---|
A1 | Niderland | 19 noyabr 2018 | 3 | 16 |
A2 | İsveçrə | 18 noyabr 2018 | 1 | 8 |
A3 | Portuqaliya (ev sahibi) | 17 noyabr 2018 | 2 | 7 |
A4 | İngiltərə | 18 noyabr 2018 | 4 | 4 |
Ev sahibi seçimi
redaktəPortuqaliya 3 dekabr 2018-ci ildə İrlandiyanın Dublin şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında ev sahibi ölkə olaraq elan edilmişdir.[12][13] Millətlər Liqası Finalları üçün sadəcə A diviziyasının komandaları namizədlik verə bilər və dörd iştirakçıdan yalnız biri ev sahibi olaraq seçilə bilər. Millətlər Liqası Finalları hər biri ən azı 30000 tamaşaçı tutumuna malik iki stadionda baş tutmalıdır. İdeal olaraq, stadionlar ev sahibi olan ölkədə bir-birindən təxminən 150 km məsafəyə qədər yerləşməlidir.[14][15]
9 mart 2018-ci ildə UEFA İtaliya, Polşa və Portuqaliyanın finalı keçirməkdə maraqlı olduqlarını və namizədliklərini verdiklərini açıqlamışdır. Sənədləri vermək üçün son tarix 31 avqust 2018-ci il kimi təsdiq olunmuşdur. Üç assosiasiya da A3 qrupunda yer aldığından qrupun qalibi UEFA-nın tələblərinə cavab verəcəyi təqdirdə ev sahibi ölkə kimi təyin olunacaqdı.[16] Öz qrupunda Polşa İtaliyanı mübarizədən kənarlaşdıran Portuqaliyanın potensial ev sahibi olma şansını daha da artırdı.[17] Bununla da Portuqaliya A3 qrupunun qalibi oldu və finallara vəsiqə qazandı.[18] Beləliklə, ölkə UEFA İcraiyyə Komitəsinin 2018-ci il dekabrın 3-də təsdiqləyəcəyi ev sahibi hüququnu avtomatik olaraq əldə etdi.[2]
Stadionlar
redaktəNamizədlik sənədlərində Portuqaliya Futbol Federasiyası Portuda yerləşən Draqao stadionu və Gimarayeşdə yerləşən "Eştadio Afonso Henrikez" stdaionlarını irəli sürmüşdür.[2]
Portu | Gimarayeş | |
---|---|---|
Draqao stadionu | Eştadio Afonso Henrikez | |
Tutumu: 50033 | Tutumu: 30000 | |
Heyətlər
redaktəHər bir milli komanda üçü qapıçı olmaqla turnirin açılış görüşünə on gün qalmış 23 oyunçudan ibarət olan heyəti təqdim etməlidir. Əgər bir oyunçu turnirin ilk görüşünə qədər zədələnərsə və ya ciddi xəstələnərsə, siyahıda başqa bir oyunçu ilə əvəz olunmalıdır.[9]
Cədvəl
redaktəYarımfinallar | Final | |||||
5 iyun – Portu | ||||||
Portuqaliya | 3 | |||||
9 iyun – Portu | ||||||
İsveçrə | 1 | |||||
Portuqaliya | 1 | |||||
6 iyun – Gimarayeş | ||||||
Niderland | 0 | |||||
Niderland (ə.v) | 3 | |||||
İngiltərə | 1 | |||||
Üçüncülük uğrunda görüş | ||||||
9 iyun – Gimarayeş | ||||||
İsveçrə | 0 (5) | |||||
İngiltərə (pen.) | 0 (6) |
Yarımfinallar
redaktəPortuqaliya - İsveçrə
redaktə5 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Draqao stadionu, Portu Tamaşaçı: 42 415[19] Hakim: Feliks Brix |
}}
Portuqaliya[20]
|
İsveçrə[20]
|
|
|
Oyunun adamı:
Köməkçi hakimlər:[20]
|
Niderland — İngiltərə
redaktə6 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Eştadio Afonso Henrikez, Gimarayeş Tamaşaçı: 25 711[22] Hakim: Kleman Tyurpen |
Niderland[23]
|
İngiltərə[23]
|
|
|
Matçın adamı:
Hakim köməkçiləri:[23]
|
Üçüncülük uğrunda matç
redaktə9 iyun 2019 14:00 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Eştadio Afonso Henrikez, Gimarayeş Tamaşaçı: 15 742[25] Hakim: Ovidiu Haçeqan |
İsveçrə[26]
|
İngiltərə[26]
|
|
|
Matçın adamı:
Köməkçi hakimlər:[26]
|
Final
redaktə
9 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Draqao stadionu, Portu Tamaşaçı: 43 199[28] Hakim: Alberto Undiano Malenko |
Portuqaliya[29]
|
Niderland[29]
|
|
|
Matçın adamı:
Köməkçi hakimlər:[31]
|
Statistika
redaktəBombardirlər
redaktə4 oyunda 9 qol olmaqla, matç başına ortalama 2,25 qol atıldı.
- 3 qol
- 1 qol
- 1 avtoqol
Mükafatlar
redaktə- Fəxri komanda Turnirin fəxri komandası UEFA tərəfindən hazırlanmışdır. 11-likdə finallarda iştirak edən 4 komandanın hərəsindən azı 1 oyunçunun adı var.[32]
Qapıçı | Müdafiəçilər | Yarımmüdafiəçilər | Hücumçular |
---|---|---|---|
Cordan Pikford | Deyli Blind Vircil van Dayk Ruben Diaş Nelson Semedo |
Frenki de Yonq Jorjinyo Viynaldum Bruno Fernandes |
Kristiano Ronaldo Bernardo Silva Cerdan Şakiri |
- Ən yaxşı oyunçu UEFA tərəfindən turnirin ən yaxşı oyunçusu Portuqaliyalı Bernardo Silva seçildi.[33]
- Ən yaxşı gənc oyunçu
SOCAR-ın təqdim etdiyi turnirin ən yaxşı gənc oyunçu mükafatına 23 yaşa qədər futbolçular seçilə bilərdi. Bu titula Niderlandlı futbolçu Frenki de Yonq sahib oldu.[33]
- Ən gözəl qol Turnirin ən gözəl qolu onlayn olaraq azarkeşlər tərəfindən seçildi. Verilən 4 qolun arasında azarkeşlər Ronaldonun qolunu daha baxımlı hesab etdi.[34]
Turnirin ən gözəl qolu | |||
---|---|---|---|
Oyunçu | Rəqib | Hesab | Mərhələ |
Kristiano Ronaldo | İsveçrə | 2–1 | Yarı Final |
Pul mükafatı
redaktə2018-ci ilin oktyabr ayında UEFA komandalara veriləcək pul mükafatının məbləğlərini açıqladı.[35] Ümumiyyətlə, UEFA Millətlər Liqasının A diviziyasında iştirak edən 12 assosiasiyaya 2,25 milyon € verilir. Finallarda iştirak edən 4 komandanın hərəsinə bir daha 2,25 milyon € dəyərində pul mükafatı təqdim edilir.
Bundan əlavə, finallarda iştirak edən klubların tutduqları yerlərə görə yenə pul verilir:
- Çempion: 6 milyon €
- İkinci yer: 4,5 milyon €
- Üçüncü yer: 3,5 milyon €
- Dördüncü yer: 2,5 milyon €
Belə çıxır ki, turnirin qalibi olan klub toplam 10,5 milyon avronun sahibi olur.
İstinadlar
redaktə- ↑ "UEFA Nations League receives associations' green light". UEFA.com. 27 March 2014. 21 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2019.
- ↑ 1 2 3 "Portugal set to be Nations League Finals hosts". UEFA.com. 17 November 2018. 18 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2019.
- ↑ "UEFA Nations League Finals: Draw Procedure" (PDF). UEFA.com. Union of European Football Associations. 27 September 2018. 27 September 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 September 2018.
- ↑ "UEFA Nations League Finals draw". UEFA.com. 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-06.
- ↑ "Nations League Finals draw: Portugal v Switzerland, Netherlands v England". UEFA.com. Union of European Football Associations. 3 December 2018. 17 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2018.
- ↑ "UEFA Nations League 2018/19 League Phase draw". UEFA.com. Union of European Football Associations. 24 January 2018. 25 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2018.
- ↑ "All you need to know: UEFA Nations League Finals". UEFA.com. Union of European Football Associations. 19 November 2018. 3 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2018.
- ↑ "Amendments to football's Laws of the Game in various UEFA competitions". UEFA.com. Union of European Football Associations. 5 July 2018. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2018.
- ↑ 1 2 "Regulations of the UEFA Nations League 2018/19" (PDF). UEFA.com. Union of European Football Associations. 28 September 2017. 16 August 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 October 2017.
- ↑ "VAR to be used in UEFA Champions League knockout phase". UEFA.com. Union of European Football Associations. 3 December 2018. 3 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2018.
- ↑ "England, Netherlands, Portugal and Switzerland in Nations League Finals". UEFA.com. Union of European Football Associations. 19 November 2018. 20 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2018.
- ↑ "Portugal confirmed as Nations League Finals hosts". UEFA.com. Union of European Football Associations. 3 December 2018. 18 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2018.
- ↑ "UEFA Executive Committee agenda for Dublin meeting". UEFA.com. 16 November 2018. 10 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2019.
- ↑ "Lyon to host 2018 UEFA Europa League final". UEFA. 9 December 2016. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2019.
- ↑ "UEFA Nations League regulations approved". UEFA.com. Union of European Football Associations. 20 September 2017. 16 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2018.
- ↑ "Italy, Poland, Portugal express interest in hosting Nations League Finals". UEFA.com. Union of European Football Associations. 9 March 2018. 9 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2018.
- ↑ "Italy relegate Poland as Russia near promotion". UEFA.com. Union of European Football Associations. 14 October 2018. 15 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2018.
- ↑ "Portugal hold Italy to reach Finals, Sweden win". UEFA.com. 17 November 2018. 18 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2019.
- ↑ "Full Time Report – Semi-finals – Portugal v Switzerland" (PDF). UEFA.com. Union of European Football Associations. 5 iyun 2019. 2019-06-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 iyun 2019.
- ↑ 1 2 3 "Tactical Line-ups – Semi-finals – Portugal v Switzerland" (PDF). UEFA.com. Union of European Football Associations. 5 June 2019. 17 December 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 June 2019.
- ↑ "Portugal 3–1 Switzerland: Nations League at a glance". UEFA.com. Union of European Football Associations. 5 iyun 2019. 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
- ↑ "Matç hesabatı – Yarı Final – Niderland-İngiltərə" (PDF). UEFA.com. Union of European Football Associations. 6 iyun 2019. 2019-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 iyun 2019.
- ↑ 1 2 3 "Taktiki düzülüş – Yarı Final – Niderland-İngiltərə" (PDF). UEFA.com. Union of European Football Associations. 6 iyun 2019. 2019-12-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 iyun 2019.
- ↑ Atkin, John. "Netherlands 3–1 England: Nations League at a glance". UEFA.com. Guimarães: Union of European Football Associations. 6 iyun 2019. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2019.
- ↑ "Matç hesabatı – Üçüncülük matçı – İsveçrə-İngiltərə" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
- ↑ 1 2 3 "Taktiki düzülüş – Üçüncülük matçı – İsveçrə-İngiltərə" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-12-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
- ↑ "İngiltərə üçüncülük matçında İsveçrəni penalti zərbələri ilə üstələdi". UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ "Full Time Report – Final – Portugal v Netherlands" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
- ↑ 1 2 "Taktiki düzülüş – Final – Portuqaliya-Niderland" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
- ↑ Atkin, John. "Portugal 1–0 Netherlands: Nations League final at a glance". UEFA.com. Porto: Union of European Football Associations. 9 iyun 2019. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ "Porto swansong for proud Undiano". UEFA.com. Union of European Football Associations. 7 iyun 2019. 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ "UEFA Millətlər Liqası Finalları: Fəxri komanda". UEFA.com. Union of European Football Associations. 10 iyun 2019. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2019.
- ↑ 1 2 "Bernardo Silva and Frenkie de Jong win Nations League awards". UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ "Goal of the Tournament: clean sweep for Ronaldo". UEFA.com. Union of European Football Associations. 10 iyun 2019. 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2019.
- ↑ "Increased UEFA Nations League solidarity and bonus fees". UEFA.com. Union of European Football Associations. 10 oktyabr 2018. 2018-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2018.
Xarici keçidlər
redaktə- uefa.com/uefanationsleague/ — UEFA Millətlər Liqasının rəsmi saytı
- 2019 UEFA Millətlər Liqası Finalları, UEFA.com