2021 - Wikipedia
2021 - Wikipedia - Haqqında Məlumat
2021 (MMXXI) — Qriqorian təqviminə görə Cümə günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2021-ci ilidir. III minilliyin və XXI əsrin 21-ci ilidir. 2020-ci illərin 1-ci ilidir.
2021 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 2021 MMXXI |
Yuli təqvimi | 2021 |
Yuli təqvimi bizans erasında |
7529-7530 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2773-2774 (21 aprel) |
Avropa təqvimi |
5781-5782 ה'תשפ"א - ה'תשפ"ב |
Hicri təqvim | 1442-1443 |
Erməni təqvimi | 4513-4514 (11 avqust)
ՍԻԱ |
Çin təqvimi | 4717-4718 庚子 - 辛丑 ağ siçovul |
Efiopiya təqvimi | 2013 - 2014 |
Hind təqvimi | |
⁃ Vikram-samvat | 2077-2078 |
- Şaka sambat | 1943—1944 |
⁃ Kali-yuqa | 5122-5123 |
İran təqvimi | 1399-1400 |
Buddist təqvimi | 2564 |
Holosen təqvimi | 12021 |
Yapon xronologiyası | 3 Reyva erası |
Fransız inqilabı təqvimi | 229—230 |
Çuçxe təqvimi | 110-cu çuçxe ili |
Minqo təqvimi | 110-cu Tayvan ili |
2020-ci ildə olduğu kimi 2021-ci ildə çoxlu COVİD-19 variantları aşkarlandı və COVİD-19 koronavirus pandemiyası ciddi şəkildə davam etdi. 2020-ci ilin sonunda başlayan COVİD-19 infeksiyası əleyhinə vaksinasiya 2021-ci ildə davam etdirildi. 2020-ci ildə planlaşdırılan və pandemiya səbəbindən təxirə salınan tədbirlərin əksəriyyəti, o cümlədən 2021 BMT İqlim Dəyişikliyi Konfransı, Ekspo 2020, UEFA Avro 2020, 2021 Avroviziya Mahnı Müsabiqəsi, 2020 Yay Olimpiya Oyunları, 2020 Yay Paralimpiya Oyunları, Kopa Amerika 2021 və s. keçirildi
Hadisələr
redaktəYanvar
redaktə- 1 Yanvar — Afrika Kontinental Azad Ticarət Zonası qüvvəyə mindi
- 4 Yanvar — Qətər və Səudiyyə Ərəbistanı arasındakı sərhəd yenidən açıldı
- 6 Yanvar — ABŞ Konqres Binasına hücum: ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərində məğlub olduğu üçün, onun tərəfdarları ABŞ Kapitol bina kompleksinə hücum etdi. Sonrakı iğtişaşlar zamanı 5 nəfər öldü
- 8 Yanvar — Türkiyənin 4-cü peyki "Türksat 5A" kosmosa buraxıldı
- 10 Yanvar
- Şimali Koreya Prezidenti Kim Çen In Koreya Fəhlə Partiyası (KFP) Baş katibi seçildi
- Sisya qızıl mədəni qəzası: Çinin Şandun əyalətinin Yantay şəhərində Sisya qızıl mədənində baş verən partlayış nəticəsində giriş tuneli çökdü və 22 mədənçi yerin altında qaldı. 2 həftə sonra 11 mədənçi xilas edildi. 10 nəfər öldü və 1 nəfər itkin düşdü
- 11 Yanvar — Tıqray müharibəsi: Efiopiyanın Tıqray əyalətinin Debano kəndində Amhara Xüsusi Qüvvələri tərəfindən ən azı 30 nəfər öldürüldü
- 13 Yanvar — Dünyada ilk dəfə bir xəstəyə iki qol və iki çiyin transplantasiyası birlikdə həyata keçirildi (Lion, Fransa)
- 14 Yanvar — Uqandada ümumi seçkilər keçirildi. Yoveri Museveni yenidən Prezident seçildi
- 15 Yanvar
- Thonqlun Sisulit Laos Xalq İnqilab Partiyası Baş katibi seçildi. Thonqlun Sisulit 5 illik müddətdə Laos Ali lideri seçildi
- COVİD-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 2 milyonu keçdi
- 20 Yanvar — Co Bayden 46-cı ABŞ Prezidenti olaraq vəzifəyə başladı
- 21 Yanvar — Bağdad partlayışları: İraqın paytaxtı Bağdad şəhərində bazarda 2 kamikadze tərəfindən türror hücumu baş verdi. Partlayışlar nəticəsində 34 nəfər öldü və 110 nəfər yaralandı
- 22 Yanvar — Nüvə Silahlarının Qadağası Müqaviləsi qüvvəyə mindi
- 24 Yanvar — Portuqaliyada prezident seçkiləri oldu. Marselu Rebelu di Soza yenidən Prezident seçildi
- 26 Yanvar
- İtaliya hökumət böhranı: İtaliya Baş naziri Cuzeppe Konte istefa verdi və İtaliya hökumət böhranı yarandı
- COVİD-19 koronavirus pandemiyası: Qlobal yoluxma sayı 100 milyonu keçdi
- 27 Yanvar — Canq faciəsi: Kamerunun Canq şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşdu. Qəza nəticəsində 53 nəfər öldü və 29 nəfər yaralandı
- 31 Yanvar — Nquyen Fu Çonq yenidən Vyetnam Kommunist Partiyası Baş Katibi seçildi
Fevral
redaktə- 1 Fevral
- Myanma dövlət çevrilişi: Myanmada hərbi çevriliş nəticəsində mülki idarəçiliyə son qoyuldu. Myanma Prezidenti Vin Min və Dövlət müşaviri Aun San Su Çji hakimiyyətdən uzaqlaşdırıldı. Min Şve müvəqqəti Myanma Prezidenti seçildi. Myanmada 1 il müddətində fövqəladə vəziyyət elan edildi (Sonradan 2 ilə uzadıldı). Çevrilişdən sonra Myanma üsyanları başladı
- Kosovo İsrail ilə rəsmi olaraq diplomatik əlaqələr qurdu və Qüdsdə səfirlik açmaq planını elan etdi
- COVİD-19 koronavirus pandemiyası: Dünyada vaksinasiya olunanların sayı 100 milyonu keçdi
- 2 Fevral — Myanma etirazları: Myanmada dövlət çevrilişi əleyhinə etirazlar başladı
- 4 Fevral — Co Bayden ABŞ-nin Yəmən Vətəndaş müharibəsində istifadə etmək üçün Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah verməsini dayandıracağını elan etdi
- 7 Fevral — Ekvadorda ümumi seçkilər keçirildi (I tur)
- 9 Fevral — BƏƏ-nin "Hope" (Ümid) adlı ekipajsız kosmik gəmisi Marsa çatdı. Bu, Mars orbitinə uğurla daxil olan ilk ərəb missiyası oldu
- 13 Fevral — İtaliya hökumət böhranı: Mario Draqi İtaliya Baş naziri vəzifəsini tutdu və hökumət böhranına son qoyuldu
- 18 Fevral — NASA-nın Mars 2020 rover missiyası (Perseverans rover və Ingenuity helikopter dronu) Marsa eniş etdi
- 19 Fevral — ABŞ 2015-ci il Paris sazişinə yenidən qoşuldu
- 20 Fevral — H5N8 quş qripi epidemiyası: Rusiyanın cənubunda quşçuluq fermasında 7 nəfərdə H5N8 quş qripi aşkarlandı. Bu, insanlar arasında ilk yoluxma halıdır
- 21 Fevral — Nigerdə ümumi seçkilər keçirildi (II tur). Məhəmməd Bazum Prezident seçildi
- 22 Fevral — Luka Attanazionun öldürülməsi: KDR-dakı İtaliya səfiri Luka Attanazio Şimali Kivu əyalətinin Qoma şəhəri yaxınlığında səfər zamanı silahlı şəxslərin hücumu nəticəsində 2 nəfərlə birlikdə öldürüldü
- 24 Fevral — COVİD-19 koronavirus pandemiyası: Qana COVAX mexanizmi vasitəsilə koronavirusa qarşı vaksin alan ilk dövlət oldu
- 24 — 25 Fevral — Nigeriya quldur münaqişəsi: Nigeriyanın Kaduna və Katsina ştatlarında quldurlar tərəfindən 36 nəfər öldürüldü
- 25 Fevral
- COVİD-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 2,5 milyonu keçdi
- Ermənistan etirazları: Ermənistan Silahlı Qüvvələri Baş nazir Nikol Paşinyanı istefaya çağırdı. Nikol Paşinyan bunu dövlət çevrilişinə cəhd adlandırdı
- 28 Fevral — Salvadorda qanunvericilik seçkiləri keçirildi. Ernesto Kastro Qanunvericilik Məclisi sədri seçildi
Mart
redaktə- 5 mart — Yeni Zelandiyada güclü zəlzələlər oldu
- 6 Mart — Papa Fransisk Ayətullah Əli Hüseyni Sistani ilə görüşüb. Bu papa ilə ayətullah arasında ilk görüş oldu (Nəcəf, İraq)
- 20 Mart — Türkiyə İstanbul Konvensiyasından çıxdı
- 23 Mart — İsraildə parlament seçkiləri keçirildi. Naftali Benet Baş nazir seçildi
- 23 - 29 Mart — "Ever Given" gəmisinin saya oturması ilə Süveyş kanalı tıxandı
- 25 Mart — COVİD-19 koronavirus pandemiyası: Dünyada vaksinasiya sayı 500 milyonu keçdi
Aprel
redaktə- 4 Aprel — Bolqarıstanda parlament seçkiləri keçirildi (Hökumət qurulmadı)
- 9 Aprel — Roskosmos şirkətinin Soyuz MS-18 kosmik gəmisi 64-cü Ekspedisiya heyətinin 3 üzvünü Beynəlxalq Kosmik Stansiyaya daşıdı
- 11 Aprel
- Peruda prezident seçkliləri keçirildi (I tur)
- Ekvadorda ümumi seçkilər keçirildi (II tur). Gilyermo Lasso Prezident seçildi
- İran Natanz nüvə obyektində elektirikin kəsilməsində İsraili ittiham edib. İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu hadisəni “nüvə terrorizmi” adlandırıb
- 13 Aprel — Yaponiya "Fukuşima-1" AES-dən radioaktiv suyu okeana boşaltmağa qərar verdi. Bu qərara Çin, Cənubi Koreya və Tayvan etiraz etdi
- 19 Aprel — NASAnın Marsa göndərdiyi "Ingeunity" adlı helikopter Mars üzərində uçdu
- 25 Aprel
- 93-cü Oskar mükafatları Los-Ancelesda verildi
- Albaniyada parlament seçkiləri keçirildi. Edi Rama yenidən Baş nazir seçildi
May
redaktə- 18 — 22 May — 2021 Avroviziya Mahnı Müsabiqəsi (Rotterdam, Niderland)
- 26 May — XXI əsrin ən qısa Ay tutulması oldu. Cəmi 14 dəqiqə 30 saniyə davam etdi
- 26 May — Suriyada prezident seçkiləri keçirildi. Bəşər Əsəd yenidən Prezident seçildi
İyun
redaktə- 6 İyun — Peruda prezident seçkiləri oldu (II tur). Pedro Kastilyo prezident seçildi
- 9 İyun — Monqolustanda prezident seçkiləri keçirildi. Uxnaaqiyn Xurelsux prezident seçildi
- 11 İyun — 11 İyul — UEFA Avro 2020
- 13 İyun — 10 İyul — Kopa Amerika 2021 (Braziliya)
- 18 İyun — İranda prezident seçkiləri keçirildi. İbrahim Rəisi Prezident seçildi
- 20 İyun
- COVİD-19 koronavirus pandemiyası: Braziliya, ABŞ-dən sonra virusa görə yarım milyon ölüm sayını keçən 2-ci ölkə oldu
- Ermənistanda parlament seçkiləri keçirildi. Nikol Paşinyan yenidən Baş nazir seçildi
İyul
redaktə- 8 İyul — COVİD-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 4 milyonu keçdi
- 10 İyul — 1 Avqust — 2021 KONKANAF Qızıl Kubok (ABŞ)
- 11 İyul — Moldovada parlament seçkiləri keçirildi
- 23 İyul — 8 Avqust — 2020 Yay Olimpiya Oyunları (Tokio, Yaponiya)
- 28 İyul — 12 Avqust — Türkiyə meşə yanğınları
Avqust
redaktə- 12 Avqust — Zambiyada ümumi seçkilər keçirildi. Hakainde Hiçilema Prezident seçildi
- 15 Avqust — Taliban hücumu: Taliban qüvvələri Əfqanıstanın paytaxtı Kabil şəhərini işğal etdi
- 24 Avqust — 5 Sentyabr — 2020 Yay Paralimpiya Oyunları (Tokio, Yaponiya)
Sentyabr
redaktə- 25 Sentyabr — İslandiyada parlament seçkiləri keçirildi. Katrin Yakobsdouttir yenidən Baş nazir seçildi
- 26 Sentyabr — Almaniyada federal seçkilər keçirildi. Olaf Şolts Kansler seçildi
Oktyabr
redaktə- 1 Oktyabr — 31 Mart 2022 — Ekspo 2020 (Dubay, BƏƏ)
- 31 Oktyabr — 13 Noyabr — 2021 BMT İqlim Dəyişikliyi Konfransı (Qlazqo, Şotlandiya, Böyük Britaniya)
Noyabr
redaktə- 1 Noyabr — COVİD-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 5 milyonu keçdi
- 21 Noyabr — Çilidə ümumi seçkilər keçirildi (I tur)
- 30 Noyabr — 18 Dekabr — 2021 FİFA Ərəb Kuboku (Qətər)
Dekabr
redaktə- 19 Dekabr — Çilidə ümumi seçkilər keçirildi (II tur). Qabriel Boriç Prezident seçildi
Vəfatlar
redaktəYanvar
redaktə- 1 Yanvar
- Elmira Minita Qordon, Belize General-Qubernatoru (1-ci) (d. 1930)
- Misbah Yəzdi, iranlı islam alimi, müctəhid (d. 1935)
- 2 Yanvar — Modibo Keyta, Mali Baş naziri (8-ci) (d. 1942)
- 3 Yanvar — Cerri Marsden, ingilis musiqiçi (d. 1942)
- 4 Yanvar
- Martinus Veltman, holland fizik, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1931)
- Alber Ru, fransız aşpaz, restorançı (d. 1935)
- 5 Yanvar — Kolin Bell, ingilis futbolçu (d. 1946)
- 7 Yanvar — Maykl Epted, ingilis rejissor (d. 1941)
- 9 Yanvar — Frantişek Filip, çex rejissor (d. 1930)
- 10 Yanvar — Əhməd Vefik Alp, türk memar (d. 1948)
- 11 Yanvar
- Şeldon Adelson, amerikalı iş adamı (d. 1933)
- Ketlin Heddl, kanadalı avarçəkən, Olimpiya çempionu (d. 1965)
- 13 Yanvar — Ziqfrid Fişbaxer, amerikalı sehrbaz (d. 1939)
- 14 Yanvar — Sevim Gözay, türk jurnalist, teleaparıcı (d. 1972)
- 16 Yanvar
- Fil Spektor, amerikalı prosüder, qatil (d. 1939)
- Muəmmər Sun, türk bəstəkar (d. 1932)
- 18 Yanvar
- Dündar Əli Əfəndi, Osmanlı sülaləsi rəisi (10-cu) (d. 1930)
- Jan-Pyer Bakri, fransız aktyor (d. 1951)
- 19 Yanvar — Bülənt Yıldıran, türk aktyor (d. 1957)
- 21 Yanvar — Oqtay Yavuz, türk aktyor (d. 1943)
- 23 Yanvar
- Larri Kinq, amerikalı telejurnalist, aparıcı (d. 1933)
- Hel Holbruk, amerikalı aktyor (d. 1925)
- 27 Yanvar
- Merdad Minavand, iranlı futbolçu (d. 1975)
- Kloris Liçmen, amerikalı aktrisa (d. 1926)
- 28 Yanvar
- Paul Krutsen, holland kimyaçı, meteroloq, Kimya üzrə Nobel mükafatı laureatı (d. 1933)
- Vasili Lanovoy, rus aktyor (d. 1934)
- Siseli Tayson, amerikalı aktrisa, model (d. 1924)
- 30 Yanvar — Mark Uilmor, amerikalı yazıçı, "Simpsonlar" cizgi filminin ssenaristi (d. 1963)
- 31 Yanvar — Atilla Pekdemir, türk aktyor (d. 1943)
Fevral
redaktə- 1 Fevral — Eduard Babyuh, Polşa Baş naziri (5-ci) (d. 1927)
- 2 Fevral — Fausta Morqanti, san-marinolu siyasətçi (d. 1944)
- 3 Fevral
- Haya Hararet, israilli aktrisa (d. 1931)
- Toni Trabert, amerikalı tennisçi (d. 1930)
- 4 Fevral
- Milli Hyuz-Fulford, amerikalı kosmonavt, bioloq (d. 1945)
- Hünər Coşqunər, türk müğənni (d. 1963)
- 5 Fevral
- Kristofer Plammer, kanadalı aktyor (d. 1929)
- Leon Spinks, amerikalı boksçu (d. 1953)
- 6 Fevral — Corc Şults, amerikalı iqtisadçı, diplomat (d. 1920)
- 7 Fevral — Cüzeppe Rotunno, italyan kinematoqraf (d. 1923)
- 8 Fevral
- Jan-Klod Karryer, fransız yazıçı, ssenarist (d. 1931)
- Meri Uilson, amerikalı müğənni (d. 1944)
- 9 Fevral — Çik Koria, amerikalı caz pianoçu, bəstəkar (d. 1941)
- 10 Fevral — Larri Flint, amerikalı pornoqrafik naşir (d. 1942)
- 11 Fevral — İzador Zinqer, amerikalı riyaziyyatçı (d. 1924)
- 13 Fevral
- Dəmir Özlü, türk yazıçı (d. 1935)
- Yuri Vlasov, rus atlet, siyasətçi (d. 1935)
- 14 Fevral — Karlos Menem, Argentina Prezidenti (44-cü) (d. 1930)
- 15 Fevral — Leopoldo Luke, argentinalı futbolçu (d. 1949)
- 16 Fevral
- Qustavo Noboa, Ekvador Prezidenti (42-ci) (d. 1937)
- Bernand Laun, amerikalı kardioloq, ixtiraçı, Nobel Sülh mükafatı laureatı (d. 1921)
- Doğan Cüceoğlu, türk yazıçı (d. 1938)
- Coan Marqarit, ispan şair (d. 1938)
- 18 Fevral — Andrey Myaqkov, rus aktyor (d. 1938)
- 19 Fevral
- Toyqun Atəş, türk aktyor, rejissor, ssenarist (d. 1954)
- Corce Balaşeviç, serb müğənni, bəstəkar (d. 1953)
- 21 Fevral — Zlatko Saraçeviç, xorvat həndbolçu (d. 1961)
- 22 Fevral — Lourens Ferlinqetti, amerikalı şair (d. 1919)
- 23 Fevral — Fausto Qrezini, italyan motosikl yarışçısı (d. 1961)
- 24 Fevral
- Filipp Jakote, isveçrəli şair, tərcüməçi (d. 1925)
- Jozef Untube N'Sinqa Ucuu, Zair Birinci Dövlət Komissarı, KDR Dövlət başçısı (12-ci) (d. 1934)
- 25 Fevral
- Hannu Mikkola, fin yarış pilotu (d. 1942)
- Maykl Somare, Papua Yeni Qvineya Baş naziri (1-ci) (d. 1936)
Mart
redaktə- 1 Mart
- Zlatko Krançar, xorvat futbolçu (d. 1956)
- İan Sent-Con, şotland futbolçu (d. 1938)
- 2 Mart
- Kris Barber, ingilis cazz musiqiçisi (d. 1930)
- Banni Ueyler, yamaykalı reqqi musiqiçisi, bəstəkar (d. 1947)
- 6 Mart
- Altan Karındaş, türk aktrisa (d. 1929)
- Lu Ottens, holland mühəndis, ixtiraçı (Kaseti ixtira edib) (d. 1926)
- 8 Mart — Rasim Öztəkin, türk aktyor (d. 1959)
- 9 Mart
- Ceyms Livayn, amerikalı dirijor, pianoçu (d. 1943)
- Con Polkinxorn, ingilis fizik (d. 1930)
- 10 Mart
- Əli Mehdi Məhəmməd, Somali Prezidenti (4-cü) (d. 1939)
- Amed Bakayoko, Kot-d'İvuar Baş naziri (11-ci) (d. 1965)
- Manuel Saturnino da Koşta, Qvineya-Bisau Baş naziri (6-cı) (d. 1942)
- 12 Mart — Qudvill Zvelitini, Zulu xalqı Kralı (d. 1948)
- 13 Mart
- Marvin Haqler, amerikalı boksçu (d. 1954)
- Mürrey Uoker, ingilis jurnalist (d. 1923)
- 16 Mart
- Sabina Şmits, alman yarış pilotu (d. 1969)
- Maudud Əhməd, Banqladeş Baş naziri (7-ci) (d. 1940)
- 17 Mart — Con Maqufuli, Tanzaniya Prezidenti (5-ci) (d. 1959)
- 18 Mart — Ayla Karaca, türk aktrisa (d. 1933)
- 20 Mart — Piter Lorimer, şotland futbolçu (d. 1946)
- 21 Mart
- Nəval əs-Səadvi, misirli feminist yazıçı (d. 1931)
- Adam Zaqayevski, polyak şair, tərcüməçi (d. 1945)
- 22 Mart — Conni Damfriz, şotland yarış pilotu (d. 1958)
- 23 Mart — Corc Siqal, amerikalı aktyor (d. 1934)
- 24 Mart — Cessika Uolter, amerikalı aktrisa (d. 1941)
- 25 Mart
- Beverli Kliri, amerikalı yazıçı (d. 1916)
- Larri Makmurtri, amerikalı yazıçı (d. 1936)
- Bertran Taverne, fransız aktyor, rejissor (d. 1941)
- 28 Mart — Dide Ratsiraka, Madaqaskar Prezidenti (3-cü) (d. 1936)
- 29 Mart — Başkim Fino, Albaniya Baş naziri (29-cu) (d. 1962)
- 30 Mart — Kaya Akarsu, türk aktyor (d. 1942)
- 31 Mart — Kamal Qanzuri, Misir Baş naziri (46-cı) (d. 1933)
Aprel
redaktə- 1 Aprel
- İsamu Akasaki, yapon fizik, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1929)
- Handan Ərtuğrul, türk aktrisa (d. 1927)
- 2 Aprel — Kristian Tumi, kamerunlu kardinal (d. 1930)
- 4 Aprel — Robert Mandell, kanadalı iqtisadçı, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (d. 1932)
- 5 Aprel
- Marşall Salins, amerikalı antropoloq (d. 1930)
- Pol Ritter, ingilis aktyor (d. 1966)
- 6 Aprel — Hans Künq, isveçrəli keşiş, ilahiyyatçı, yazıçı (d. 1928)
- 9 Aprel
- Filip Mauntbetten, II Yelizavetanın həyat yoldaşı, kral-konsort, şahzadə (d. 1921)
- DMX, amerikal repçi (d. 1970)
- 10 Aprel — Mehtap Ar, türk aktrisa (d. 1956)
- 14 Aprel
- Yıldırım Akbulut, Türkiyə Baş naziri (20-ci) (d. 1935)
- Bernand Meydoff, amerikalı investor, dələduz (d. 1938)
- 16 Aprel
- Çarlz Qeşke, amerikalı kompüter alimi (d. 1939)
- Helen Makkrori, ingilis aktrisa (d. 1968)
- 18 Aprel — Erol Dəmiröz, türk aktyor, rejissor (d. 1940)
- 19 Aprel
- Uolter Mondeyl, ABŞ Vitse-prezidenti (42-ci) (d. 1928)
- Cim Staynman, amerikalı bəstəkar (d. 1947)
- Villi Van der Köylen, holland futbolçu (d. 1946)
- 20 Aprel — İdris Debi, Çad Prezidenti (6-cı) (d. 1952)
- 23 Aprel — Milva, italyan müğənni, aktrisa (d. 1939)
- 24 Aprel — Krista Lüdviq, alman opera müğənnisi (d. 1928)
- 25 Aprel — Ertuğ Koruyan, türk aktyor (d. 1946)
- 26 Aprel
- Asım Erken, türk musiqiçi (d. 1951)
- Tamara Press, rus atlet, Olimpiya çempionu (d. 1937)
- 28 Aprel
- Maykl Kollins, amerikalı kosmonavt (d. 1930)
- Federiko Salas, Peru Baş naziri (136-cı) (d. 1950)
May
redaktə- 1 May — Olimpiya Dukakis, amerikalı aktrisa (d. 1931)
- 3 May — Lloyd Prays, amerikalı müğənni, bəstəkar (d. 1933)
- 4 May — Simon Aşidi Aşu, Kamerun Baş naziri (6-cı) (d. 1934)
- 5 May — Əminə Işınsu, türk yazıçı (d. 1938)
- 6 May
- Umberto Maturana, çilili filosof, bioloq (d. 1928)
- Kentaro Miura, yapon manqa rəssamı (d. 1966)
- 7 May — Martin Pando, argentinalı futbolçu (d. 1934)
- 8 May
- Li Han Don, Cənubi Koreya Baş naziri (33-cü) (d. 1934)
- Helmut Yan, amerikalı memar (d. 1940)
- Spenser Silver, amerikalı kimyaçı, ixtiraçı (d. 1941)
- 9 May — Xose Manuel Kabalero Bonald, ispan şair, yazıçı (d. 1926)
- 10 May — Svante Turesson, isveçli cazz musiqiçisi (d. 1937)
- 11 May — Norman Lloyd, amerikalı aktyor (d. 1914)
- 14 May — Cahid Çağıran, türk aktyor (d. 1960)
- 15 May
- Corce Maryanoviç, serb rok müğənnisi (d. 1931)
- Eva Vilma, braziliyalı aktrisa (d. 1933)
- 16 May — Rildo da Kosta Menezes, braziliyalı futbolçu (d. 1942)
- 18 May
- Franko Battiato, italyan bəstəkar, musiqiçi, rejissor (d. 1946)
- Çarlz Qrodin, amerikalı aktyor, komediyaçı (d. 1935)
- 19 May
- Oğuz Yılmaz, türk müğənni (d. 1968)
- Li Evans, amerikalı atlet, Olimpiya çempionu (d. 1947)
- 20 May
- Fransisko Brines, ispan şair (d. 1932)
- Əbubakar Şekay, nigeriyalı islami lider, militant (d. 1965, 1969 və ya 1975)
- 21 May — Sunderlal Bahuquna, hind ətraf mühit müdafiəçisi, Çipko hərəkatı lideri (d. 1927)
- 22 May
- Fransesk Arnau, ispan futbolçu (d. 1975)
- Robert Marşan, fransız velosipedçi (d. 1911)
- Yuan Lunpin, çinli aqronom (d. 1930)
- 23 May
- Kristobal Alfter, ispan bəstəkar, dirijor (d. 1930)
- Paulu Mendes da Roşa, braziliyalı memar (d. 1928)
- Erik Karl, amerikalı yazıçı (d. 1929)
- Maks Mosli, ingilis yarış pilotu (d. 1940)
- 26 May — Tarçizio Burniç, italyan futbolçu (d. 1936)
- 27 May
- Karla Fraççi, italyan balerina, aktrisa (d. 1936)
- Kornelis de Yaqer, holland astronom (d. 1921)
- Poul Şlüter, Danimarka Baş naziri (22-ci) (d. 1929)
- 30 May — Rik Mitçell, avstraliyalı atlet, Olimpiya çempionu (d. 1955)
İyun
redaktə- 1 İyun — Şahzadə Amadey, Aosta hersoqu (d. 1943)
- 3 İyun — Anirud Caqnot, Mavriki Baş naziri (2-ci) və Prezidenti (4-cü) (d. 1930)
- 4 İyun
- Rixard Ernst, isveçrəli kimyaçı, Kimya üzrə Nobel mükafatı laureatı (d. 1933)
- Friderika Mayrökker, avstriyalı şair, yazıçı (d. 1924)
- 5 İyun — Ti Bi Coşua, nigeriyalı teleaparıcı (d. 1963)
- 6 İyun
- Revaz Qabriadze, gürcü rejissor, yazıçı, dramaturq (d. 1936)
- Eyiti Neqisi, yapon kimyaçı, Kimya üzrə Nobel mükafatı laureatı (d. 1935)
- 7 İyun
- Yu San Çhol, cənubi koreyalı futbolçu (d. 1971)
- Əli Əkbər Möhtəşəmipur, iranlı din xadimi, terrorist (d. 1947)
- 9 İyun
- Qotfrid Böm, alman memar, heykəltaraş (d. 1920)
- Eduard de Bono, maltalı psixoloq, filosof (d. 1933)
- 10 İyun — Buddahadeb Dasqupta, hind şair, rejissor (d. 1944)
- 11 İyun — Paola Pini, italyan atlet (d. 1945)
- 13 İyun — Ned Bitti, amerikalı aktyor (d. 1937)
- 14 İyun
- Enrike Bolanos, Nikaraqua Prezidenti (29-cu) (d. 1928)
- Markis Kido, indoneziyalı badmintonçu (d. 1984)
- 15 İyun — Vladimir Şatalov, rus kosmonavt (d. 1927)
- 17 İyun — Kennet Kaunda, Zambiya Prezidenti (1-ci) (d. 1924)
- 18 İyun
- Campyero Boniperti, italyan futbolçu (d. 1928)
- Milka Sinqh, hind atlet (d. 1929)
- 20 İyun — Luis Del Sol, ispan futbolçu (d. 1935)
- 23 İyun — Con Makafi, amerikalı proqramçı, "McAfee" antivirus proqramının yaradıcısı (d. 1945)
- 24 İyun
- III Beniqno Akino, Flippin Prezidenti (15-ci) (d. 1960)
- Çan Then Khem, Cənubi Vyetnam Baş naziri (7-ci) (d. 1925)
- 26 İyun — Mir Xəzər Xan Xoso, Pakistan Baş naziri (müvəqqəti) (d. 1929)
- 29 İyun — Donald Ramsfeld, amerikalı siyasətçi, (d. 1932)
- 30 İyun — Bonfo Abass, Toqo Prezidenti (müvəqqəti) (d. 1948)
İyul
redaktə- 1 İyul
- Kartal Tibet, türk aktyor, rejissor, ssenarist (d. 1939)
- Lui Andrissen, holland bəstəkar (d. 1939)
- 2 İyul — Nikolay Sliçenko, rus müğənni, aktyor (d. 1934)
- 4 İyul — Riçard Levontin, amerikalı alim, bioloq (d. 1929)
- 5 İyul
- Rafaella Karra, italyan müğənni, aktrisa (d. 1943)
- Riçard Donner, amerikalı rejissor (d. 1930)
- Vladimir Menşov, rus aktyor, rejissor (d. 1939)
- 6 İyul
- Patrik Con, Dominika Baş naziri (1-ci) (d. 1938)
- Civan Qasparyan, erməni musiqiçi, bəstəkar (d. 1928)
- 7 İyul
- Jovenel Moiz, Haiti Prezidenti (42-ci) (d. 1968)
- Dilip Kumar, hind aktyor, rejissor, prosüder (d. 1922)
- Karlos Royteman, argentinalı F1 pilotu (d. 1942)
- Əhməd Cibril, fələstinli militant (d. 1938)
- 9 İyul
- Frenk Lui, Niue Baş naziri (3-cü) (d. 1935)
- Pol Mariner, ingilis futbolçu (d. 1953)
- 10 İyul — Ester Bejarano, alman müğənni (d. 1924)
- 13 İyul — Şirli Fray, amerikalı tenisçi (d. 1927)
- 14 İyul
- Məmnun Hüseyn, Pakistan Prezidenti (12-ci) (d. 1940)
- Kurt Vesterqor, danimarkalı karikaturaçı (d. 1935)
- 16 İyul — Surekha Sikri, hind aktrisa (d. 1945)
- 17 İyul — Pilar Bardem, ispan aktrisa (d. 1939)
- 19 İyul — Arturo Armando Molina, Salvador Prezidenti (36-cı) (d. 1927)
- 22 İyul
- Şevket Sabancı, türk iş adamı, xeyriyyəçi (d. 1936)
- Boris Çoçiyev, Cənubi Osetiya Baş naziri (müvəqqəti) (d. 1957)
- 23 İyul
- Stiven Vaynberq, amerikalı fizik, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1933)
- Tosihide Maskava, yapon fizik, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1940)
- 25 İyul — Otelu Sarayva de Karvalyu, portuqal siyasətçi (d. 1936)
- 26 İyul
- Albert Bandura, amerikalı psixoloq (d. 1925)
- Coi Cordison, amerikalı musiqiçi, nağaraçı (d. 1975)
- İvan Toplak, serb futbolçu (d. 1931)
- 28 İyul
- Roberto Kalasso, italyan yazıçı (d. 1941)
- Dasti Hill, amerikal musiqiçi (d. 1949)
- Şahram Kaşani, iranlı müğənni (d. 1974)
- 31 İyul — Nedret Güvenç, türk aktrisa, rejissor (d. 1930)
Avqust
redaktə- 1 Avqust — Abdalqadir əs-Sufi, şotland islam alimi, yazıçı (d. 1930)
- 3 Avqust
- Hüseyn Özay, türk aktyor (d. 1959)
- Artur Dion Hanna, Baham adaları General-Qubernatoru (7-ci) (d. 1928)
- 5 Avqust — Yevqeniy Marçuk, Ukrayna Baş naziri (4-cü) (d. 1941)
- 8 Avqust — Yaan Kaplinski, eston şair, filosof (d. 1941)
- 9 Avqust
- Lester Börd - Antiqua və Barbuda Baş naziri (2-ci) (d. 1938)
- Serqey Kovalyov, rus aktivist (d. 1930)
- 10 Avqust — Eduardo Martines Somalo, ispan kardinal (d. 1927)
- 13 Avqust
- Karolin Şumeyker, amerikalı astronom (d. 1929)
- Cino Strada, italyan cərrah, aktivist (d. 1948)
- 14 Avqust — Karlos Korreyya, Qvineya-Biasu baş naziri (5-ci) (d. 1933)
- 15 Avqust
- Abelhamid Brahimi, Əlcəzair Baş naziri (3-cü) (d. 1936)
- Gerd Müller, alman futbolçu (d. 1945)
- 16 Avqust — Vladimir Qolubniçiy, ukraynalı atlet, Olimpiya çempionu (d. 1936)
- 17 Avqust — Adnan Əbu Valid əs-Səhravi, qərbi saharalı terrorist lider (d. 1973)
- 18 Avqust — Cill Merfi, ingilis yazıçı (d. 1949)
- 19 Avqust — Sonni Tiba, yapon aktyor (d. 1939)
- 21 Avqust
- Don Everli, amerikalı musiqiçi (d. 1937)
- Mariya Kinski, Lixtenşteyn şahzadəsi (d. 1940)
- 23 Avqust
- Jan-Luk Nansi, fransız filosof (d. 1940)
- Rosita Kintana, meksikalı aktrisa, müğənni (d. 1925)
- 24 Avqust
- Hissen Habre, Çad Baş naziri (1-ci) və Prezidenti (5-ci) (d. 1942)
- Vilfrid Van Mur, belçikalı futbolçu (d. 1945)
- Çarli Uotts, ingilis bəstəkar (d. 1941)
- 25 Avqust — Muhsin Əhməd əl-Aini, Yəmən Baş naziri (7-ci) (d. 1932)
- 27 Avqust — Edmond Fişer, amerikalı biokimyaçı, Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı (d. 1920)
- 29 Avqust
- Edvard Asner, amerikalı aktyor (d. 1929)
- Li "Skretç" Perri, yamaykalı prosüder, müğənni (d. 1936)
- Jak Roqqe, Beynəlxalq Olimpiya Komitəsi Prezidenti (8-ci) (d. 1942)
- 31 Avqust
- Ferhan Şensoy, türk aktyor (d. 1951)
- Françesko Morini, italyan futbolçu (d. 1944)
Sentyabr
redaktə- 1 Sentyabr — Seyid Əli Şah Cilani, kəşmirli seperatçı lider (d. 1929)
- 2 Sentyabr — Mikis Teodorakis, yunan bəstəkar (d. 1925)
- 5 Sentyabr
- Rəcəb Mamur, türk iş adamı (d. 1949)
- İvan Patsaykin, rumıniyalı kanoeçi, Olimpiya çempionu (d. 1949)
- Jivko Radişiç, Bosniya və Herseqovina Prezidenti (2-ci) (d. 1937)
- 6 Sentyabr — Jan-Pol Belmondo, fransız aktyor (d. 1933)
- 8 Sentyabr — Ditmar Lorens, alman cüdoçu, Ollimpiya çempionu (d. 1950)
- 9 Sentyabr — Danilo Popivoda, sloven futbolçu (d. 1947)
- 10 Sentyabr
- Şarl Konan Banni, Kot-d'İvuar Baş naziri (6-cı) (d. 1942)
- Jorje Sampayyu, Portuqaliya Prezidenti (18-ci) (d. 1939)
- Saadi Yasef, əlcəzairli aktyor (d. 1928)
- 11 Sentyabr — Abimael Qusman, perulu Maoist lider (d. 1934)
- 13 Sentyabr
- Antoni Hyuiş, ingilis radio astronomu, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1924)
- Borisav Yoviç, Yuqoslaviya Prezidenti (12-ci) (d. 1928)
- 14 Sentyabr
- Norm Makdonald, kanadalı aktyor, komediyaçı (d. 1959)
- Yuriy Sedıx, ukraynalı atlet, Olimpiya çempionu (d. 1955)
- 16 Sentyabr
- Silas Atopare, Papua Yeni Qvineya General-Qubernatoru (7-ci) (d. 1951)
- Kazimir Oye-Mba, Qabon Baş naziri (3-cü) (d. 1942)
- Klayv Marlz Sinkler, ingilis ixtiraçı ("ZX Spectrum" mikrokompüterini ixtira edib) (d. 1940)
- 17 Sentyabr
- Əbdüləziz Buteflika, Əlcəzair Prezidenti (7-ci) (d. 1937)
- Mario Kamus, ispan rejissor, aktyor, ssenarist (d. 1935)
- 19 Sentyabr
- Silvano Bussotti, italyan bəstəkar, şair (d. 1931)
- Cimmi Qrivz, ingilis futbolçu (d. 1940)
- 21 Sentyabr — Məhəmməd Hüseyn Təntavi, misirli general-feldmarşal (d. 1935)
- 22 Sentyabr
- Əbdülqadir Bensalah, Əlcəzair Prezidenti (müvəqqəti) (d. 1941)
- Orlando Martines, kubalı boksçu, Olimpiya çempionu (d. 1944)
- 25 Sentyabr — Teoneste Baqosora, ruandalı hərbi cinayətkar (d. 1941)
- 27 Sentyabr — Rocer Hant, ingilis futbolçu (d. 1938)
- 30 Sentyabr — Koiti Suqiyama, yapon bəstəkar, dirijor (d. 1931)
Oktyabr
redaktə- 1 Oktyabr
- Oğuzhan Asiltürk, türk siyasətçi (d. 1935)
- Vitautas Kolesnikovas, litvalı rəssam (d. 1948)
- 2 Oktyabr — Sebastyan Tapajos, braziliyalı musiqiçi, bəstəkar (d. 1944)
- 3 Oktyabr
- Jorje Medina Esteves, çilili kardinal (d. 1926)
- Bac Patti, amerikalı tennisçi (d. 1924)
- Lars Vilks, isveçrəli vizual rəssam (d. 1946)
- 6 Oktyabr — Otiliya Larranyaqa, meksikalı aktrisa (d. 1931)
- 9 Oktyabr — Əbülhəsən Banisədr, İran Prezidenti (1-ci) (d. 1933)
- 10 Oktyabr — Əbdül Qadir Xan, Pakistanın nüvə proqramının rəhbəri, nüvə fizikası üzrə alim (d. 1936)
- 14 Oktyabr — Li Van Qu, Cənubi Koreya Baş naziri (39-cu) (d. 1950)
- 17 Oktyabr — Əhməd Şah Əhmədzai, Əfqanıstan Baş naziri (müvəqqəti) (d. 1944)
- 18 Oktyabr
- Özdəmir Bayraktar, türk iş adamı (d. 1949)
- Edita Qruberova, slovak opera müğənnisi (d. 1946)
- Kolin Pauell, amerikalı siyasətçi, diplomat (d. 1937)
- Yanos Kornai, macar iqtisadçı (d. 1928)
- 19 Oktyabr — Lesli Brikas, ingilis bəstəkar, dramaturq (d. 1931)
- 20 Oktyabr — Mixay Çiksentmixayi, amerikalı psixoloq, akademik (d. 1934)
- 21 Oktyabr — Bernard Haytink, holland dirijor, skripkaçı (d. 1929)
- 22 Oktyabr
- Kamal Quruçay, türk aktyor (d. 1962)
- Vyaçeslav Vedenin, rus xizəkçi, Olimpiya çempionu (d. 1941)
- 26 Oktyabr
- Uolter Smit, şotland futbolçu (d. 1948)
- Ro De U, Cənubi Koreya Prezidenti (6-cı) (d. 1932)
- 29 Oktyabr
- Kleman Muamba, Konqo Baş naziri (16-cı) (d. 1943)
- Punit Rackumar, hind aktyor, müğənni (d. 1975)
- 30 Oktyabr — İqor Kirillov, rus aktyor, diktor (d. 1932)
- 31 Oktyabr — Ketrin Tizard, Yeni Zelandiya General-Qubernatoru (16-cı) (d. 1931)
Noyabr
redaktə- 1 Noyabr
- Aaron Bek, amerikalı psixiatr, professor (d. 1921)
- Səmra Dinçər, türk aktrisa (d. 1965)
- Nelson Freyre, braziliyalı pianoçu (d. 1944)
- 6 Noyabr
- Sisse Mariam Kaydama Sidibe, Mali Baş naziri (12-ci) (d. 1948)
- Yefim Zvyaqilski, Ukrayna Baş naziri (müvəqqəti) (d. 1933)
- 7 Noyabr — Din Stokvell, amerikalı aktyor (d. 1936)
- 11 Noyabr
- Frederik Villem de Klerk, CAR Ştat Prezidenti (7-ci) (sonuncu), Nobel Sülh mükafatı laureatı (d. 1936)
- Qrem Ec, ingilis bəstəkar, şair (d. 1941)
- 12 Noyabr — Bob Bondyurant, amerikalı yarışçı (d. 1933)
- 13 Noyabr — Uilbur Smit, cənubi afrikalı yazıçı (d. 1933)
- 14 Noyabr — Berti Old, şotland futbolçu (d. 1938)
- 15 Noyabr — Laslo Bito, macar fizioloq, yazıçı (d. 1934)
- 16 Noyabr — Sezai Karakoç, türk şair, yazıçı (d. 1933)
- 23 Noyabr
- Çon Du Hvan, Cənubi Koreya Prezidenti (5-ci) (d. 1931)
- Ceyms Fits-Allen Mitçell, Sent-Vinsent və Qrenadin Baş naziri (2-ci) (d. 1931)
- 26 Noyabr — Stiven Sondhaym, amerikalı bəstəkar (d. 1930)
- 28 Noyabr
- Vircil Ablo, amerikalı modelyer (d. 1980)
- Norodom Ranarit, Kamboca Baş naziri (31-ci) (d. 1944)
- Aleksandr Qradski, rus müğənni, bəstəkar (d. 1949)
- Frenk Uilyams, ingilis iş adamı (d. 1942)
- 29 Noyabr — Kinza Klodumar, Nauru Prezidenti (7-ci) (d. 1945)
- 30 Noyabr — Rey Kennedi, ingilis futbolçu (d. 1951)
Dekabr
redaktə- 1 Dekabr — Keyko Nobumoto, yapon ssenarist (d. 1964)
- 3 Dekabr
- Lamin Diak, seneqallı iş adamı (d. 1933)
- Horst Ekkel, alman futbolçu (d. 1932)
- Güldal Akşit, türk siyasətçi (d. 1960)
- 5 Dekabr — Jak Tits, fransız riyaziyyatçı (d. 1930)
- 6 Dekabr
- Teoman Duralı, türk filosof, mütəfəkkir, akademik (d. 1947)
- Kore Villok, Norveç Baş naziri (30-cu) (d. 1928)
- 7 Dekabr — Mustafa Ben Halim, Liviya Baş naziri (3-cü) (d. 1921)
- 8 Dekabr — Robbi Şekspir, yamaykalı musiqiçi (d. 1953)
- 9 Dekabr
- Otar Pasasiya, Gürcüstan Baş naziri (3-cü) (d. 1929)
- Lina Vertmüller, italyan rejissor, ssenarist (d. 1928)
- Karmen Salinas, meksikalı aktrisa (d. 1939)
- 10 Dekabr — Maykl Nesmit, amerikalı musiqiçi, bəstəkar (d. 1942)
- 11 Dekabr
- Enn Rays, amerikalı yazıçı (d. 1941)
- Manuel Santata, ispan tennisçi (d. 1938)
- Mencur Çolak, türk futbolçu (d. 1967)
- 12 Dekabr
- Polias Matane, Papua Yeni Qvineya General-Qubernatoru (8-ci) (d. 1931)
- Visente Fernandes, meksikalı müğənni (d. 1940)
- 13 Dekabr — Veronika Forke, ispan aktrisa (d. 1955)
- 15 Dekabr — Fayez ət-Taravne, İordaniya Baş naziri (31-ci) (d. 1949)
- 18 Dekabr — Riçard Corc Rocers, ingilis memar (d. 1933)
- 19 Dekabr
- Karlos Marin, ispan bariton, musiqiçi (d. 1968)
- Robert Qrabbs, amerikalı kimyaçı, Kimya üzrə Nobel mükafatı laureatı (d. 1942)
- 20 Dekabr — Sezai Aydın, türk aktyor (d. 1952)
- 21 Dekabr — Karlayn Qlin, Qrenada General-Qubernatoru (5-ci) (d. 1932)
- 23 Dekabr
- Faruk Tınaz, türk musiqiçi (d. 1956)
- Coan Didion, amerikalı yazıçı (d. 1934)
- 25 Dekabr
- Ueyn Tibo, amerikalı rəssam (d. 1920)
- Jan-Mark Valle, kanadalı rejissor, ssenarist (d. 1963)
- 26 Dekabr
- Desmond Tutu, cənubi afrikalı anqlikan arxiyepiskopu, ilahiyyatçı, Nobel Sülh mükafatı laureatı (d. 1931)
- Karolos Papulyas, Yunanıstan Prezidenti (6-cı) (d. 1929)
- Eduard Uilson, amerikalı bioloq (d. 1929)
- 31 Dekabr — Betti Uayt, amerikalı aktrisa (d. 1922)