205 Ci Samaxi Piyada Alayi - Wikipedia
205-ci Şamaxı piyada alayı — Rusiya İmperator Ordusunun piyada alayı. Alay 20 sentyabr 1889-cu ildə Yelizavetpol (indiki Gəncə) şəhərində yaradılmışdır.[1]
205-ci Şamaxı piyada alayı | |
---|---|
Шемахинский 205-й пехотный полк | |
Növü | piyada |
Yaranma tarixi | 1 sentyabr 1890 - 1918 |
Ölkə | Rusiya imperiyası |
Tabedir | 52-ci Piyada Diviziyası, 3-cü Qafqaz Ordusu Korpusu |
Daxildir | Rusiya İmperator Ordusu |
Qərargah |
Gəncə (1913-cü ilə qədər) Serqoqala (1913-cü ildən) |
Müharibələr | Birinci Dünya müharibəsi |
Döyüşlər |
Birinci Dünya müharibəsi Rusiyanın İrana hərbi müdaxiləsi |
Komandanlıq | |
Məşhur komandirləri |
Əbdülhəmid bəy Qaytabaşı Tərlan Əliyarbəyov |
Alayın təşkili
redaktəAlay Yelizavetpolda 1890-cı il sentyabrın 1-də Şamaxı, Salyan, Nuxa, Sığnax və Düşeti komandalarından ibarət iki batalyondan yaradılmış və Şamaxı ehtiyat piyada (kadr) alayı adlandırılmışdır.
1891-ci il noyabrın 17-də alaya sadə bayraq verildi.
Alayın müxtəlif vaxtlarda sələfləri mövcud olmuşdur:
- Şamaxı invalid komandası - 1858-ci ildə yaradılmışdır.
- Ananur rayonu invalid komandası - 1816-cı ildə yaradılmışdır; 1821-ci ildə Duşeti adlandırıldı və 1864-cü ildə Duşeti yerli komandası adlandırıldı.
- Məcəli yerli komandası - 1874-cü ildə yaradılmışdır; 1883-cü ildə Salyan yerli komandasına çevrildi.
- Nuxa qəza komandası - 1868-ci ildə yaradılmışdır.
- Sığnaq qəzası invalid komandası - 1816-cı ildə yaradılmışdır.
1908-ci il dekabrın 30-da Şamaxı alayı ləğv edilmiş 1-ci və 2-ci Koven qalası piyada alaylarının tərkibindən 7, 8, 9 və 10-cu alayları da əlavə etməklə, dörd tabor alayına çevrildi və 261-ci Şamaxı eytiyyat alayı adlandırıldı. 20 fevral 1910-cu ildə alayın sayı 205-ə dəyişdirildi və alayın özü ehtiyatdan nizami döyüş qüvvələrinin sırasına daxil edildi.
Şamaxı alayının ilk döyüş təcrübəsi 1911-1912-ci illərdə general-mayor Vasili Qabayevin Qəzvin dəstəsində olduğu İrana yürüşü idi. İranda Şamaxı alayı Ənzəli-Rəşt bölgəsində hərəkət edərək Kiranda qalasına hücum zamanı xüsusilə fərqlənmişdilər.
Birinci Dünya müharibəsi illərində 52-ci piyada diviziyasının tərkibində Şamaxı alayı Şərq cəbhəsində idi.
Alayın komandirləri
redaktə- 04.08.1894 - 06.05.1896 - polkovnik Mamvriski Arkadi Qriqoryeviç
- 06.05.1896 - 24.10.1900-cü ilə qədər - polkovnik Protasov Mixail Dmitriyeviç
- 12.05.1900 - 11.01.1906-dan sonra - polkovnik Qlinski Qriqori Evqrafoviç
- 11.02.1906 - 21.02.1908 - polkovnik Bekov Konstantin Nikolayeviç
- 03.15.1908 - 01.01.1914-cü ildən sonra - polkovnik Safonov Aleksandr Aleksandroviç
- 20.03.1914 - 10.06.1914 - polkovnik knyaz Vaçnadze, Konstantin İvanoviç
- 16.11.1914 - хх.хх.1915 - polkovnik knyaz Çulukidze, Varden Qriqoryeviç
- xx.xx.1915 - 30.07.1916 - polkovnik Əbdülhəmid bəy Qaytabaşı
- 01.08.1916-dan sonra - 18.04.1917 - Polkovnik von Vitt Maksimilian Adolfoviç
Alayda xidmət etmiş məşhur insanlar
redaktə- Əbdülhəmid bəy Qaytabaşı (1884-1920) — Azərbaycan sərkərdəsi, Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) hərbi xadimi.[2][3]
- Zvonarev, Konstantin Kirilloviç (1892-1938) - Sovet hərbi xadimi, M.V.Frunze adına Hərbi Akademiyanın kəşfiyyat şöbəsinin müdiri.
- Tərlan Əliyarbəyov (1892-1956) — Sovet hərbi xadimi, general-mayor.[4]
İstinadlar
redaktə- ↑ Гизетти А. Л. Хроника кавказских войск: в 2 частях Arxivləşdirilib 2021-11-11 at the Wayback Machine / Под ред. И. С. Чернявского. — Тф.: Тип. КГГЧК, 1896. — 598 с.
- ↑ "Azərbaycan ordusu". 2011-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.
- ↑ "Güllələnmiş Azərbaycan generalları". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-11.
- ↑ "Алиярбеков Тарлан Абдулла оглу, генерал-майор". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-11.
Ədəbiyyat
redaktə- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Гизетти А. Л. Хроника кавказских войск: в 2 частях / Под ред. И. С. Чернявского. — Тф.: Тип. КГГЧК, 1896. — 598 с.
- Казин В. Х. Дополнение к Справочной книжке Императорской Главной Квартиры «Гренадерские и пехотные полки» (181-й — 208-й пехотные полки). Под редакцией В. К. Шенка. — СПб., 1912
- Стрелянов (Калабухов) П. Н. Казаки в Персии. 1909—1918 гг. — М., 2007