22 Lekeli Tea Parabuzeni - Wikipedia
22-Ləkəli tea parabüzəni (lat. Thea 22-punctata L. ) — Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir.
22-Ləkəli tea parabüzəni | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: 22-Ləkəli tea parabüzəni |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Biologiyası
redaktəBitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. Göbələklərdən də imtina etmirlər. Azərbaycan şəraitində il ərzində iki bütöv nəsil verir. İlk yumurtaqoyma aprel ayının sonunda başlayır və may ayının ikinci yarısında başa çatır. İyununn sonunda yumurtaların, sürfələrin və böcəklərin say dinamikası daha yüksək olur. Bir qayda olaraq yumurtalarını aşağı yaruslara qoyurlar. Qışı qidalandıqları sahələrdə xəzəlin və çöplərin altında keçirilər. Nadir hallarda ağacların koğuşunda və qabıq altında qışlayırlar. Qanadüstlüyü sarı rəngdə olub, hər tərəfdə 11 ədəd qara ləkə və ya nöqtə olur. Bəzən nöqtələr qeyri-bərabər ölçüdə olmaqla sistemli yerləşirlər. Ümumiyyətlə, nöqtələrin sayına və formasına görə sabit olmur. Baş hissə sarıdır. Qara gözləri. Sarı alnı aydın görünür. Bığcıqlar muncuq şəkilli buğumlardan ibarət olub, başı toppuzvaridir. Davranışları. Cəldliyi ilə yırtıcı parabüzənlərdən fərqlənir. Uzunluğu 3-3,5 mm-dir.
Yayılması
redaktəQərbi Avropada, İranda. Türkiyədə və Qafqazda yayılıblar.
Ədəbiyyat
redaktə- Naxçıvan Muxtar Respublikasında yayıla</ref> n yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli
- Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
- Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.